Həyatın Mənşəyi

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Yeni imperializm və sosial darvinizm

Oxu müddəti: ~3 dəq.

Müstəmləkəçilik Darvindən daha əvvəl, 16-cı əsrdə Avropa ölkələrində inkişaf etməyə başlamışdı. Ancaq irqçilik kimi müstəmləkəçilik də Darvinin nəzəriyyəsindən güc qazandı və fərqli hədəf seçdi. 16-cı əsrdə və sonralar, xüsusilə də sənaye inqilabının ardından Avropa dövlətlərinin fərqli qitələrə və ölkələrə yayılmasındakı məqsəd daha çox ticari məqsəd daşıyırdı. Avropalılar istehsal etdikləri mallar üçün bazar axtarırdılar və həlli fərqli qitələrdəki ölkələrə hakim olmaqda görürdülər. 19-cu əsrdəki imperialist səylər isə daha fərqli səbəblər ehtiva edirdi. Buna görə, bu dövrdəki imperialist hərəkatlar “Yeni imperializm” olaraq xatırlanır.

Sosial darvinist təlqinlər yeni imperializmin dünyagörüşünə tamamilə hakim idi. Yeni imperializmə gətirib çıxaran darvinist səbəblərdən biri üstünlük yarışı idi. Bir-birləri ilə rəqabətə girən ingilis, fransız, alman və digərləri sözdə “həyat mübarizəsində” üstün gəlmək və “ən güclü” millət olmaq üçün daha çox torpaq əldə etmələrinin lazım olduğu yanlışlığına düşmüşdülər.

İkinci səbəb isə digər irqlərə qarşı üstünlüyün sübut edilməsi yanılması idi. “Üstün irq” olduqlarını iddia edən anqlo-saksonlar və aryanlar aşağı irq saydıqları afrikalıları, asiyalıları və ya Avstraliya yerlilərini idarələri altına almağı, onların iş qüvvələrini, zəngin qaynaqlarını və imkanlarını istismar etməyi özlərinə görə təbii haqları kimi görürdülər. Beləcə, iqtisadi qayğılardan çox darvinist hədəflər nəticəsində 19-cu əsr imperializmi inkişaf etdi.62

“Britannica” ensiklopediyasının 1946-cı il nəşrində yeni imperializmin sosial darvinist mənşələri üçün belə deyilir:

19-cu əsrin sonundakı bu yeni imperializm dövrü mənəvi dəstəyini bütün Avropanı alt-üst edən bismarkçılıq, sosial darvinizm və gücü, müvəffəqiyyəti ucaldan bənzər bütün nəzəriyyələrdən aldı. İrqçi nəzəriyyələr ənənəvi əxlaqi dəyərlərə (xristianlıq kimi) qarşı dövrün haradasa ən üstün inancı halına gələn bu yeni düşüncəyə elm və təbiət yolu ilə qanunilik qazandırmış kimi görünür.63

Sosial darvinizmin 19-cu əsr yeni imperializminin həqiqi mənşəyi olduğu bir çox tədqiqatçı və yazıçı tərəfindən qəbul edilir. Məsələn, tarix professoru G.Himmelfarb “Darvin və darvinçi inqilab” adlı kitabında sosial darvinizmin irqçilik və imperializm ilə olan yaxın əlaqəsi haqqında bunları deyir:

Sosial darvinizm, ümumiyyətlə, belə aydın olmuşdur: rəqabəti, güc və şiddəti adət-ənənənin və din əxlaqının üzərində ucaldan bir fəlsəfə. Beləcə, radikal milliyyətçiliyin, imperializmin, militarizmin, diktatorluğun, qəhrəmanlıq kultlarının, üstün insan və ali irq inancının bir növ sandığı halına gəlmişdir.64

Məşhur alman tarixçi Uehler də sosial darvinizmin bu yönünü belə ifadə edir:

Sosial darvinizm işçi və ya müstəmləkə xalqlarının azadlıq istəyinin mövcudiyyət mübarizəsindəki ikinci sinif insanların lazımsız etirazı kimi hesab edilməsinə və bir kənara atılmasına imkan verdi. İdarəçilərin mənfəətləri ilə əlaqəli olan bu gücü sosial darvinizmə qazandıran şey “rədd edilməz” elmi donda təqdim edilən tətbiq müxtəlifliyi idi. Bir ideologiya olaraq imperializmi dəstəklədiyi üçün sənayeləşmiş millətlərin içərisindəki tərəfdarları tərəfindən canlı tutulurdu.65

Alman G.Bernhardinin 1912-ci ildə “Britaniya Almaniyanın vassalı kimi” adlı kitabında alman imperializmi haqqında yazdığı sətirlərdə sosial darvinist fikirləri görmək mümkündür:

Dünya mədəniyyətinin faydası üçün Almaniyanın müstəmləkə imperiyasını genişləndirmək bizim vəzifəmizdir. Yalnız bu şəkildə dünyada alman mədəniyyətini siyasi, yaxud ən azından milli olaraq birləşdirə bilərik. Ancaq bu şəkildə alman mədəniyyətinin insanlığın inkişafında ən lazımlı amil olduğu qəbul edilər. Dünya səviyyəsində yeni bölgələr əldə etmək üçün bütün gücümüzlə səy göstərməliyik, çünki Almaniyanı gələcəkdə doğulacaq milyonlarla alman üçün qorumalı, onlar üçün yemək və iş təmin etməliyik. Onlar alman səması altında alman həyatı yaşamalıdırlar.66

Darvinist təlqinlərin təsiri ilə güc qazanmış imperializmin səbəb olduğu daha çox torpaq ələ keçirmək arzusu imperialist ölkələr arasında qarşıdurmalara səbəb oldu. Yenə darvinizmin yanlışlarına əsaslanmaqla ələ keçirilən torpaqlarda yerli xalqların sözdə aşağı irqin nümayəndələri olaraq qiymətləndirilmələri səbəbi ilə böyük zülmlər yaşandı. Söz mövzusu torpaqlara sözdə mədəniyyət aparmaq üçün yola çıxdıqlarını qarşıya qoyan imperialistlər darvinizmə əsaslanan azğın dünyagörüşləri üzündən bir çox acılara və göz yaşlarına səbəb oldular. 

İstinadlar

  1. Jim Knapp, Imperialism: The Struggle to Be Superior, http://www-personal.umich.edu/~jimknapp/papers/Imperialism.html ↩
  2. Encyclopedia Britannica, 1946 edition, volume 12, page 122A ↩
  3. Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, Chicago, Elephant Paperbacks, Ivan R. Dee, Publisher, 1996, s. 416 ↩
  4. Hans-Ulrich Wehler, The German Empire, s.180, http://www.geocities.com/Area51/Rampart/4871/Darwin.html ↩
  5. T. D. Hall, The Scientific Background of the Nazi “Race Purification” Program, US & German Eugenics, Ethnic Cleansing, Genocide, and Population Control, http://www.trufax.org/avoid/nazi.html ↩