Həyatın Mənşəyi
AZEN

Faşizmin din düşmənçiliyi

Mussolininin Baniləri: Nitsşe və Darvin

Oxu müddəti: ~2 dəq.

Mussolininin kommunizmə olan bağlılığı, əslində zorakılığa olan meylindən və fərdi psixoloji problemlərindən qaynaqlanırdı. Denis Mak Smit Mussolininin daxili aləmini belə izah edir:

Marksa olan daimi bir bağlılığıyla yanaşı, əslində öz sosializminin elə də əsaslı bir doktrinası yoxdur. Bəzən özünü bir peşə tərəfdarı sosialist kimi qiymətləndirirdi, amma xüsusi söhbətlərində bütün digər sosialistlər barəsində çox kobud şəkildə danışırdı və bəzi hallarda da hamısından fərqli bir anarxist kimi görünürdü (116).

Mussolininin həyatını araşdıran digər bir tarixçi, Anjelika Balabanoff isə belə yazır: "Fikirləri, müəyyən bir anlayış və qavrayışdan çox, öz üsyankar eqoizminin əksi idi. Daha çox öz qeyri-sabit və narahat ruh halından və narazılığından, öz nəfsinin istəyini təmin etmək arzusundan və fərdi intiqam qərarlılığından qaynaqlanırdı".

Mussolininin fikir ataları. Mussolini müharibə və toqquşmanın millətin inkişafı üçün mütləq lazım olduğuna inanırdı. Onu bu fikrə yönəldən iki nəzəriyyəçi var i
Mussolininin fikir ataları. Mussolini müharibə və toqquşmanın millətin inkişafı üçün mütləq lazım olduğuna inanırdı. Onu bu fikrə yönəldən iki nəzəriyyəçi var idi: Çarlz Darvin və Fridrix Nitsşe...

Əslində Mussolininin tək əllə tutula bilən dünyagörüşü, "qarşıdurma" və "döyüş" anlayışlarına olan inancıydı. Bunları da faşizmin ideoloji nəzəriyyəçilərindən öyrənmişdi: Bu şəxslər də Fridrix Nitsşe və onun fikri təməlini meydana gətirən Çarlz Darvin idi.

Mussolininin bu iki ada olan heyranlığına dair bir çox dəlil vardır. Nitsşeyə olan bağlılığını, "Nitsşe məni ruhi bir erotizmlə doldurur" deyərək şəxsən özü açıq şəkildə ifadə etmişdir. Denis Mak Smit Mussolini adlı kitabında bu mövzuda bunları yazır:

Nitsşe də, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və yaxşılıq kimi xristian dəyərlərinə qarşı başladığı döyüşə bir səbəb tapırdı. Yenə Nitsşedən, "təhlükəli həyat", "güc istəyi" kimi məşhur anlayışlarını götürmüşdü. Burada yenə Tanrıya və kütlələrə qarşı çıxan böyük eqoist anlayışını, Nitsşenin "üstün insan" fikrini görürük (117).

Mussolininin Darvinizmə olan ideoloji bağlılığı isə, bir dövr redaktorluğunu etdiyi La Lotta di Classe (Sinif Qarşıdurması) adlı həftəlik kommunist jurnalda nümayiş etdirilirdi. La Lotta di Classe-nin ilk buraxılışının üz qabığında Marks və Darvinin böyük bir şəkli vardı. Giriş yazısını qələmə alan Mussolini bu iki materialist ideoloqdan, "keçmiş əsrin ən böyük iki mütəfəkkiri" deyə bəhs etmiş, yazıda Darvinin nəzəriyyəsinə böyük təriflər yağdırmışdı (118). Mussolini La Lotta di Classe jurnalında Darvinist, kommunist və dinin əleyhinə bir çox yazı yazdı, ancaq 1922-ci ildən sonra, yəni Mussolini hakimiyyətə gəldikdə, bu jurnalın da nüsxələri birdən-birə kitabxanalardan yoxa çıxdı (119).