Oxu müddəti: ~1 dəq.
Faşist xarakteri analiz etmək üçün nasizmdən sonra araşdırılan ikinci nümunə, şübhəsiz ki, "faşizm" termininin əsl sahibi olan italyan diktator Benito Mussolinidir. Mussolininin həyatına baxdığımızda da, faşizmin həqiqətdə dinə böyük bir düşmənçilik bəsləyən, ancaq siyasi mənfəətlər üçün lazım gəldikdə dindar kimi görünən ikiüzlü xarakterin əhəmiyyətli bir nümunəsini görərik. Mussolininin həyatının bizə göstərdiyi digər bir həqiqət isə, faşizm ilə kommunizm arasındakı xəttin çox nazik olduğudur.
Faşizm və kommunizm bir-birlərinə çox zidd ideologiyalar kimi görünərlər. Halbuki, repressiv, zalım və totalitar cəhətləriylə, azlıq hakimiyyətinə əsaslanan sistemləriylə, dinə olan düşmənçilikləriylə, Darvinist dünyagörüşləriylə əslində hər iki ideologiya da bir-birinə çox bənzəyir. Bundan ötrüdür ki, bir faşist ilə bir kommunist arasında həqiqətdə çox az bir fərq var və hər ikisi də asanlıqla bir-birinə çevrilə bilər. Proletar inqilabı xəyallarıyla qan tökən bir kommunist, bir müddət sonra eyni vəhşiliyi bu dəfə faşist ideallar üçün həyata keçirməyə başlaya bilər. Çünki hər iki ideologiya da vəhşilik üçün bir səbəbdən başqa bir şey deyil.
Mussolini də, illər boyu qızğın bir kommunist, gözü dönmüş bir din düşməni və qatı bir Darvinist olaraq italyan siyasətində özünə yer əldə etməyə çalışmış, bu yolla da məqsədinə nail olmadıqda isə, bir anda dəyişərək faşist olmuş bir diktatordur.
