Həyatın Mənşəyi
AZEN

Faşizm, irqçilik və darvinizm

Nasizmin Digər Irqlərə Qarşı Göstərdiyi Vəhşilik

Oxu müddəti: ~6 dəq.

Dr. Ernst Rudin
Dr. Ernst Rudin

Nasizmin irqçi vəhşiliyi, yalnız Almaniya sərhədləri daxilindəki "uyğun olmayan" insanları deyil, bütün dünyanı hədəf alırdı. Hitlerin yuxusu bütün dünyaya hökm edəcək bir alman imperatorluğu yaratmaq və dünyadakı bütün "aşağı" irqləri sterilizə edərək qondarma "insan təkamülü" prosesini sürətləndirməkdi. Necə ki, bu, Darvinin də dilə gətirdiyi bir proqnozdu. Məlum olduğu kimi Darvin, İnsanın Törəməsi adlı kitabında, "yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz ki, aradan götürüləcəklər" deyirdi. Darvinin bu proqnozunu tətbiq etmək vəzifəsini də Hitler boynuna götürmüşdü.

Bu planı 1939-cu ildə tətbiq etməyə başladı. Ani hücumlarla əvvəlcə Polşanı, sonra da Danimarka, Norveç, Belçika, Hollandiya, Fransa, Yuqoslaviya və Yunanıstanı, Şimali Afrikanı və Sovet İttifaqını işğal etdi. İşğal altındakı ölkələrin xalqlarına, xüsusilə "aşağı irqlər" kateqoriyasına daxil edilən insanlara böyük zülm yaşadıldı. Milyonlarla insan dustaq olaraq işlədilmək üçün toplama düşərgələrinə göndərildi və faciəvi şərtlərdə yaşadıldı. Bu düşərgələrdə həyatını itirən yüz minlərlə yəhudi, qaraçı, slavyan, rus və digər millətlərdən olan insanlar, Darvinist irqçiliyin gəldiyi nəticəyə dair bir sənəddir. (Düşərgələrdə həyatını itirən yəhudilərin bir qismi də, həqiqətdə yəhudi xəzər türkləridir). Nasist vəhşiliyinin ən qəribə nümunələrindən biri, nasist zabiti Josef Mengelenin Ausçvitz toplama düşərgəsində məhbuslar üzərində apardığı qeyri-insani təcrübələrdir. Mengele tərəfindən düşərgədəki məhbuslar arasından "sınaq vasitəsi" olaraq seçilən yetkinlər və uşaqlar üzərində, insan bədəninin ağrıya və ya soyuğa nə qədər dözə bildiyini öyrənmək üçün qorxunc təcrübələr aparmışdır.

Soyuq qış günündə buzlu sulara zorla soxulub gözlədilən insanların, donmadan əvvəl neçə dəqiqə yaşaya bildikləri sınaqdan keçirilmişdir. Mengelen apardığı təcrübələrdə insanlara narkoz vermədən onlar üzərində cərrahi əməliyyatlar həyata keçirdiyi, məsələn insanların qollarını, qıçlarını və ya mədələrini diri-diri kəsdiyi məlumdur. Mengelenin ən zalım təcrübələri isə, düşərgəyə gələn əkiz uşaqlar üzərində olmuşdur. Mengele düşərgəyə gələn bütün əkizləri digər məhbuslardan ayırmış və üzərlərində müxtəlif təcrübələr apararaq irsi amillərin təsirini ölçmüşdür. Ancaq istifadə etdiyi metodlar inanılmaz dərəcədə əziyyətlidir. Əkizlərin qanını bir-birinə vuraraq reaksiyanı hesablamış, çox vaxt əkizlərdən biri və ya hər ikisi şiddətli ağrılar yaşamış və bədən temperaturları xeyli yüksəlmişdir. Mengele göz rənginin irsi olaraq dəyişdirilib dəyişdirilməyəcəyini yoxlamaq istəmiş və bu məqsədlə əkizlərin gözlərinə mavi rənkli mürəkkəb tökmüşdür. Çoxları dəhşətli ağrılar çəkmiş və bir qismi kor olmuşdur. Kiçik uşaqların bədənlərinə müxtəlif xəstəliklərin mikrobları yeridilmiş və bu xəstəliklərə nə qədər dözə bildikləri yoxlanmışdır. Bir çox günahsız uşaq Mengele adlı bu nasist canavarının əlində işgəncə çəkmiş, şikəst qalmış və ya ölmüşdür.

mengele'nin masum kobayları
Mengelenin günahsız təcrübə "dovşanları". Nasist vəhşiliyinin ən dəhşətli nümunələrindən biri nasist zabiti, həkim Yozef Mengelenin Osventsim toplama düşərgəsin
Mengelenin günahsız təcrübə "dovşanları". Nasist vəhşiliyinin ən dəhşətli nümunələrindən biri nasist zabiti, həkim Yozef Mengelenin Osventsim toplama düşərgəsində məhbuslar üzərində apardığı insanlıqdan kənar təcrübələrdir. Mengele düşərgə məhbusları arasından "təcrübə heyvanı" kimi seçdiyi yetkinlər və uşaqlar üzərində insan bədəninin ağrıya və ya soyuğa nə qədər dözə biləcəyini anlamaq üçün dəhşətli sınaqlar aparmışdır.

Bu ağlasığmaz vəhşiliyin təməlində, insanları bir heyvan növü kimi görən, bəzi insan irqlərini isə "zərərli heyvanlar" olaraq qəbul edən Darvinist-faşist irq nəzəriyyəsi durur. Necə ki, Mengelenin keçmişinə baxıldığı təqdirdə, bu nəzəriyyə ilə yetişdirildiyi açıq şəkildə görülür. Mengelenin həyatını və törətdiyi vəhşiliklərindən sözü gedən bir işdə, nasist həkiminin ağıl müəllimi olan dr. Ernst Rudinin Sosial Darvinizmindən belə bəhs edilir:

Əgər Mengele nasist kariyerasının ən yuxarı nöqtəsində vicdansız bir canavar halına gəldisə, bunu, şübhəsiz ki, Almaniyanın ən şeytani zehinlərindən öyrənmişdir. Mengele şagird olarkən dr. Ernst Rudinin dərslərini izləmişdir. Rudin bəzi insanların yaşamaq haqqına sahib olmadığını və üstəlik həkimlərin bu insanların həyatına son qoyma və cəmiyyətdən çıxarma məsuliyyətinə sahib olduğunu irəli sürən bir adamdır. Fikirləri şəxsən Hitlerin diqqətini çəkmiş və 1933-ci ildə qəbul edilən irsi Sağlamlığı Qoruma Aktı üçün Rudinin məsləhətinə müraciət edilmişdir. Bu güzəştə getməyən sosial darvinist, çoxalaraq və alman gen hovuzunu çirkləndirən aşağıdakı insanların xədimləşdirilməsi üçün başladılan nasist fəaliyyətlərə dəstək vermişdir: Əqli cəhətdən qüsurlu, şizofreniyalı, depressiyalar, epilepsiya xəstələri, irsi korlar, karlar, şikəstlər və s. (91).

Yozef Mengele insanlar üzərində apardığı qatil təcrübələr üçün universitetdəki müəllimi Ernst Rüdindən ilham almışdı. Rüdin Almaniyanın ən məşhur sosial darvini
Yozef Mengele insanlar üzərində apardığı qatil təcrübələr üçün universitetdəki müəllimi Ernst Rüdindən ilham almışdı. Rüdin Almaniyanın ən məşhur sosial darvinistlərindən biri kimi tanınırdı.

Sosial Darvinizm nasist vəhşiliyinin hər mərhələsində yenidən ortaya çıxır. Nasist vəhşiliyinin ən qabaqcıl qurucularından biri olan SS rəisi Henrix Himmlerin ilham mənbəyi də darvinist "qarşıdurma" və "həyat mübarizəsi" anlayışlarından başqa bir şey deyildi. Tətbiq etdiyi zülmün uydurma "elmi" məntiqini belə izah etmişdi: "Təbiətin qanunu, güclü olanın həyatda qalacağı dünyamızda öz rolunu oynamalıdır" (92).

Himmler aryan irqindən olmayan insanları, xüsusilə slavyan, yəhudi, rus kimi xalqları bir heyvan kimi görür və onlara hər cür zülmün tətbiq edilməsini normal olaraq qarşılayırdı. Əsir düşən rus qadınlar haqqında belə danışmışdı:

"Tankvuran təhlükəsi üçün çuxur qazan 10 000 rus qadını eyni anda yorğunluqdan yerə yıxıldıqları vaxt məni maraqlandıran tək şey o çuxurun Böyük Almaniyanın mənfəətləri üçün tamamlanmasının lazım olduğudur. Qadınlar qaldırılmalı və işlərini qurtarmalıdırlar. Sonra ölürlərsə ölsünlər..." (93).

Himmler işğal edilən ölkələrdə almanlarının tərəfində döyüşmək istəyən könüllü şəxsləri belə adam yerinə qoymayan şərhlər verməkdən çəkinməmişdi:

"Könüllülərə istədikləri hər şeyi edə biləcəklərini dedim. Amma bir mövzuda bunu bilməlisiz ki, SS sizin ölkələrinizdə də təşkilatlanacaqdır. Bütün Avropada təkcə Alman SS-i mövcud olacaq. Sizin fürsət arxasınca qaçıb almanlaşmağınızı istəyən də yoxdur. Sizdən istənilən və etməli olduğumuz şey, üstün irq və üstün tarixi idealı, milli mənfəət və qürurunuzdan üstün tutmağınızdır. Üstün olan Alman Reyxdir. Bunu unutmayın " (94).

Hitlerin guya "üstün irqin hakimiyyəti" üçün başlatdığı II Dünya müharibəsinin nəticəsi isə çox ağır oldu. 55 milyondan çox insan öldü ki, bunların çoxu mülki vətəndaş idi. Maddi itkilər fövqəladə göstəricilərə çatdı. Nasistləri bu faciə üçün hərəkətə keçirən ən böyük faktor isə, sahib olduqları "üstün irq" iddiasıydı. Bu iddianın mənşəyi də, Darvinin təkamül nəzəriyyəsi idi.

Nasistlər toplama düşərgələrindəki milyonlarla məhbusu çox ağır şəraitdə işlətmiş, müharibənin son dövrlərində isə bu insanların yüz minlərlə aclıq və yoluxucu
Nasistlər toplama düşərgələrindəki milyonlarla məhbusu çox ağır şəraitdə işlətmiş, müharibənin son dövrlərində isə bu insanların yüz minlərlə aclıq və yoluxucu xəstəliklər nəticəsində dəhşətli şəkildə həyatını itirmişdir. Buxenvald toplama düşərgəsini azad edən amerikan əsgərləri tərəfindən qeydə alınan bu görüntülər nasist zülmünün sübutlarıdır.

Hitlerin ən böyük müttəfiqi olan Benito Mussolini də eyni onun kimi Darvinizmdən olduqca təsirlənmişdi. Mussoliniyə görə zorakılıq, sosial dəyişikliyi yaşayarkən olduqca lazımi bir ünsürdü. Mussolini danışıqlarında tez-tez darvinist terminlərdən istifadə edir və sülhlə əlaqədar hər cür yanaşmaya qarşı çıxırdı. İngilis imperatorluğunun zəifləməsini, "təkamülün ən əhəmiyyətli hərəkətverici gücü olan döyüşdən qaçmağa çalışmasıyla" əlaqələndirirdi (95).

Faşist irqçilik haqqındakı bu həqiqətlərin ortaya qoyduğu nəticə aydındır: Darvinizm həm faşist rejimlərin, həm də iki dünya müharibəsinin, pərdə arxasında gizlənən "həqiqi" məsuludur. Bunların Darvinizmlə əlaqəli olduğunu indiki vaxtda bəlkə də çox az insan bilir. Halbuki, faşistlər əsas inanclarını Darvinizmdən alırlar. Heç bir şeyə gücü çatmayan kor təsadüfləri guya yaradıcı bir güc kimi görən bu sistemdə xaos, mərhəmətsizlik, zülm, güclünün haqlı olması kimi prinsiplər vardır. Darvinizmdəki daimi mübarizə prinsipi, bitib tükənmək bilməyən vəhşiliklərin, zülmlərin, qırğınların fəlsəfi zəminini əmələ gətirir.

nazi vahşeti
İnsanları "heyvan" kimi görən bir ideologiyanın vəhşilikləri... Darvinizmin siyasi tətbiqi olan faşizm insanları bir heyvan növü kimi görür və irqlər arasında a
İnsanları "heyvan" kimi görən bir ideologiyanın vəhşilikləri... Darvinizmin siyasi tətbiqi olan faşizm insanları bir heyvan növü kimi görür və irqlər arasında amansız "həyat mübarizəsi" olduğuna inanır. Buna görə də faşistlər ən amansız cinayətləri törədir, qadın-uşaq ayırmadan kütləvi qırğınlar təşkil edə bilirlər. Bu vəhşilik ideologiyasının yox olması üçün insanın "döyüşmək üçün yaşayan heyvan" olmadığının, Allah qarşısında məsuliyyət daşıyan bir qul olduğunun dərk edilməsi zəruridir.

Halbuki, Allah insan irqlərini bir-birləriylə bərabər yaratmış, daha əvvəl də ifadə etdiyimiz kimi üstünlüyün təqvayla, yəni Allahdan qorxub Onun əmrlərinə tabe olmaqla əlaqəli olduğunu bildirmişdir. İnsanlara zülm etməyi, mərhəmətsiz davranmağı isə qadağan etmişdir. Tarix boyu bu əmrə qarşı çıxan zalım liderlər və qövmlər həmişə eyni pis aqibətlə qarşılaşmışlar.

Mümin surəsinin 56-cı ayəsində bildirildiyi kimi, "ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar", həqiqətən də heç vaxt bu istəklərinə çata bilməmişdilər. Allah Şuəra surəsinin 227-ci ayəsində "... zülm edənlər, necə devriləcəklərini yaxında biləcəklər" buyuraraq, bu insanların dünyada məğlubiyyətlə qarşılaşacağını xəbər vermişdir.

İnsanlara zülm edənlərin axirətdə qarşılaşacaqları aqibət isə çox pisdir. Quranda belə bildirilir:

Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir; içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır.
(Nisa surəsi, 168-169)