Həyatın Mənşəyi

Sadələşdirilməz komplekslik

Daxili qulaq

Oxu müddəti: ~3 dəq.

Diqqət edilsə, bura qədər təhlil etdiklərimizin hamısı xarici və orta qulaqda meydana gələn titrəyişlərdən ibarətdir. Titrəyişlər davamlı surətdə ötürülür, amma ortada hələ də mexaniki hərəkətdən başqa bir şey yoxdur. Yəni səs yoxdur.

Bu mexaniki hərəkətlərin səsə çevrilməsi daxili qulaq adlanan yerdə baş verir. Daxili qulaqda içi maye ilə dolu olan spiralvari orqan yerləşir. Bu orqanı formasına görə “ilbiz” adlandırırlar.

Orta qulağın ən son hissəsi olan üzəngi sümüyü ilbizin başlanğıcındakı membrana bağlıdır. Orta qulaqdakı mexaniki titrəyişlər bu yolla daxili qulağın mayesinə ötürülür.

Daxili qulaqdakı mayeyə çatan titrəyişlər bu mayenin içində dalğalanmalar əmələ gətirir. İlbizin daxili divarlarında isə bu mayenin dalğalanmalarından təsirlənən kiçik tükcüklər var. Bu tükcüklər mayedəki dalğalanmalardan asılı olaraq hərəkətə keçir. Əgər güclü səs gəlsə, daha artıq tükcük daha çox əyilir. Xarici dünyadakı hər cür səs tezliyi bu tükcüklərə fərqli şəkildə təsir edir.

Daxili qulağın mürəkkəb quruluşu. Bu mürəkkəb sümük quruluşunun içində həm bədənimizin müvazinətini təmin edən müvazinət
Daxili qulağın mürəkkəb quruluşu. Bu mürəkkəb sümük quruluşunun içində həm bədənimizin müvazinətini təmin edən müvazinət sistemi, həm də titrəmələri səsə çevirən son dərəcə həssas eşitmə sistemi mövcuddur.

Bəs bu tükcüklərin hərəkətinin mənası nədir? Bir klassik musiqi konserti dinləməyimizlə, dostumuzun səsini tanımağımızla, avtomobilin səsini eşitməyimizlə və milyonlarla müxtəlif səsi ayırd etməyimizlə daxili qulaq ilbizindəki tükcüklər arasında nə cür əlaqə var?

Cavab çox maraqlıdır və qulaqdakı dizaynın kompleksliyini bir daha bizə göstərir. Bu tükcüklərin hər biri, əslində, ilbizin daxili divarını əhatə edən təxminən 16 min ayrı hüceyrənin başında yerləşən mexanizmdir. Tükcüklər bir titrəyişi hiss etdikdə eynilə domino daşları kimi bir-birlərini itələyərək hərəkət edir. Məhz bu hərəkət tükcüklərin altındakı hüceyrələrin qapılarını açır. Bu sayədə hüceyrələrə ionlar daxil olur. Tükcüklər əks istiqamətdə əyildikdə isə hüceyrələrin qapıları bağlanır. Bu daimi hərəkət hüceyrələrin kimyəvi müvazinətlərini də dəyişdirir və elektrik oyanmaları əmələ gətirmələrini təmin edir. Bu elektrik oyanmaları sinirlər vasitəsi ilə beyinə ötürülür və beyin də onları şərh edərək səsə çevirir.

Elm bu sistemin texniki incəliklərini hələ tam aşkar edə bilməmişdir. Daxili qulaqdakı hüceyrələr sözügedən elektrik siqnallarını əmələ gətirərkən xarici dünyadan gələn dalğaların tezliklərini, qüvvələrini və ritmlərini əks etdirməyi də bacarır. Bu, o qədər kompleks prosesdir ki, elm bu günə qədər tezliyi ayırd etmə prosesinin daxili qulaqda, yoxsa beyində baş verdiyini belə müəyyən edə bilməmişdir.

Daxili qulaqdakı ilbiz adlı orqanın daxili səthini örtən tükcüklər. Bu tükcüklər kənardan gələn titrəmələri daxili qulaq
Daxili qulaqdakı ilbiz adlı orqanın daxili səthini örtən tükcüklər. Bu tükcüklər kənardan gələn titrəmələri daxili qulaq mayesi içində əmələ gətirdiyi dalğalanmaya görə ötürülürlər. Beləcə, tükcüklərin bağlı olduqları hüceyrələrin elektrik tarazlığı dəyişir və bizim səs olaraq hiss etdiyimiz siqnallar əmələ gəlir.

Daxili qulaq hüceyrələrindəki tükcüklərin hərəkəti üzərində də durmaq lazımdır. Bir az əvvəl tükcüklərin domino daşları kimi bir-birlərini itələyərək əydiklərini demişdik. Ancaq əslində, bir tükcüyün etdiyi hərəkət, əsasən, çox kiçik hərəkətdir. Aparılan araşdırmalar tükcüyün atomun radiusu qədər hərəkət etməsinin hüceyrədəki reaksiyanın başlaması üçün kafi olduğunu göstərmişdir. Bu mövzunu tədqiq edən mütəxəssislər tükcüyün bu həssaslığını tərif etmək üçün maraqlı bir nümunə verirlər. Əgər tükcüyün məşhur Eyfel qülləsi hündürlüyündə olduğunu düşünsək, onda ona bağlı olan hüceyrədəki proses bu qüllənin təpəsi yerindən üç santimetr qədər hərəkət etdikdə belə başlaya bilər.357

Tükcüklərin bir saniyədə nə qədər əyildiyi sualının cavabı da çox maraqlıdır. Əyilmə səsin tezliyinə görə dəyişir. Səsin tezliyi artdıqca tükcüklərin yellənməsi də inanılmaz dərəcədə artır. Məsələn, 20 min Hs tezliyə malik olan səs eşitdikdə tükcüklər də saniyədə 20 min dəfə yellənir.

Bura qədər təhlil etdiyimiz bütün məlumatlar bizə eşitmə orqanımız olan qulaqların qeyri-adi yaradılışa malik olduğunu göstərir və diqqət edilərsə, bu, “sadələşdirilməz kompleks” formadır. Çünki eşitmənin baş verməsi üçün bir-birindən əlaqəsiz şəkildə çox sayda hissə tam və qüsursuz şəkildə mövcud olmalıdır.

Bunlardan biri, məsələn, orta qulaqdakı “çəkic” sümüyü çıxarılsa və ya forması pozulsa, artıq o insan heç nə eşidə bilməz. Qulağınızın eşitməsi üçün təbil pərdəsi, çəkic, zindan və üzəngi sümükləri, ilbizin oval pəncərəsi, ilbiz, ilbiz mayesi, reseptor hüceyrələr, bu hüceyrələrin titrəyişi hiss etməsini təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi və beyindəki eşitmə mərkəzi kimi müxtəlif hissələrin hər biri tam şəkildə mövcud olmalıdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri işə yaramaz.

İstinadlar

  1. Jeff Goldberg, “The Quivering Bundles That Let Us Hear”, Seeing, Hearing and Smelling the World, Hovard Hyuz Tibb İnstitutunun verdiyi hesabat, səh. 38. ↩