Təkamülçülərin Əsassız İddiaları: Arxeopteriksin Dişləri və Caynaqları
Oxu müddəti: ~3 dəq.
Arxeopteriksi keçid forması kimi təqdim edən təkamülçülər əsasən iki məsələyə - onun diş və caynaqlarına arxalanırdı. Arxeopteriksdə dişlərin və caynaqların olması doğrudur, ancaq bu fakt sürünənlərlə hər hansı əlaqədən xəbər vermir. Çünki müasir dövrdə Taouraco və Hoatzin adlı iki növ quş var ki, onların caynaqları var. Caynaqlar onlara budaqlardan yapışmaq üçün lazımdır. Bu canlı məxluqlar sürünənlərlə ortaq heç nəyi olmayan həqiqi quşlardır. Nəticə etibarilə arxeopteriksdə caynaqların olması onun keçid forması olduğundan irəli gəlmir, yəni bu iddia əsassızdır.
Deməli, arxeopteriksdə dişlərin olması da onu keçid forması edə bilməz. Təkamülçülər bu dişlərin sürünən heyvanlara xas olan xüsusiyyət olmasını iddia edərək bilərəkdən yalan danışırlar. Çünki dişlər yalnız sürünənlərə xas olan xüsusiyyət deyil. Hal-hazırda həm dişli, həm də dişsiz sürünən növləri var. Ancaq müasir dövrdə dişli quşlar mövcud olmasa da qalıqlar onların arxeopterikslə eyni vaxtda, ondan sonra və hətta bizim zamana yaxın olan dövrdə yaşadığını göstərir. Ən əsası odur ki, arxeopteriksin və başqa quşların diş quruluşu onların əcdadları zənn edilən dinozavrların diş quruluşundan tamamilə fərqlənir. Martin, Stüart və Uetstoun kimi məşhur ornitoloqların apardığı tədqiqatlar göstərir ki, quşlarda dişlərin səthi yastıdır, köklər isə enlidir, bunun əksinə olaraq quşların "əcdadları" olduğu iddia edilən Theropod dinozavrlarında dişlərin səthi konus formasındadır, köklər isə ensizdir.41 Həmin tədqiqatçılar arxeopteriksin və dinozavrların bilək sümüklərini müqayisə edərək belə nəticəyə gəlmişdilər ki, onların arasında heç bir oxşarlıq yoxdur.42 Con Ostrom tərəfindən irəli sürülən arxeopteriks və dinozavrlar arasında olan "oxşarlıqlara" gəldikdə isə onlar sonradan Tarsitano, Xetç və Uolker kimi anatomların tədqiqatları nəticəsində təkzib olundu.43
Bunların hamısı arxeopteriksin keçid forması yox, "dişli quşlar" adlandırıla bilən ayrıca sinfə mənsub quş olmasından xəbər verir.