Oxu müddəti: ~2 dəq.

Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət isə tamamilə quşlara xas quruluş olan lələklərdir. Sürünənlərin bədənləri pulcuqlarla, quşların bədənləri isə lələklərlə örtülüdür. Quş lələklərinin sürünən pulcuqlarından təkamüllə əmələ gəlməsi fərziyyəsi tamamilə əsassızdır və fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:
Lələklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi təhlillərlə təsdiqlənmir… Lələklərin kompleks quruluşu göstərir ki, bu cür formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi dərəcədə uzun zaman və çox sayda keçid forması tələb edəcəkdir. Bu vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.117
Konnektikut Universitetində fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş isə: “Lələklər və pulcuqlar… genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşuna qədər hər şeyi ilə bir-birlərindən fərqlidirlər”, -deyərək eyni həqiqəti qəbul edir.118 Habelə prof. Braşın fikrincə, “quş lələklərinin zülal quruluşu da digər onurğalıların heç birində rast gəlinməyən, tamamilə özünəməxsus”dur.119
Bununla belə, quş lələklərinin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəldiyini göstərən heç bir fosil dəlili də yoxdur. Əksinə, prof. Braşın ifadəsiylə “lələklər fosil qeydlərində sadəcə quşlara xas xüsusiyyətlərlə bir anda üzə çıxırlar”.120 Sürünənlərlə quş lələklərinin ortaq mənşəyinə dəlil olan “heç bir epidermal (üst dəriyə aid) forma yoxdur”.121
İndiyə kimi bir çox fosil üzərində “lələkli dinozavr” fərziyyəsi qurulmuş, amma ətraflı araşdırmalar bu iddiaları təkzib etmişdir. Məşhur ornitoloq (quşları öyrənən alim) Alan Feduççia “Dinozavrların lələklərdən məhrum olmasına dair” (On why dinosaurs lacked feathers) adlı məqaləsində belə yazır:
Lələklər tamamilə quşlara xas olan formadır və sürünən pulcuqları ilə quş lələkləri arasında ara-keçid forma kimi sayılacaq heç bir struktur yoxdur. …Bəzi nümunələrdə rast gəlinən uzununa pulcuqların forması haqqındakı fərziyyələrlə razı deyiləm. Bunların lələyə bənzər formalar olduğuna dair heç bir konkret dəlil yoxdur.122

İstinadlar
- Barbara J. Stahl, Vertebrate History: Problems in Evolution, Dover, 1985, səh. 349-350. ↩
- A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, cild 9, 1996, səh. 132. ↩
- A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, cild 9, 1996, səh. 132. ↩
- A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, cild 9, 1996, səh. 132. ↩
- A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, cild 9, 1996, səh. 132. ↩
- Alan Feduccia, “On Why Dinosaurs Lacked Feathers”, The Beginning of Birds, Eichstatt, West Germany: Jura Museum, 1985, səh. 76. ↩
