Həyatın Mənşəyi
AZEN

DNT molekulunun möcüzəvi quruluşu

DNT Spiralının Kimyəvi Quruluşu

Oxu müddəti: ~3 dəq.

DNT (Dezoksiriboza nuklein turşu), karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarət olan və hüceyrənin bütün həyat əhəmiyyətli funksiyalarından rol oynayan nəhəng bir molekuldur. İnsana aid bir DNT molekulunda bu atomlardan milyardlarla mövcuddur (14) və hər insanda özünəməxsus bir şəkildə hazırlanmışdır. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiriboza (D), nuklein (N), turşu (T) sözlərinin qısa yazılışıdır.

A. Adenin G. Guanin T. Timin C. Sitozin
A. Adenin G. Guanin T. Timin C. Sitozin

Hər insan hüceyrəsinin nüvəsindəki DNT molekulu, 5 mikron (mikron, millimetrin mində biri) həcmində kiçik bir top halında qıvrılmış vəziyyətdəki nuklein turşundan ibarətdir.(15) Nuklein turşuları bədənimizin yalnız 2 %-ni təşkil etsə də, son dərəcə əhəmiyyətli birləşmələrdir. Nuklein turşularının bünovrəsi isə nukleotidlərdir. Nukleotidlərin 6 000 000 000 (milyard) ədədi kimyəvi olaraq cüt spiral şəklində birləşərək DNT-ni meydana gətirirlər.(16)

Spiral şəklində bir nərdivan quruluşuna sahib olan DNT molekulu elm adamlarını təəccübləndirən bir memarlıq nizamına malikdir. Nərdivanın yan tərəfləri, fərqli növdə şəkər və fosfatdan ibarət olan DNT molekulunun onurğasıdır. Pillələr isə əsas adı verilən və bir-birinə bağlanan dörd kimyəvi maddə cütlüyündən meydana gəlir: Adenin, timin, sitozin və quanin. Əsasları karbon, oksigen, hidrogen və azot ehtiva edən 12 və 16 atomdan meydana gələn molekullardır.(17) Bu kimyəvi elementlər də DNT spiralı üzərində xüsusi bir düzülüşə malikdir. Bunların düzülüşü yalnız iki növdə uyğunlaşma ilə mümkündür: Adenin (A) daima timinlə (T) və sitozin (C) isə daima quaninlə (G) bağlanır.(18)

Elm adamları DNT-ni meydana gətirən atomların, nukleotidləri meydana gətirmək üçün necə xüsusi bir düzülüşlə birləşdiklərini təsbit etmişlər. Ancaq canlıların bünövrəsinin quruluşunu bilməklə, bunları meydana gətirmək bir deyil. Necə ki, elm adamları əllərində doğru vəsaitlər - atomlar və bunları bir yerə gətirən texnologiyanın olmasına baxmayaraq, heç bir şəkildə canlıların DNT molekulunu meydana gətirə bilmirlər. Quranda Rəbbimiz belə bildirir:

Sizin İlahınız yalnız O Allahdır ki, Ondan başqa heç bir ilah yoxdur. O, elm ilə hər şeyi əhatə etmişdir. (Taha surəsi, 98)

Yuxarıda da ifadə etdiyimiz kimi, atomların düzülməsində xüsusi bir yaradılışı görürük. Hər bir nukleotidin tərkibində təxminən 34 atom mövcuddur. DNT-də cəmi 6 milyard nukleotid olduğuna görə, (34x6 000 000 000) 204 milyard atom DNT molekulunu əmələ gətirmək üçün kimyəvi olaraq birləşməlidir.(19) Əgər bir saniyədə bir atom üzərində əməliyyat edə bilsəydik, gündə 8 saat, ildə 350 gün işləyərək yalnız tək bir DNT molekulunu hazırlamağınız 20 000 ildən daha çox çəkəcəkdi.(20) Ağıl sahibi bir insan bunu edə bilmədiyi halda DNT molekulunun, təsadüflər nəticəsində öz-özünə meydana gəldiyi necə düşünülə bilər? Əlbəttə ki, bu qeyri-mümkün bir haldır. Bundan başqa kitab boyunca yadda saxlamalı olduğumuz bir nöqtə də DNT molekulları olmadan canlıların yaşaması mümkün deyil. Hətta DNT-nin quruluşunda meydana gələn ən kiçik bir səhv belə ciddi nəticələrə səbəb olar. Tanınmış elmi yazıçı Riçard Milton vəziyyəti belə izah edir:

"... Hər bir nukleozit (nukleotidin fosfata bağlanmamış vəziyyəti) doğru sırada "yazılışı" və DNT molekulu içində tam olaraq doğru yerdə olmalıdır və daha əvvəl göstərildiyi kimi, insanlar, heyvanlar və bitkilərdəki başlıca funksional pozulmalarına səbəb tək bir DNT molekulu, ya da o molekul içindəki tək bir nukleozitin yoxluğu, ya da səhv yerləşdirilməsidir."(21)

DNT xəttində olan hər düzülüş, adenin, timin, sitozin və quanin nukleotidlərinin düzülüşü, hüceyrə nüvəsindəki genetik mətni meydana gətirir və həyati əhəmiyyətə sahib olan zülalları inşa etmək üçün ehtiyac olan məlumata sahibdir. Bu baxımdan DNT-nin bir tərəfdən nizamlı quruluşunu qoruyarkən, bir tərəfdən də məlumat müxtəlifliyinə imkan verən bir düzülüşə sahib olması, son dərəcə diqqət çəkən bir vəziyyətdir.

A – Adenin, T – Timin, G – Guanin, S – Sitozin. Hər nukleotidin içində təxminən 34 atom var. DNT-də cəmi 6 milyard nukleotid olduğuna görə, (34 x 6.000.000.000)
A – Adenin, T – Timin, G – Guanin, S – Sitozin. Hər nukleotidin içində təxminən 34 atom var. DNT-də cəmi 6 milyard nukleotid olduğuna görə, (34 x 6.000.000.000) 204 milyard atom Uca Rəbbimizin istəyi ilə bir insanı əmələ gətirəcək şəkildə bir-birinə bağlanır.