Oxu müddəti: ~4 dəq.
Mussolini XX əsrin 10-cu illərinin sonunda ani bir dəyişiklik keçirdi və əvvəldən bəri radikal bir kommunist olduğu halda, bir anda "faşizm" olaraq adlandırılan ideologiyanın liderinə çevrildi. Roma imperiyasının bütpərəst mədəniyyətini təmsil edən "balta" simvolundan çıxış edilərək ortaya atılan "faşizmi" Mussolini tapmamış, o dövrdə İtaliyada çoxalan irqçi ideoloqlardan mənimsəmişdi. Ancaq öz icadı olmayan bu ideologiyaya qısa müddətdə yiyələndi və siyasi bir hərəkata çevirdi. Eynilə Hitler kimi ətrafına işsiz-gücsüz küçə avaralarını, macəra axtarışında olanları, zorakılıq tərəfdarı olan cahil kütlələri topladı. Bunları "Qara Köynəklilər" adlı yarı hərbi bir təşkilat şəklində təşkilatlandırdı və siyasi rəqiblərinə qarşı bir terror mexanizmi kimi istifadə etdi. Bu üsullarla da bir neçə il ərzində hakimiyyətə gəldi. 1922-ci ildə İtaliyanın Baş naziri vəzifəsində işləyirdi. Qısa müddət keçdikdən sonra isə "Duçe", yəni "lider" olaraq xatırlanmağa başlayacaq və tam bir diktator olacaqdı.


Mussolini faşizmin lideri olaraq ortaya çıxmaqla yanaşı, dinə olan düşmənçiliyini də bir anda gizlətməyə, üstəlik guya olduqca dindar bir katolik kimi görünməyə qərar vermişdi. Xüsusilə, hakimiyyətinin ilk illərində bu imici yaratmaq üçün səy göstərdi. Keçmiş din düşməni yazılarının olduğu jurnalları toplatdırıb məhv etməklə yanaşı, bir tərəfdən də özünü dindar kimi göstərməyə başladı. Məsələn, yarım əsrlik bir fasilədən sonra din dərslərini icbari hala gətirdi, məktəblərə xaç simvolları asılmasına qərar verdi (120). Çıxışlarında hər dəfə dindar, mühafizəkar, milli adət və ənənələrə bağlı bir insan portreti çəkməyə səy göstərdi. Mussolininin yeni meydana gətirdiyi azğın bir dünyagörüşünə görə, "din dövlətin güclənməsinə kömək etməyə borclu olan bir təşkilatdı" (121).
Mussolininin bu ikiüzlü dindarlığı təsirli oldu və qısa müddətdə kilsənin də dəstəyini qazandı. Müasir Liderlər Ensiklopediyasında Mussolininin "kilsənin ürəyində etdiyi fəth" belə izah edilir:
...Faşistlərin kilsənin dəstəyini qazanması 1922-ci ilin fevral ayında keçmiş Milano kardinalının papa seçilməsiylə başlayır. XI Piusa görə İtaliyanı anarxiyadan xilas edən insan Mussolinidir. Faşizm tərəfdarı Papa ilə bir vaxtlar "Həqiqi Dinsiz" imzalı yazılarla kilsəyə döyüş açmış Mussolini arasındakı əlaqələr həmişə əməkdaşlığa əsaslandı. Vatikan qəzeti olan Osservatore Romano 1923-ci ilin fevralında bunları yazmışdır: "Mussolini bütün İtaliyada vətənin tarixini bərpa edən insan olaraq alqışlanmışdır. Bu dini ənənələrin və xalqın sivilizasiyasının zəfəridir". Kardinal Vicaire isə həmin ildə vətəndaşları, faşistləri dəstəkləməyə çağırır. Vatikan, katoliklərinin partiyası Partito Popoleranın faşizmə qarşı olan rəftarını uyğun görməz və Don Sturzanın, partiyasının liderliyindən ayrılmasını təmin edər. Bunun müaqbilində Mussolini də kilsəyə olan hörmətini hər fürsətdə göstərər, on iki il əvvəl evləndiyi həyat yoldaşı ilə dini nikah kəsdirər, uşaqlarını xaç suyuna saldırır... 1929-cu ilin fevralında həm kral, həm də Mussolininin kilsə adına da Kardinal Qasparinin imzaladıqları "Patti Laterono" ilə kilsənin 1870-ci ildə əlindən alınan hüquqları geri qaytarılır. Müqavilə ilə kilsəyə mütləq bir inanc və ibadət azadlığı, katolizmin rəsmi dövlət dini qəbul edilməsi, Vatikanın müstəqilliyinin rəsmi şəkildə tanınması və ona imtiyazlar verilməsi, Papanın dövlət başçısı qəbul edilməsi, papalığa təzminat ödənməsi, dini nikahın qəbulu, ibtidai məktəblərdə din dərslərinin oxudulması kimi hüquqlar verildi. Papa da bunların müqabilində Mussoliniyə 1932-ci ildə "Qızıl Dəmir" ordeni verər və onu "bənzərsiz bir baş nazir" olaraq xarakterizə edər (122).
Ancaq Mussolini bütün bu teatra baxmayaraq həqiqətdə dinsizliğini davam etdirirdi. İtalyan cəmiyyətini bir dəfəyə öz tərəfinə çəkib ayağa qaldırdıqdan sonra, din əxlaqını ortadan qaldırmağa xidmət edən həqiqi siyasəti özünü göstərməyə başladı. 1930-cu illərdə dini anlayışlar yavaş-yavaş ortadan qaldırılmaqla yanaşı, bunun yerinə Mussolinini sanki müqəddəs bir adam kimi görən bütpərəst bir mədəniyyət hakim olmağa başladı. Mussolininin tək inancı, öz eqoizmi idi və bunu mərhələli şəkildə italyanlara qəbul etdirməyə çalışdı.
O dövrdə istifadə edilən aşağıdakı şüar, İtaliyaya təlqin edilən "Mussolini bütü"nün bir ifadəsiydi:
"Tanrını sevməkdən bir an belə geri qalma. Amma unutma ki, İtaliyanın Tanrısı Duçedir" (123). (Uca Allahı tənzih edirik)
Mussolinin özünü bu şəkildə insandan üstün bir varlıq elan etməsi, əlbəttə ki, böyük bir azğınlıqdır. Tarix boyu özünü digər bütün insanlardan üstün tutan və eynilə Mussolini kimi guya ilahlaşdıran (Allahı tənzih edirik) bir çox inkarçı lider və rəhbər yaşamışdır. Ancaq hamısı bu təkəbbürlülüklərinin və azğınlıqlarının əvəzini almışlar. Mussolini bir tərəfdən də dini anlayışların içini boşaldıb bunları öz bütpərəst dininə görə yenidən şərh etməyə cəhd edirdi. Nəşr etdiyi əmr və bildirişlərə "On Əmr" adını verməsi, qürur və ədəbsizliyinin dərəcəsini göstərirdi.

Ancaq Mussolininin qüruru uzun vaxt çəkmədi. II Dünya müharibəsinə Almaniya ilə birlikdə daxil oldu, ancaq almanlardan xeyli əvvəl məğlubiyyətə uğrayaraq məhv oldu. 1943-cü ildə öz vətəndaşları tərəfindən ələ keçirildi və həbs edildi. Hitlerin köməkliyi ilə xilas oldu və İtaliyanın şimalındakı qüvvələriylə müxaliflərinə qarşı bir müddət daha müqavimət göstərdi. Döyüşün sonunda alman forması geyinərək sərhədi keçməyə çalışdığı vaxt yenidən ələ keçirildi və yanındakı aşnası ilə birlikdə güllələndi. Cəsədi Milandakı bir meydanda ayağından asıldı. Bu, özünü guya "müqəddəs insan" zənn edən ruhi cəhətdən xəstə biri üçün olduqca ibrətamiz bir aqibətdi.
