Həyatın Mənşəyi
AZEN

Quşların və məməlilərin xəyali təkamülü

Giriş

Oxu müddəti: ~4 dəq.

Təkamül nəzəriyyəsinə görə, həyat suda təkamül etmiş və amfibiyalar vasitəsilə quruya keçmişdir. Həmin nəzəriyyəyə görə, amfibiyaların bir hissəsi yalnız quruda yaşayan sürünən heyvanlara çevrilmişdi. Fiziologiya və anatomiya qanunlarına əsasən bu keçid qeyri-mümkündür. Məsələn, suda yaşayan amfibiyanın yumurtalarının quruda yaşayan sürünənin yumurtalarına təkamül etməsinin mümkünlüyünü təkzib edən çoxsaylı sübutlar var. Skelet qalıqlarına görə, belə çevrilmələr olmayıb, amfibiyalarla sürünən heyvanlar arasında heç bir əlaqə yoxdur, onlar ortaq "əcdadları" olmadan əmələ gəlmişlər. Onurğasızların paleontologiyası sahəsində nüfuz qazanan təkamülçü Robert Kerrol "ən qədim sürünən heyvanların bütün amfibiyalardan çox fərqləndiyini, onların əcdadlarının isə təyin olunmadığını" etiraf etmək məcburiyyətində qaldı.37

Lakin təkamül nağılının qeyri-mümkün ssenariləri bununla bitmir. İndi isə quruya çıxan bu canlı orqanizmləri "uçmağa" məcbur etmək lazımdır. Təkamülçülər quşların təkamül nəticəsində əmələ gəldiyinə inanaraq onların sürünən heyvanlardan törədiyini iddia edirlər.

Ancaq quru sakinlərinin orqanizmindən tamamilə fərqlənən quş orqanizminin heç bir mexanizmini təkamülün çoxpilləli modeli ilə izah etmək olmaz. Quşu quş edən başlıca xüsusiyyət, yəni qanadlar təkamülçüləri çıxılmaz vəziyyətdə qoyur. Türk təkamülçüsü Engin Korur qanadların təkamülünün qeyri-mümkünlüyünü belə etiraf edir:

"Gözlərin və qanadların ümumi xassələri ondan ibarətdir ki, onların fəaliyyət göstərməsi yalnız bütün xüsusiyyətlərin kompleks inkişaf etməsi nəticəsində mümkündür. Başqa sözlə, tam dəyərə malik olmayan gözlərlə görmək və bir qanadın köməyi ilə uçmaq mümkün deyil. Bu orqanların əmələ gəlməsi isə təbiətin izah olunmayan sirri olaraq qalır".38

Bəs belə mükəmməl struktura malik qanadlar təsadüfi mutasiyalar nəticəsində necə yaranmışdır? Bu sual cavabsız qalır. Sürünənlərin ön ətraflarının gen strukturunun dəyişməsini, yəni mutasiyalar nəticəsində qanadlara necə çevrilməsini izah etmək mümkün deyil.

Bəs belə mükəmməl struktura malik qanadlar təsadüfi mutasiyalar nəticəsində necə yaranmışdır? Bu sual cavabsız qalır. Sürünənlərin ön ətraflarının gen strukturunun dəyişməsini, yəni mutasiyalar nəticəsində qanadlara necə çevrilməsini izah etmək mümkün deyil.

Bundan əlavə, yerüstü heyvanların quşlara çevrilməsi üçün təkcə qanadların olması kifayət etmir. Sürünənlər quşların quruluşuna xas olan və uçuş zamanı istifadə edilən başqa mexanizmlərə də malik deyil. Məsələn, quşların sümükləri sürünənlərin sümüklərindən çox yüngüldür. Ağ ciyərlər tamamilə başqa struktura malikdir və başqa cür fəaliyyət göstərirlər. Onların əzələ sistemi və skeleti də fərqlənir, özünəməxsus ürək-damar sistemi də mövcuddur. Bu mexanizmlər tədricən yığılaraq əmələ gələ bilməzlər. Bu səbəblə sürünənlərin quşlara çevrilməsi nəzəriyyəsi cəfəngiyyatdan başqa bir şey deyil.

Bütün deyilənlərdən sonra ortaya istər-istəməz belə bir sual çıxır: əgər elmi təsdiqi olmayan bu hekayələri reallıq kimi qəbul etsək, onda "təkqanadlılar"ın və "yarımqanadlılar"ın qalıqları haradadır? Əfsanəvi keçid forma – arxeopteriks "Yarımqanadlılar" və "təkqanadlılar"ın qalıqları niyə tapılmayıb? Bu suala cavab olaraq təkamülçülər bir canlı məxluqu misal gətirirlər. Bu indiyədək qorunan, bir neçə "keçid formalarından" biri olan arxeopteriks quşunun qalıqlarıdır.

Təkamülçülərin mülahizələrinə görə, arxeopteriks 150 milyon il əvvəl mövcud olub və bugünkü quşların əcdadıdır. Nəzəriyyəyə müvafiq olaraq kiçik dinozavrların bəziləri Velociraptor və ya Dromeosaur təkamül nəticəsində qanadlanaraq uçmağa başlayıblar. Arxeopteriks əcdadlarından birinci olaraq ayrılmış və uçmuşdu. Bu uydurma hekayə demək olar ki, bütün təkamülçü nəşrlərdə çap olunur.

Halbuki arxeopteriksin qalıqları üzərində aparılan müasir tədqiqatlar göstərmişdir ki, bu quş keçid forması yox, müasir quşların xüsusiyyətlərindən fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quşdur. Arxeopteriks yaxın zamanlara qədər təkamülçülər tərəfindən əməli cəhətdən uçmağa qadir olmayan yarıquş kimi təqdim olunurdu. Bu quşda döş sümüyünün olmaması bundan xəbər verir, çünki döş sümüyünə uçuş üçün gərəkli olan əzələlər bərkidilmiş olur. Bu döş sümüyü uça bilib-bilməməyindən asılı olmayaraq bütün müasir quşlarda və hətta məsələn, yarasalar kimi başqa fəsiləyə aid heyvanlarda da var.

Lakin 1992-ci ildə tapılan arxeopteriksin sayca yeddinci skelet qalıqları təkamülçüləri heyrətləndirmişdir. Çünki bu nümunədə mövcudluğu təkzib olunan döş sümüyü aşkar edilmişdi. Bu yeni tapıntı "Nature" jurnalında belə təsvir edilirdi:

"Arxeopteriksin axırıncı, yeddinci qalıqları mövcudluğu şübhə altına salınan, ancaq sübut olunmayan düzbucaqlı döş sümüyünün olmasını təsdiq edir. Böyük məsafələrə uçma qabiliyyəti indiyədək mübahisəli məsələ olaraq qalır, amma bu sümüyün olması uçuşu təmin edən güclü əzələlərin olmasından xəbər verir. Bu tapıntı arxeopteriksin "yarıquş" yəni, "uça bilməyən" quş surətini tamamilə yox etdi".39

Digər tərəfdən, uçmağa qadir olmağın başlıca sübutlarından biri arxeopteriks lələklərinin quruluşu olmuşdur. Müasir quşların lələk strukturundan heç nə ilə fərqlənməyən arxeopteriks lələklərinin assimetrik strukturu onun üstün uçuş qabiliyyətindən xəbər verir. Məşhur paleontoloq Karl O.Dünbar bu barədə belə yazır: "Bu məxluq lələklərin sayəsində quşların bütün xüsusiyyətlərini özündə daşıyır".40 Arxeopteriksdə lələklərin olması həmçinin başqa bir həqiqəti üzə çıxarmışdı: bu canlı istiqanlı olmuşdur. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı canlılardır, yəni onların bədəni istilik vermir, bədənlərinin hərarəti isə ətraf mühitdən asılıdır. Quşların lələkləri vacib funksiyalardan birini - bədənin hərarətini saxlamaq funksiyasını yerinə yetirir. Lələklərin olması dinozavrların əksinə olaraq arxeopteriksin istiqanlı olduğuna dəlalət edir, yəni bu quş bədən hərarətinin qorunmasına möhtac olan əsl quşdur.