Həyatın Mənşəyi
AZEN

Faşizmin din düşmənçiliyi

Giriş

Oxu müddəti: ~1 dəq.

faşizm

Dünyada bu günə qədər mövcud olan faşist sistemlərin sahib olduqları ortaq nöqtələrdən biri din əxlaqına qarşı olan münasibətləridir. İlk baxışda, bütün faşist sistemlərin xalqın sahib olduğu dini müdafiə etdiyi görülər. Ancaq faşistlər dini səmimi olaraq müdafiə etməzlər. Tək məqsədləri, dini təşkilatlardan və inanclı xalqdan dəstək almaq, dini termin və anlayışlardan istifadə edərək xalqı özlərinə bağlaya bilməkdir. Bu dinin İslam, xristianlıq və ya yəhudilik olması ya da buddizm kimi batil bir inanc olması faşistlər üçün əhəmiyyət kəsb etməz. Əsl məqsəd eyni inancla bir-birinə bağlı olan cəmiyyət, kütləvi olaraq istənilən şəkildə yönləndirilə bilməsidir. Hitler, Mussolini, Franko kimi faşist diktatorların və hətta müasir faşistlərin siyasəti və tətbiqləri araşdırıldığı təqdirdə, din əxlaqına qarşı olan münasibətin iç üzü də asanlıqla görülə bilir.

Hər şeydən əvvəl faşistlərin səmimi olaraq din əxlaqını müdafiə etmələri qeyri-mümkündür, çünki faşistlərin sahib olduqları xarakter və həyata baxış tərzləri dinin insanlara qazandırdığı gözəl əxlaqla tamamilə ziddir. Uca Allahın insanlar üçün seçdiyi dində sülh və dinclik olduğu halda, faşizmdə döyüş və narahatlıq vardır. Allah insanlara gözəl söz deməyi, bağışlamağı və sevgini əmr edir, faşistlər isə kin və nifrəti, bitib tükənməyən mübarizəni və döyüşü əmr edir. Buna görə də faşistlər dinin səmimi olaraq yaşanmasını və cəmiyyətə dinin gətirdiyi gözəl əxlaqın hakim olmasını istəməzlər, çünki belə bir vəziyyətdə özləri cəmiyyətə hakim ola bilməyəcəklər. Buna görə də həm guya dindar kimi görünür, həm də haqq dinin yaşanmasınının gizlicə və məkrli tədbir və tətbiqlər həyata keçirməklə qarşısını almağa çalışırlar.

20-ci əsr tarixi bunun dəlilləriylə zəngindir.