Oxu müddəti: ~3 dəq.

Hazırda sıçrayışlı təkamülün xəyali mexanizmi elmi olaraq tamamilə təkzib edilmiş və canlıların həmin üsullarla təkamül keçirə bilməyəcəyi sübuta yetirilmişdir. Nyu-York Ştat Universitetindən Ceffri S.Levintonun da bildirdiyi kimi, növlərin bu cür əmələ gəlməsi fosil qeydlərində açıq şəkildə müşahidə edilmirsə, nəzəriyyəni sınaqdan keçirmək mümkün deyil. Levinton buna əsaslanaraq belə bir nəticəyə gəlmişdir: bütün dəlillər sıçrayışlı təkamülü qəbul edilməyəcək nəzəriyyəyə çevirir.42
Əlbəttə, bu, tamamilə doğrudur. Nəzəriyyənin əsasını təşkil edən iddia elm tərəfindən təkzib edilmişdir. Lakin əsas vacib olan odur ki, nəzəriyyəçilərin irəli sürdükləri fosil qeydləri sıçrayışlı təkamülə heç bir dəlil təqdim etmir, əksinə, onu təkzib edir. Fosil qeydlərində nəzəriyyənin iddia etdiyi və milyon illər ərzində davam etməli olan müvazinət vəziyyətindəki canlıların milyonlarla nümunəsi mövcuddur. Lakin nəyə görə isə, nəzəriyyəyə əsasən minlərlə il davam etməli olan təkamül prosesinin izi yoxdur. Təkamül keçirdiyi zənn edilən saysız-hesabsız canlının bircə fosil nümunəsi belə tapılmamışdır. Sıçrayışlı təkamülün hər hansı formada baş verdiyini göstərən bircə dəlil belə mövcud deyil. Yaradılışın ən böyük dəlillərindən birini götürüb təkamülə nümunə olaraq göstərməyə çalışırlar. Bu, düşdükləri dəhşətli vəziyyəti açıq-aydın göz önünə sərir.
Bu cür əsassız bir nəzəriyyə necə olub ki, populyarlaşıb? Maraqlıdır ki, sıçrayışlı təkamül tərəfdarlarının, demək olar ki, hamısı fosil mütəxəssisidir. Buna görə də bu paleontoloqlar fosil qeydlərinin darvinizmi təkzib etdiyini açıq şəkildə görürlər. Sanki təşvişə düşüblər və nəyin bahasına olursa-olsun, nəzəriyyəni yaşatmağa çalışırlar.
Genetiklər, zooloqlar və anatomlar isə təbiətdə bu cür sıçrayışlar əmələ gətirəcək mexanizmin olmadığını görür və buna görə də təkidlə Darvinin mərhələli təkamül modelini müdafiə edirlər. Oksford Universitetinin zooloqu Riçard Dokinz sıçrayışlı təkamül modelini müdafiə edənləri şiddətli şəkildə tənqid edir və onları təkamül nəzəriyyəsinin inandırıcılığını aradan qaldırmaqları ilə günahlandırır.

İki tərəf arasındakı bu nəticəsiz dialoqun göstərdiyi əsl nəticə isə təkamül nəzəriyyəsinin düşdüyü elmi böhrandır. Ortada hər hansı təcrübə, müşahidə və ya paleontoloji tapıntı ilə uyğunlaşmayan xəyali təkamül əfsanəsi var. Ortaya atılan heç bir iddianı sınaqdan keçirmək mümkün deyil. Hər bir təkamülçü öz sahəsi üzrə bu əfsanəyə açıqlama verməyə çalışır, lakin digər elm sahəsinin kəşfləri ilə ziddiyyətə yol açır. Bəzən elmin bu cür akademik mübahisələrlə inkişaf etdiyini deməklə bu qarışıqlığın üstünü səthi izahlarla örtməyə çalışırlar. Məsələ isə ondadır ki, bu mübahisələr elmi nəzəriyyəni inkişaf etdirmək üçün aparılan fikir mübadiləsi deyil, yanlış nəzəriyyəni təkidlə müdafiə etmək üçün edilən doqmatik spekulyasiyalardır.
Sıçrayışlı təkamül nəzəriyyəsinin tərəfdarları istəmədən və fərqində olmadan fosil qeydlərinin heç bir şəkildə təkamül təliminə uyğun olmadığını göstərmiş və bu qeydlərdəki ən vacib həqiqətlərdən biri olan sabitliyi göz önünə sərmişdirlər. Quld bunu bu şəkildə bildirmişdir:
“... Təkamülün olmadığı mənasını verən sabitliyə, sanki heç bu mövzuya aid deyilmiş kimi münasibət göstərildi. Halbuki ən məşhur paleontoloji faktın əhəmiyyətsiz mövzu kimi təqdim edilməsi necə də qəribədir!”43
Artıq bütün darvinistlər görmək istəmədikləri, qəsdən arxa plana atdıqları və elmi fakt olaraq qəbul etmədikləri fosil qeydlərindəki sabitliyi qəbul etməyə məcbur qalıblar. Təkamül keçirən canlıların fosil qeydlərində tapılmaması isə sabitlik üzərində edilən bütün spekulyasiyaları aradan qaldırmış və Yaradılışı sübut etmişdir. Sıçrayışlı təkamül həm irəli sürdüyü mexanizmlər, həm də dəlil kimi göstərməyə çalışdığı fosil qeydləri tərəfindən təkzib edilmişdir.

