Bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkamülçülər quşların dinozavrlardan törədiyini iddia edir və uydurma keçid formaları təqdim etməyə çalışırlar. Bununla belə, dünyanın qabaqcıl ornitoloqlarından biri, Şimali Karolina Universitetinin (ABŞ) professoru Alan Feduççi təkamülçü olmasına baxmayaraq quşlarla dinozavrlar arasında olması iddia edilən qohumluq əlaqələrini qəti surətdə rədd edərək deyir:
"Mən 25 il ərzində quşların kəllələrini tədqiq etdim, amma dinozavrlarla heç bir oxşarlıq görmədim. Quşların dördayaqlı heyvanlardan törəməsi nəzəriyyəsi XX əsrin paleontologiya sahəsində ən böyük rüsvayçılıq olacaq".49
ABŞ-ın Kanzas Universitetinin qədim quşlar üzrə mütəxəssisi Larri Martin də quşların və dinozavrların eyni əcdaddan törəməsi nəzəriyyəsinin əleyhinə çıxmışdır. Təkamülün qarşılaşdığı ziddiyyətlərdən söz düşəndə Martin belə etiraf edir:
"Əgər açıq danışsam, hər dəfə mən quşların və dinozavrların eyni bir əcdaddan əmələ gəlmə ideyasını müdafiə etməli olsaydım utanardım".50
Bir sözlə, təkamülçülərin arxeopteriksin timsalında əsaslandırmağa cəhd etdikləri quşların təkamül ssenarisi onların uydurmalarının və təxəyyülünün nəticəsindən başqa bir şey deyil.