Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – II (Quşlar və məməlilər)

Arxeopteriks və digər qədim quş fosilləri

Oxu müddəti: ~2 dəq.

Son dövrlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.

Archaeopteryxlə eyni dövrdə yaşamış Confudusornis, dövrümüşdə yaşayan quşlarala cox oxşarlıqları var.
Archaeopteryxlə eyni dövrdə yaşamış Confudusornis, dövrümüşdə yaşayan quşlarala cox oxşarlıqları var.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lyanhay Hou və Çjunhe Çjou adlı iki paleontoloq konfusiusornis adlandırdıqları yeni quş fosili tapdılar. Arxeopteriks ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və lələkləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi caynaqlar vardı. Quyruq lələklərinə dəstək olan piqostil (büzdüm sümüyü) adlı forma bu quşda da vardı.135Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarısürünən qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı lyaoninqornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Lyaoninqornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.136Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində lyaoninqornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız etdiyini bildirmişdi.137

Arxeopterikslə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.138

Beləliklə, arxeopteriks və digər arxaik quşların heç birinin keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, konfusiusornis və ya arxeopteriksin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.

İstinadlar

  1. Pat Shipman, “Birds do it… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 31. ↩
  2. “Old Bird”, Discover, 21 mart 1997. ↩
  3. “Old Bird”, Discover, 21 mart 1997. ↩
  4. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, səh. 28. ↩