Həyatın Mənşəyi
AZEN

Üçüncü dünya faşistləri

Giriş

Oxu müddəti: ~1 dəq.

Faşizm II Dünya müharibəsində hərbi məğlubiyyətə məruz qaldı. Nasist Almaniyası, faşist İtaliya və Yapon faşizminin meydana gətirdiyi ittifaq, müharibədən məğlub çıxdı və hər üç ölkədə də faşist rejimlər aradan qalxdı. Hitler intihar etdi, Mussolini öz vətəndaşları tərəfindən asıldı, Yaponiyadakı hökumət isə özünü təmizə çıxardı. 20-ci əsrin birinci yarısında yüksələn faşizm, əsrin ortasına çata bilmədən çökmüşdü.

Ancaq bu çöküş, faşizmin tamamilə yer üzündən silindiyi mənasını vermirdi. II Dünya müharibəsindən sonra faşizm sözün əsl mənasıyla özünü üçüncü dünya ölkələrində göstərdi. Latın Amerikası və Afrikada -çox vaxt ABŞ-ın dəstəyi ilə- hakimiyyəti ələ keçirən diktatorlar və xuntalar, təməldə faşist ideologiyaya sahib idilər.