Həyatın Mənşəyi

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Darvin də irqçi idi

Oxu müddəti: ~5 dəq.

20-ci əsr irqçiliyin amansızlığına və mərhəmətsizliyinə çox şahid olduğu üçün dövrümüzdə təkamülçülərin böyük əksəriyyəti 19-cu əsr təkamülçülərinin əksinə, irqçiliyə qarşı olduqlarını söyləyirlər. Darvinin adını da irqçilik iddialarından özlərinə görə təmizləməyə çalışırlar. Darvinlə əlaqədar yazıların bir çoxuna baxsaq, Darvinə sözdə köləliyə qarşı çıxan, şəfqətli, yaxşı niyyətli, mərhəmətli bir insan olduğu təəssüratı vermək üçün xüsusi səy göstərildiyini görə bilərik. Halbuki, Darvin həqiqi mənada irqçidir və təbii seleksiya nəzəriyyəsinin insanlar arasında irq ayrı-seçkiliyinə və irqlər arasındakı qarşıdurmaya bir elmi səbəbin olduğu yanlışlığına inanır. Darvinin kitablarında, bəzi məktublarında və xüsusi qeydlərində irqçiliyinə dair açıq ifadələr vardır. 19-cu əsrin təkamülçülərinin demək olar ki, hamısının irqçi olduqlarının ən əhəmiyyətli səbəblərindən biri fikri öndərləri olan Darvinin də irqçi görüşlərə sahib olmasıdır. Məsələn, Darvin “İnsanın törəməsi” adlı kitabında zəncilər və aborigenlər kimi bəzi irqlərin sözdə aşağı irqlər olduqlarını və həyatda qalma mübarizəsində gələcəkdə ələnib ortadan qalxacaqlarını iddia etmişdir:

Bəlkə də yüz illər sürməyəcək yaxın zamanlarda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz, ələnəcəklər. Bu minvalla, insanla ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bunun sayəsində ortada indiki avropalılardan daha mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər növlü meymunlar qalacaq.46

Darvin yuxarıdakı sözlərində bəzi irqləri qorillalarla bir tutmuş, “mədəni insan irqləri”nin “vəhşi irqləri” yox edəcəyini, onları yer üzündən tamamilə siləcəyini iddia etmişdir. Yəni Darvin yaxın gələcəkdə meydana gələcək soyqırımlardan, irqi qətliamlardan danışır. Necə ki, Darvinin bu fəlakət dolu “uzaqgörənliyi” reallaşmış, təkamül nəzəriyyəsini özlərinə sözdə elmi dəstək olaraq görən irqçilər 20-ci əsrdə böyük qətliamlar törətmişlər. Nasistlərin İkinci Dünya Müharibəsində təxminən 40 milyon insanı qətl etməsi, Cənubi-Afrikadakı “apartheid” sistemi (Cənubi-Afrika hökuməti tərəfindən tətbiq olunan avropalı irqlərin digərlərinə görə imtiyazlara sahib olması sistemi), Avropada türklərə və digər xaricilərə yönələn irqçi hücumlar, ABŞ-da zəncilərə, Avstraliyada isə aborigenlərə yönələn irq ayrı-seçkiliyi Avropanın bir çox ölkəsində zamanla çoxalan neo-nasist hərəkatları həmişə darvinizmin irqçiliyə verdiyi sözdə elmi dəstəkdən istifadə edib güc tapmışdır. (Faşizm, irqçilik və darvinizm əlaqəsi haqqında daha ətraflı məlumat üçün baxın: “Darvinizmin qanlı ideologiyası: faşizm”, Vural nəşriyyat, may 2001)

Darvinin irqçi ifadələri bununla da məhdudlaşmır. Məsələn, “Növlərin mənşəyi”ndən əvvəl nəşr olunan “Biqlin səfəri” adlı kitabında Biql adlı gəmi ilə etdiyi səfərdə qarşılaşdığı Odlu Torpaq (Tierra del Fuego) yerlilərini az inkişaf etmiş, geri qalmış insan irqləri olaraq adlandırmış və belə demişdir:

Bu, istisnasız həyatım boyunca müşahidə etdiyim ən qəribə və ən maraqlı mənzərə idi (Odlu Torpaq yerlilərini ilk dəfə görmək). Bir vəhşi ilə mədəni insan arasındakı fərqin belə böyük olduğuna inanmazdım. Fərq vəhşi heyvanla ev heyvanı arasındakı fərqdən daha böyükdür. Əminəm ki, bütün dünyanı axtarsaq, bundan aşağı səviyyəli insana rast gəlmərik.47

Darvin özünə görə barbar kimi səciyyələndirdiyi Pataqoniya yerlilərini isə belə təsvir edir:

… Bəlkə də, heç bir şey insanı barbarı öz yuvasında görmək qədər təəccübləndirməz. Bu insanın ən aşağı və ən vəhşi halıdır. İnsanın ağlı keçmiş əsrlərə doğru gedir və sonra soruşur ki, atalarımız bunlar kimi insanlar ola bilərmi? Hərəkətləri və ifadələri əhliləşdirilmiş heyvanlardan daha az aydın olurdu… Vəhşi və mədəni insan arasındakı fərqi tərif və ya təsvir etməyin mümkün olduğuna inanmıram.48

Darvin yazdığı bir məktubunda yenə Odlu Torpaq yerlilərini belə təsvir etmişdir:

Odlu Torpaqda çılpaq, rəngli, tir-tir əsən və görünüşü insanı sanki dəli edən vəhşi insanı ilk gördüyümdə atalarımın az-çox buna bənzər varlıqlar olduqlarının lazım olduğunu düşündüm. Onda bu mənə çox iyrənc gəlmişdi. Hətta bu mənə indiki inancım olan müqayisə edilməyəcək qədər uzaq atalarımın tüklü vəhşi heyvanlar olduğu fikrindən belə daha iyrənc gəlmişdi. Meymunlar təmiz ürəkli heyvanlardır. (Darvinin Ç.Kinqsliyə məktubu)49

Bütün bu sözlər Darvinin irqçiliyinin əhəmiyyətli göstəriciləridir. Darvin bəzi insan irqlərini tamamilə alçaltdığı halda, meymunları “təmiz ürəkli heyvanlar” ifadəsi ilə insanlaşdırır və tərifləyirdi. Darvinin irqçiliyinin göstəriciləri yalnız bunlar deyildi; aşağı irqlərin yox edilməsinin lazım olduğunu, bunun təbii seleksiyanın nəticəsi olduğunu və mədəniyyətin inkişafına böyük təkan verəcəyini açıq şəkildə müdafiə edirdi. Darvin bu ağıl və vicdan xarici düşüncələrini iyul, 1881 tarixində U.Qraham adlı alimə yazdığı məktubunda belə dilə gətirirdi:

Təbii seleksiyaya əsaslanan müharibənin mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox fayda verdiyini isbat edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildiyində Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri kimi bilinən mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişlər. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxdığımda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm.50

Göründüyü kimi, Darvinin irqçi hədyanları yüksək əxlaqa və şanlı tarixə sahib türk millətinə qədər uzanmışdır. (Darvinin türk millətinə qarşı düşmənliklə ifadə etdiyi əsassız sözlərinin tarixi və elmi baxımdan yalan olduğunu “Təkamül nəzəriyyəsinin irqçi üzü: Darvinin türk düşmənliyi” adlı kitabdan oxuya bilərsiniz; Kültür Nəşriyyat, İstanbul, oktyabr 2001)

Darvin öz azğın düşüncələrinə görə aşağı irq olaraq gördüyü millətlərin yox edilməsini nəzərdə tutaraq həm təkamül nəzəriyyəsinin irqçiliyə verdiyi dəstəyi göstərir, həm də 20-ci əsrdə meydana gələn irqi müharibələrin, qətliam və soyqırımların sözdə elmi təməlini meydana gətirirdi.

Təkamülçülər böyük səylə Darvinin adının irqçiliklə yanaşı çəkilməsini önləməyə çalışsalar da, Harvard Universitetindən S.C.Quld “Növlərin mənşəyi” kitabına isnad edib Darvinin irqçiliyə verdiyi dəstəyi qəbul edir:

1859-cu ildən əvvəl irqçilik haqqında bioloji müzakirələrə rast gəlmək mümkündür, lakin təkamül nəzəriyyəsinin qəbul edilməsi ilə bunlar böyük əhəmiyyət qazanıb artdılar.51

Yalnız Darvin deyil, T.Haksli kimi təkamül nəzəriyyəsinin ən öndə gələn müdafiəçiləri də irqçi idi. Haksli Amerika vətəndaş müharibəsindən qısa müddət sonra zənci kölələrin azadlığa çıxmasının ardından belə yazmışdı:

Ətrafındakı hadisələrin fərqində olan məntiqli heç bir insan orta hesabla bir zəncinin ağ insanla bərabər və ya ondan bir az aşağı olduğuna inanmaz. Bütün bu çatışmazlıqlar çıxarıldığında qabarıq çənəli qohumumuzun (Himayənin və zalımlığın olmadığı bərabər mühitdə, dişləməyin deyil, düşüncələrin istifadə edildiyi bir yarışda olduğumuzu fərz etsək) böyük beyinli və kiçik çənəli rəqibinə qarşı müvəffəqiyyətlə mübarizə aparacağını düşünmək, həqiqətən də, ağılın qəbul etməyəcəyi bir düşüncədir.52

Haksli özünə görə zənci irqi haqqında insanlardan deyil, heyvanlardan danışırmış kimi bəhs edir, zəncilərin düşüncə yarışında mütləq geri qalacaqları kimi əsassız və dəfələrlə əksi isbat edilmiş iddialar önə sürür. Bu da təkamül nəzəriyyəsinin həqiqi üzünü göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir.

1800-cü illərin ortalarında təkamül nəzəriyyəsi ilə birgə ortaya atılan irqçilik toxumları 1900-cü illərin ortalarına doğru əsl nəticələrini verməyə başladı. Ən şiddətli şəkildə Almaniyada milli-sosializmlə birlikdə özünü göstərdi. Darvinin müasiri və təkamül nəzəriyyəsinin qatı müdafiəçisi olan F.Nitsşe Almaniyada “super insan” və “ali irq” kimi əsassız anlayışları məşhurlaşdırdı. Nasizm isə qaçılmaz bir son idi. Hitler və nasistlər Darvinin cəngəllik qanununu milli siyasətə çevirdilər və 40 milyon insanın ölümünə səbəb oldular. (Bu mövzu “Darvin-nasizm koalisiyasının nəticəsi: 40 milyon ölü” başlıqlı hissədə incəlikləri ilə araşdırılacaq.)

İstinadlar

  1. Charles Darwin, The Descent of Man, 2. baskı, New York, A L. Burt Co., 1874, s. 178 ↩
  2. Charles Darwin, The Voyage of the Beagle, (edited David Amigoni, London: Wordsworth, 1997), Bölüm 10, “Tierra Del Fuego” ↩
  3. Charles Darwin, The Voyage of the Beagle, s.477 ↩
  4. http://www.ncl.ac.uk/lifelong-learning/distrib/darwin/08.htm ↩
  5. Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York, D. Appleton and Company, s.285-286 ↩
  6. Stephen Jay Gould, Ontogeny and Phylogeny, Cambridge, Mass: Harvard University Press, 1977, s. 12752. ↩
  7. Thomas Huxley, Lay Sermons, Addresses and Reviews, New York, NY:Appleton, 1871, s. 20 ↩