Oxu müddəti: ~1 dəq.

Telefonun dəstəyə bağlanan qıvrımlı naqilini düşünün. Uzun bir naqil daha qısa bir məsafəyə sığdırılmış, lazım olduğu zaman uzana biləcək şəkildə hazırlanmışdır. Heç kim naqilə baxıb onun təsadüfən belə bir şəkil aldığını düşünməz. Çünki bu şəklin istifadəsi yeri, məqsədi və nəticəsində verdiyi asanlıq, bir ağlın, məlumatın və şüurun göstəricisidir.
İnsanın hüceyrələrindəki DNT-lər də buna bənzər xüsusi bir şəklə malikdir. Üstəlik, DNT-dəki spiral quruluş daha düzgün, uzun və qatbaqatdır. Bu şəklin istifadə edilməsi son dərəcə hikmətlidir. İrəlidə bəhs edəcəyimiz DNT-nin fövqəladə məlumat bankının, kiçik bir məkana sığması bu xüsusi şəkil sayəsində mümkün olur. Spiral quruluşu açılan zaman cəmi 4 metr olan DNT yalnız millimetrin iki milyonda biri qədər yer tutur və bu səbəblə elektron mikroskopu altında belə çətinliklə görülür.(29)
