Həyatın Mənşəyi
AZEN

Sıçrayışlı təkamülün çıxış nöqtəsi

Dar Populyasiya Yalanı

Oxu müddəti: ~2 dəq.

kelebek

Sıçrayışlı təkamül tərəfdarlarının qeyd etdikləri ikinci məqam dar populyasiya təsəvvürüdür. Burada yeni növün əmələ gəlməsinin yalnız çox az sayda olan heyvan və ya bitkilər arasında baş verdiyini bildirirlər. Bu iddiaya əsasən, çoxlu sayda olan heyvan populyasiyaları təkamül keçirə bilməz və sabitlik halını saxlayır. Lakin bu populyasiyalardan bəzən kiçik qruplar ayrılır və bu təcrid olunmuş qruplar sadəcə öz aralarında cütləşir. (Çox vaxt bunun coğrafi şəraitə görə olduğu iddia edilir). Öz aralarında cütləşən bu kiçik qruplara isə makromutasiyaların təsir etdiyi və çox sürətlə yeni növ əmələ gətirdiyi iddia edilir.

Görəsən, sıçrayışlı təkamül tərəfdarları nə üçün dar populyasiyalar fikrini müdafiə edirlər? Məqsəd fosil qeydlərindəki keçid forması yoxluğuna izah gətirməkdir. “Təkamül prosesi çox dar populyasiyalarda, çox sürətlə baş verdi və buna görə də lazımi qədər fosil izi qalmadı” ifadəsini təkidlə qeyd edirlər.

Halbuki son illərdə aparılan elmi təcrübə və müşahidələr sübut etdi ki, dar populyasiyalar genetik baxımdan təkamül nəzəriyyəsi üçün faydalı deyil. Dar populyasiyalar yeni növ əmələ gətirmir, əksinə, ağır genetik fəsadlara yol açır. Çünki dar populyasiyalarda fərdlər davamlı məhdud gen hovuzu daxilində cütləşirlər. Buna görə də adi halda heteroziqot olan fərdlər getdikcə homoziqota çevrilirlər. Bunun nəticəsində də resessiv olan yararsız genlər dominanta çevrilir və beləcə, populyasiyada getdikcə daha çox genetik pozuntu və xəstəlik üzı çıxır.39

Bu mövzunu araşdırmaq üçün toyuqlar üzərində 35 il ərzində müşahidələr aparılmışdır. Müşahidələr zamanı dar populyasiya daxilində saxlanılan toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi məlum olmuşdur. Toyuqların yumurta hasilatı 100%-dən 80%-ə, çoxalma nisbəti isə 93%-dən 74%-ə düşmüşdür. Lakin insanlar tərəfindən edilən müdaxilələrlə, yəni başqa yerlərdən gətirilən toyuqların populyasiyaya daxil edilməsi ilə bu genetik axsama dayanmış və toyuqlar normallaşmağa başlamışdır.40

Bu və buna bənzər tədqiqatlar sıçrayışlı təkamül tərəfdarlarının bildirdikləri “dar populyasiyalar təkamül prosesinin mənbəyidir” iddiasının heç bir elmi əsasının olmadığını sübut etdi. Ceyms V.Valentin (James W.Valentine) və Duqlas H.Ervin (Douglas H.Erwin) sıçrayışlı təkamül mexanizmləri ilə yeni növün əmələ gələ bilməyəcəyini bildirmişlər:

“Tələb olunan dəyişikliyin sürəti ya bir neçə böyük addım, ya da çoxlu və həddən artıq sürətli kiçik addımlar deməkdir. Böyük addımlar sıçrayışlarla ekvivalentdir və özü ilə uyğunlaşma maneəsini gətirir. Kiçik addımlar isə çoxsaylı olmalıdır və mikrotəkamüldə müzakirə edilən problemləri doğurur. Sabitlik dövrləri nəslin fosil qeydlərinə daxil olma ehtimalını artırır, biz isə bir daha qeyd edirik ki, həqiqət kimi qəbul edilən keçid formalarının heç birini görə bilmirik. Nəhayət, müvəffəq olan nəslin seçildiyi hovuzu əmələ gətirmək üçün yaranmalı olan çox sayda növə heç bir yerdə rast gəlmirik. Bu nəticəyə gəlirik ki, növlərin seçilməsinin daha yüksək təsnifat vahidlərinin mənşəyi üçün ümumi həll yolu olma ehtimalı yüksək deyil. Həmçinin növ səviyyəsindəki təkamül dəyişikliklərini izah etmək üçün bir-biri ilə rəqabət aparan nəzəriyyələrin heç birinin – nə mərhələli təkamül, nə də sıçrayışlı təkamülün – yeni bədən strukturlarının mənşəyi probleminə yararlı olmadığı nəticəsinə də gəlirik”.41