Həyatın Mənşəyi
AZEN

Sıçrayışlı təkamülün çıxış nöqtəsi

Sıçrayışın Mexanizmi

Oxu müddəti: ~1 dəq.

Sıçrayışlı təkamül nəzəriyyəsi canlı populyasiyalarının çox uzun müddət ərzində dəyişiklik keçirmədiklərini, bir növ müvazinət (equilibrium) halında qaldıqlarını iddia edir. Bu iddiaya əsasən, təkamül prosesləri çox qısa zaman dilimində və çox dar populyasiyalar arasında baş vermişdir. (Müvazinət fasiləyə, yəni “punctuation”a məruz qalır.) Populyasiya çox dar olduğuna görə böyük mutasiyalar çox qısa müddətdə təbii seçmə ilə seçilmiş və beləcə, yeni növün əmələ gəlməsi təmin edilmişdir.

Məsələn, bir sürünən növü bu nəzəriyyəyə əsasən, milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmadan həyatını davam etdirə bilir. Ancaq bu sürünən növünün arasından ayrılan az sayda bir qrup sürünən səbəbini izah edə bilmədikləri bir sıra kəskin mutasiyalara məruz qalmışdır. Bu mutasiyaların üstün olanları (müşahidə edilmiş hər hansı faydalı mutasiya nümunəsi mövcud deyil) bu dar qrup daxilində sürətlə seçilmişdir. Qrup sürətlə təkamül keçirmiş və qısa müddətdə başqa bir sürünən növünə, hətta bəlkə də, məməlilərə çevrilmişdir. Bütün bu proseslər çox sürətlə və dar populyasiya daxilində baş verdiyi üçün geridə çox az fosil izi qalmışdır.

Diqqət etsək görərik ki, əslində, bu nəzəriyyə “geridə fosil izi buraxmayacaq qədər sürətli təkamül prosesini necə təsəvvür etmək olar?” sualına cavab vermək üçün ortaya atılmışdır. Bu cavabı da hazırlayarkən iki başlıca fərziyyə əsas götürülmüşdür:

◉ Makromutasiyaların, yəni canlıların genetik məlumatında böyük dəyişikliklər əmələ gətirən geniş miqyaslı mutasiyaların canlılara üstünlük qazandırmağı və yeni genetik məlumat hasil etməsi fərziyyəsi.

◉ Dar canlı populyasiyalarının genetik cəhətdən daha əlverişli olması fərziyyəsi.

Halbuki hər iki fərziyyə də elmi məlumatlarla açıq şəkildə ziddiyyət təşkil edir.