Həyatın Mənşəyi
AZEN

Quşların və məməlilərin xəyali təkamülü

Arxeopteriks və Digər Qədim Quşların Qalıqları

Oxu müddəti: ~2 dəq.

Təkamülçülər arxeopteriksi onilliklər boyunca quşların təkamülünün əsas sübutu kimi təqdim edirdilər. Lakin son zamanlarda tapılan bəzi qalıqlar bu nəzəriyyəni daha bir nöqteyi-nəzərdən təkzib etdilər.

onfuciosornis, kuş fosili

1995-ci ildə paleontoloqlar Lianhai Hou və Zonqhe Zhou Çindəki Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar apararaq conficinsornis adlandırılan quşun yeni qalıqlarını aşkar etmişdilər. Bu quş arxeopterikslə bir dövrdə yaşamış (təxminən 140 milyon il), dişsiz olmuşdu, dimdik və lələkləri isə müasir quşlarda olduğu kimi idi. Skeletinin də müasir quşların skeleti ilə oxşarlığı vardı, qanadlarda isə arxeopteriksdə olduğu kimi caynaqlar var idi. Təbii ki, bu fakt təkamülçülərin arxeopteriksin bütün quşların qədim əcdadı olmasına dair bütün iddialarını təkzib etmişdi.46

1996-cı ilin noyabr ayında Çində tapılan qalıqlar isə hadisələri daha da dolaşığa saldı. Yaşı 130 milyon il təşkil edən lianoningornis adlanan bu quşun mövcud olması barədə "Science" curnalında Hyu Martin və Alan Feduççe tərəfindən xəbər verilmişdi. Bu quşun skeletində uçuş üçün zəruri olan əzələlərin bərkidildiyi döş sümüyü aşkar olunmuşdu. Başqa orqanlar da müasir quşların quruluşundan fərqlənmirdi. Yeganə fərq dişlərin olması idi. Bu hal göstərdi ki, təkamülçülərin iddia etdikləri kimi, dişli quşlar heç də primitiv orqanizmə malik olmamışlar.45 "Discover" jurnalına verdiyi şərhlərində Alan Feduççi qeyd etmişdi ki, liaoningornis quşların dinozavrlardan törəməsi ideyasını təkzib etdi.46

Təkamülçülərin arxeopteriksə aid olan iddialarını darmadağın edən daha bir qalıq eoalulavis-dir. 120 milyon il (yəni arxeopteriksin yaşından 30 milyon il az) yaşı olan bu quş bəzi müasir uçan quşlarda rast gəlinən qanad strukturuna malik idi. Bu da onu sübut edir ki, 120 milyon il bundan əvvəl göydə müasir quşlarla çox oxşarlıqları olan quşlar uçmuşdur.

Beləliklə, arxeopteriksin və o zaman mövcud olan digər quşların keçid formasının olmaması bütünlüklə sübut olunmuşdur. Qalıqlar müxtəlif növ quşların bir-birindən təkamül yolu ilə yaranması haqqında xəbər vermir. Əksinə, onlar bəzi qədim quş növlərinin müasir quşlarla eyni zamanda yaşamasını sübut edir. Bu quşların bir hissəsi, məsələn, archaeopterpyx və ya conficiusornis bir hissəsinin nəsli kəsilmiş, bəzi növlər isə nəsillərini saxlayaraq bizim günlərə gəlib çatmışdır.47

Bir sözlə, arxeopteriksə xas olan bəzi xüsusiyyətlər onun "keçid forması" olması demək deyil. Təkamül nəzəriyyəsinin bizim zamanda tanınmış tərəfdarları olan Harvard paleontoloqları Stefan Cey Qould və Nils Eldric etiraf etdilər ki, arxeopteriks özünə xas olan nadir xüsusiyyətləri ilə keçid forması, aralıq mərhələ yox, "mozaik" məxluqdur.48