Oxu müddəti: ~3 dəq.
Sadələşdirilməz komplekslik anlayışını elm dünyasının gündəminə gətirən ən mühüm şəxs ABŞ-dakı Lihay Universitetindən biokimyaçı Maykl C.Bihidir. Bihi 1996-cı ildə nəşr olunmuş “Darvinin qara qutusu: Təkamülə biokimyəvi etiraz” (Darwin’s black box: The biochemical challenge to evolution) adlı kitabında canlı hüceyrəsinin və digər bəzi biokimyəvi sistemlərin sadələşdirilməz kompleks quruluşunu təhlil edir və bunların təkamüllə izah olunmasının qeyri-mümkün olduğunu açıqlayır. Bihinin fikrinə görə, canlıların mənşəyinin həqiqi açıqlaması “yaradılış”dır.

Bihinin kitabı darvinizmə böyük zərbədir. Belə ki, Notr-Dam Universitetindən fəlsəfə professoru Piter van İnvaqen bu kitabın əhəmiyyətini belə vurğulamışdır:
Əgər darvinistlər elmi həqiqətlərlə dolu olan bu kitabı əhəmiyyət verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılasalar, bu vəziyyət bu gün darvinizmin elmi nəzəriyyə olmaqdan çox ideologiya olduğu haqqında getdikcə yayılan şübhələr üçün mühüm dəlil olacaqdır.348
Bihinin kitabında sadələşdirilməz kompleks sistemlərə aid çəkdiyi misallardan biri bakteriya qamçısıdır.
Bu orqan bəzi bakteriyalar tərəfindən maye mühitdə hərəkət etmək üçün istifadə edilir. Orqan bakteriyanın hüceyrə qılafına yapışmışdır və canlı ritmik şəkildə dalğalandırdığı bu qamçıdan fırça kimi istifadə edərək istədiyi istiqamətdə və sürətlə üzə bilir.
Bakteriyaların qamçısı elm aləminə uzun müddətdən bəri məlumdur. Ancaq son 10 il ərzindəki müşahidələr bu qamçının quruluşunu aşkar etdikcə elm dünyası təəccüb içində qalmışdır. Çünki qamçının əvvəlcə hesab edildiyi kimi, bəsit titrəmə mexanizmi ilə deyil, çox mürəkkəb “üzvi mühərrik” ilə işlədiyi məlum olmuşdur.
Bakteriyanın hərəkətli mühərriki elektrik mühərrikləri ilə eyni mexaniki xüsusiyyətə malikdir. Burada iki əsas hissə var: hərəki hissə (rotor) və sabit hissə (stator).
Bu üzvi mühərrik mexaniki hərəkətləri əmələ gətirən digər sistemlərdən fərqlidir. Hüceyrə içindəki, ATF molekulları şəklində saxlanılan hazır enerjidən istifadə etmir. Bunun əvəzinə xüsusi enerji mənbəyi var: bakteriya qılafdan gələn turşu axınından aldığı enerjidən istifadə edir. Mühərrikin öz daxili quruluşu isə həddindən artıq kompleksdir. Qamçını təşkil edən təqribən 240 ayrı zülal var. Bu qüsursuz mexanik hissələr öz yerlərinə yerləşdirilmişdir. Alimlər qamçını təşkil edən bu zülalların mühərriki bağlayıb açan siqnalları göndərdiyini, atom səviyyəsində hərəkətə imkan verən buğumlar əmələ gətirdiyini və ya qırmancı hüceyrə qılafına bağlayan zülalları hərəkətə gətirdiyini müəyyən etmişlər. Mühərrikin fəaliyyətini sadələşdirərək izah etmək məqsədi ilə aparılan modelləşdirmələr belə sistemin mürəkkəbliyinin başa düşülməsi üçün kifayətdir.
Təkcə bakteriya qamçısının bu kompleks quruluşu bütün təkamül nəzəriyyəsini məhv etmək üçün kifayətdir. Çünki qamçı heç cür sadələşdirilə bilməyən quruluşdadır. Qamçını təşkil edən molekulyar hissələrin bir dənəsi belə olmasa və ya qüsurlu olsa, qamçı işləməz və ona görə bakteriyaya heç bir faydası olmaz. Bakteriya qamçısı ilk dəfə mövcud olduğu andan etibarən tam şəkildə işləməlidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin “mərhələ-mərhələ” inkişaf iddiasının mənasızlığı bir daha açıq şəkildə üzə çıxır. Belə ki, bu günə qədər heç bir təkamülçü bioloq bakteriya qamçısının mənşəyini açıqlamaq üçün cəhd belə etməmişdir.
Bakteriya qamçısı təkamülçülərin “ən ibtidai canlılar” hesab etdikləri bakteriyalarda belə qeyri-adi dizayn olduğunu göstərən mühüm həqiqətdir. Canlıları hərtərəfli tədqiq etdikcə Darvinin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində sadə hesab etdiyi orqanların nə qədər kompleks olduğu məlum olur.
İstinadlar
- Peter van Inwagen, Review about Michael Behe’s Darwin’s Black Box. ↩
