Oxu müddəti: ~1 dəq.
Quruda yaşayan məməlilər ilə dəniz məməliləri arasında irəli sürülən təkamül ssenarisi bu canlı qrupları arasındakı fərqli qulaq və burun quruluşlarını açıqlamalıdır. Əvvəlcə, qulaq quruluşunu nəzərdən keçirək. Quru məməliləri insanlar kimi xarici aləmdəki səsləri qulaq seyvanları ilə toplayır, orta qulaqdakı sümüklərlə gücləndirir və daxili qulaqda siqnallara çevirirlər. Dəniz məməlilərinin isə qulaqları yoxdur. Səsləri alt çənələrindəki xüsusi titrəyən reseptorlarla eşidirlər. Bu iki forma arasında mərhələli təkamül mümkün deyil. Mükəmməl bir eşitmə sistemindən tamamilə fərqli quruluşa malik başqa bir sistemə mərhələli təkamüllə keçmək qeyri-mümkündür. Çünki ara mərhələlər faydasız olacaqdır. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi ilə eşitmə qabiliyyəti isə hələ təkmilləşməmiş canlı təkmil deyil.
Sözügedən “təkmilləşmə”nin necə baş verəcəyinə gəlincə, elə bu, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin irəli sürdükləri mexanizm mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt müşahidə edilməmiş mutasiyalar nəticəsində dəniz məməlilərinin son dərəcə kompleks duyğu sistemlərinə malik olduqlarını irəli sürmək ağlasığmazdır.
Belə ki, fosillər ortada heç bir təkamül olmadığını göstərir. Pakiset və ambulosetin qulaq sistemi quruda yaşayan məməlilərinki ilə eynidir. “Təkamül sxemində” bu iki quru məməlisinin ardınca gələn Basilosaurus isə tipik balina qulağına malikdir. Yəni xarici qulaq seyvanı ilə deyil, çənəsinə gələn titrəmələrlə ətrafındakı səsləri eşidən canlıdır. Pakiset və ambulosetin qulaq quruluşu ilə Basilosaurusun qulaq quruluşu arasında heç bir “keçid forması” yoxdur.
Buna bənzər vəziyyət “sürüşkən burun” hekayəsi üçün də qüvvədədir. Təkamülçü mənbələr pakiset, Rodhocetus və dövrümüzün göy balinasına aid üç kəllə sümüyü skeletini alt-alta düzür və bunların “təkamül prosesi”ni təşkil etdiklərini irəli sürürlər. Halbuki bu üç fosilin, xüsusilə də Rodhocetus və dövrümüzdəki balinanın burun quruluşları eyni ardıcıllıqdakı keçid formalar kimi qəbul edilməyəcək qədər fərqlidir.
Habelə nəfəs dəliklərinin burundan ənsəyə qədər davam etməsi sözügedən canlıların anatomiyasında çox ciddi “yenidən dizayn” tələb edir ki, bunun təsadüfi mutasiyalar yolu ilə əmələ gəldiyinə inanmaq xəyal qurmaqdan başqa bir şey deyil.
