Oxu müddəti: ~2 dəq.

İnsan hüceyrələrində olan tək bir DNT lenti təxminən 3 milyard baza cütündən yaranmışdır və təxminən iki metr uzunluğundadır. Bu böyüklükdə iki zəncir kiçildilib, gözlə görülməyən ölçülərə gətirmək lazımdır. Uzun bir ipin çarx üzərində sarılmasına bənzər şəkildə DNT də hüceyrə içində buna bənzər bir mexanizm ilə qablaşdırılaraq nüvənin içində yerləşmişdir. DNT lenti nukleozomlar halında barabana sarılaraq qablaşdırılır və xromosomları meydana gətirirlər. Burada baraban vəzifəsini isə "histon" adlı zülallar icra edirlər.
Bir nukleozomda DNT spiralının 15 dövrəlik qismi yer alır, bu da 150 nukleotid uzunluğundadır.(22) Bu hissə bir zülal nüvəsinin ətrafında iki dəfə sarılır. Bu nüvə də çox sayda müsbət yüklü amin turşusundan ibarət səkkiz histondan meydana gəlir. Bunlar DNT üzərindəki mənfi yüklü fosfatları mükəmməl şəkildə tamamlayır. Zülal istehsalı üçün DNT-nin hər hansı bir hissəsində yazılmış məlumata ehtiyac olduqda nukleozom açılır və oxunması üçün DNT lenti sərbəst buraxılır. Bundan sonra DNT təkrar histonlar üzərində sarılır və növbəti dəfə ehtiyacı olana qədər orada saxlanılır və ətrafdakı molekulların zəiflədən təsirlərindən qorunur. Genetik məlumatın sadəcə tərkibi deyil, eyni zamanda quruluşu və olduğu mühitin xüsusiyyətləri də həssas bir nizam tələb edir. Bu nizam göyləri və yeri yaradan Uca Rəbbimizin əsərlərindən yalnız biridir. Yusif surəsinin 100-cü ayəsində belə bildirilir:
... Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən bilən, hökm və hikmət sahibi Odur. (Yusif surəsi, 100)
