Oxu müddəti: ~2 dəq.

Gözlə görə bilmədiyimiz tək bir hüceyrə nüvəsində, cəmi 4 m uzunluqda DNT lenti var. Bu lent hüceyrə nüvəsində "xromosom" adlı qruplar halında qablaşdırılır. Bədən hüceyrələrimizin nüvələrində cəmi 23 cüt xromosom olur. Xromosomlar elektron mikroskopu altında böyüdüləndə bu xromosomların içində olan DNT molekulunun spiral halda sarılaraq sıxışdırılmış şəkildə olduğunu görərik. Bu qablaşdırma sistemi əhatə etdiyi kiçik həcmə baxmayaraq növbəti hissədə toxunacağımız kimi, böyük bir məlumat yığma tutumuna malikdir.
DNT lentlərində bədənin ehtiyacı olan hər növ zülalları, fermentləri, molekulyar motorları, hormonları və digər elementləri meydana gətirmək üçün ehtiyac olan məlumat yer alır.(23) DNT molekulu üzərindəki kodlanmış məlumat, gözlərin, qulaqların simmetrik meydana gəlməsini, ürəyin qan vurmasının, bu qanın hüceyrələrə oksigen daşımasını, qidaları parçalayan mədə turşusunun olmasını və bədənin digər bütün fiziki xüsusiyyətlərini müəyyən edir. İnsanlarda təxminən 30 000 ədəd, "gen" adlanan bu tip məlumat paketi yer alır.(24)
Genetik məlumatın ümumi miqdarı, başqa ifadə ilə "genomu" - bir kitabxanaya bənzədilsə, kitabxanadakı hər bir kitab, bir xromosomu təmsil edər və kitabların hissələri də genlərdir. Genlər nəhəng bir ensiklopediyada olan mövzu başlıqları kimidir. Bunlar üzərində də bir insanın bioloji həyatının ətraflı planı qeyd edilmişdir.(25)
Xromosomlardakı varislik yoluyla keçən xüsusiyyətləri DNT-nin pillələrini meydana gətirən dörd kimyəvi bazanın fərqli düzülüşü təyin edir. DNT-nin quruluşunu kəşf edənlərdən Cames Uatson əsas düzülüşlərin genlərdəki fərqliliklərin qaynağı olduğuna belə diqqət çəkir:
"... bu dörd nukleotid bir-birindən tamamilə fərqli deyildi, çünki hər biri eyni şəkər və fosfat ünsürlərindən təşkil edilmişdir. Fərqliliklərin ya purin (adenin və quanin) və ya pirimidin (sitozin və timin) olan azot bazalarından qaynaqlanırdı ... Əgər əsas sıralar hər zaman eyni olsaydı, bütün DNT molekulları bənzər olacaqdı və bir geni digərindən ayıran dəyişkənlik mövcud olmayacaqdı.(26)

Allah bu dörd baza düzülüşündən milyardlarla fərqli insan yaratmışdır və yaratmağa davam edir. Allahın DNT-də yaratdığı qüsursuz nizam sayəsində insanın kompleks quruluşu və sahib olduğu zəngin xüsusiyyətlər meydana gəlir. Nur surəsinin 45-ci ayəsində belə bildirilir:
... Allah dilədiyini yaradar. Şübhəsiz ki, Allah, hər şeyə güc çatdırandır. (Nur surəsi, 45)

