Oxu müddəti: ~4 dəq.
Vilhelm Reyx The Mass Psychology of Fascism (Faşizmin Kütlə Psixologiyası) adlı kitabında, nasist irq nəzəriyyəsini belə izah edir:
İrq nəzəriyyəsi, hər heyvanın yalnız öz növüylə cütləşməsinin təbiətdəki "dəmir qanun" olduğu fərziyyəsindən yola çıxır. Yalnız müstəsna hallarda bu qanun pozulur və irqlər arası qarışıq cinsi əlaqə meydana gəlir. Ancaq bu baş verdikdə isə, təbiət bunun intiqamını alır və əlindəki hər cür imkandan istifadə edərək bu anormallığı dayandırır, ya dünyaya gələn canlı sonsuz olur və ya sonrakı nəsillərin çoxalma qabiliyyəti məhdudlaşdırılır. Fərqli "səviyyələr"dəki iki canlı varlığın cütləşməsi nəticəsində ortaya çıxan bala, qaçılmaz olaraq ortaq bir xarakterdə olacaq. Amma təbiət daha yüksək həyat tərzləri yaratmaq istəyir və bundan ötrü də qarışıq cütləşmə təbiətin məqsədinə ziddir. Digər tərəfdən, gündəlik həyat döyüşü içində təbii seleksiya öz funksiyasını yerinə yetirir və bu yolla zəiflər, yəni irqi cəhətdən aşağı olanlar onsuz da aradan götürülür. Bu "təbiətin məqsədinə" uyğundur, çünki əgər sayca üstünlük təşkil edən zəiflər, güclü olanlara qarşı qalib gəlsələr, inkişafı təmin edən yüksək cütləşmə də aradan qalxacaqdır (82).

Göründüyü kimi nasistlərin irq nəzəriyyəsinin təməlini meydana gətirən bu bioloji görüş, hər cəhətiylə Darvinizmdir. Təbiətin "üstün növləri təkamül prosesindən keçirmək" kimi bir məqsədi olduğu, bunun üçün təbii seleksiyandan istifadə etdiyi, zəiflərin qaçılmaz olaraq aradan götürüldüyü kimi boş sözlər həqiqətdə Darvinin təkamül nəzəriyyəsinin bir xülasəsidir. Elmi bir əsası olmayan, əslində bütpərəstliyin "təbiətə şüur istinad etmə" axmaqlığının bir uyğunlaşdırması olan bu təkamülçü fikirlər nasist vəhşiliyinin də çıxış nöqtəsi olmuşdur. Çünki bu nəzəriyyəni -yenə Darvinizmə uyğun bir formada- insan cəmiyyətlərinə tətbiq etmişdirlər. Vilhelm Reyx yuxarıdakı izahlarından sonra belə yazır:
Nasional sosialistlər daha da irəli gedərək əsaslandıqları bu təbiət qanununu insanlara uyğunlaşdırmağa başladılar. İcra etdikləri məntiq əsas cəhətləriylə belədir: Tarixi təcrübələr göstərir ki, "Aryan qanının aşağı irqlərə qarışması", həmişəlik mədəniyyətin qurucusu olan aryanların degenerasiyalarıyla nəticələnir. Üstün irqin sayı azalır, buna görə də fiziki və zehni geriləmə dövrü başlanır və bu "eniş"ə səbəb olur. Hitler şimal ölkələrinin ancaq "almanların qanının pozulmadığı", yəni almanların alman olmayan xalqlarla əlaqədə olub çoxalmadığı müddətcə güclü qalacağını demişdir (83).
Hitlerin "Şimali Avropa almanlarını bəşəriyyət tarixindən çıxarsanız, geridə meymun rəqsindən başqa bir şey qalmaz" deyərkən əsaslandığı düşüncə də insanların meymundan təkamül keçirdiyini müdafiə edən və buna görə də bəzilərinin hələ "meymun" olaraq qaldığı nəticəsini verən Darvinist fikirlərdir (84).
Bu azğın məntiqlər, insanın bir heyvan növü kimi görülməsinin və bu heyvan növü içində də "üstün irqlər" və "aşağı irqlər" olduğuna inanılmasının bir nəticəsidir. Darvinin Növlərin Mənşəyi və İnsanın Törəməsi adlı kitablarında irəli sürdüyü tezis də onsuz da tam olaraq budur. Nasistlər Darvinin nəzəriyyəsini tətbiq etməkdən başqa bir şey etməmişlər. Halbuki, insanların üstünlüyü irqlərə görə deyil. İnsanlar, hansı irqdən olurlarsa olsunlar insandırlar. Hər biri Allah tərəfindən yaradılmış və yer üzünə yerləşdirilmişdir. Quranda bu həqiqət belə xəbər verilir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və ya nəsil cəhətdən üstün olanınız deyil) Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
(Hucurat surəsi, 13)
Yuxarıdakı ayədə bildirilən həqiqət çox aydındır. İnsanlar bu dünyada bir-birlərini hansı meyarlara əsasən qiymətləndirirlərsə qiymətləndirsinlər, Allah Qatında üstünlük "təqva", yəni Allaha yaxınlıq, Allah qorxusu ilədir.

Hər hansı bir adamın və ya qrupun bir irqi üstün görməsi, üstün göstərməyə çalışması yalnız özünü buna inandırması olar. Çünki hər insan haqq-hesab günü Allahın hüzuruna çıxacaq, tək başına olaraq sorğu-sual olunacaqdır. Dünyada öz aləmində üstünlük kimi gördüyü xüsusiyyətləri isə özünə bir fayda verməyəcək. Əksinə dünyada Allahın bildirdiklərinin xaricində meyarlar müəyyənləşdirənlər, öz aləmlərində üstünlük iddia edərək digər insanlara zülm edənlər, zəifləri əzərək güclənməyə çalışanlar həm dünyada, həm də haqq-hesab günündə etdikləri əməllərin əvəzini mütləq alacaqlar. Ayələrdə bu mövzu belə bildirilir:
Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini tora salar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir.
(Fatir surəsi, 43-44)
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.
(Şura surəsi, 42)
