Həyatın Mənşəyi

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Genetik baxımdan insanlar arasında irq ayrı-seçkiliyi yoxdur

Oxu müddəti: ~13 dəq.

Xüsusilə son 10 ildir ki, genetika elmində əldə edilən tapıntılar bioloji baxımdan insanlar arasında irqi fərqliliklərin olmadığını ortaya çıxardı. Elm adamlarının bir çoxu bu mövzuda həmfikir idilər. Məsələn, Atlantda keçirilən elmin inkişafı konqresində elm adamları belə bir açıqlama verdilər:

İrq tarixə keçmiş hadisələrlə şərtləndirilmiş hisslərimizin məhsulu olan sosial fantastikadır. Heç bir bioloji həqiqəti yoxdur.53

Genetik araşdırmalarda irqlər arasındakı genetik fərqliliklərin çox kiçik olduğu və genlərə baxılıb irqlərin ayırd edilməsinin mümkün olmadığı ortaya çıxdı. Mövzu haqqında araşdırma aparan elm adamları eyni qrupda yer alan insanlar arasında da genetik olaraq 0,2 faiz fərq olduğunu ifadə edirlər. İrqi fərqlilikləri təyin edən dəri rəngi, göz şəkli kimi xüsusiyyətlər isə bu 0,2 faizin yalnız 6 faizini meydana gətirir. Bu da genetik olaraq irqlər arasında yalnız 0,012 faiz fərqin olduğu mənasına gəlir.54 Başqa sözlə desək, irqi fərqliliklər tamamilə əhəmiyyətsiz deyiləcək qədər azdır.

“New York Times” qəzetinin 22 avqust, 2000-ci il tarixli sayında N.Anqer imzası ilə nəşr olunan “İrqlər fərqlidirmi? DNT-nin göstərdiyinə görə çox deyil” başlıqlı yazıda bu son tapıntılar belə açıqlanır:

Elm adamları uzun illər cəmiyyət tərəfindən qəbul edilən irqi kateqoriyaların genetik səviyyəyə əks olunmadığından şübhə etdilər.

Ancaq tədqiqatçılar insan vücudunun demək olar hər hüceyrəsinin ürəyində saxlanan və genetik material tamamlayıcısı olan insan genomunu daha yaxından araşdırdıqca insanları “irq” yolu ilə bir-birindən ayırd etmək üçün istifadə edilən standart etiketlərin çox az və ya heç bir bioloji məna ifadə etmədiyinə daha çox inandılar.

İlk baxışda bir insanın qafqazlı, afrikalı və ya asiyalı olub-olmadığını söyləməyin asan olduğunu, lakin görüntünün altındakı xüsusiyyətlərə gəldikdə və genomu irqin DNT xüsusiyyətləri üçün araşdırdıqda bu asanlığın ortadan qalxdığını söyləyirlər.55

İnsan genomu layihəsini icra edən “Celera Genomics” şirkətinin rəhbəri C.K.Venter də irqin elmi deyil, sosial anlayış olduğunu deyir.56 Dr. Venter və “National İnstitutes of Health”də çalışan elm adamları insan genomunun bütün ardıcıllığının layihəsini bir yerə gətirdiklərini və yalnız tək bir insan irqinin olduğu nəticəsinə gəldiklərini ifadə edirlər.

“Manhattan North General Hospital”ın rəhbəri Dr. H.P.Friman isə biologiya və irq mövzusundakı işlərinin nəticəsini belə yazır:

İrqi baxımdan yanaşdığımızda genlərinizin nə qədərinin xarici görünüşünüzə əks olunduğunu soruşsanız, buna veriləcək cavab belə olar ki, bu, 0,01 faiz civarındadır. Bu, genetik quruluşunuzun çox aşağı səviyyədə əks olunmasıdır.57

Eyni nəticəyə gələn elm adamlarından bir başqası da Vaşinqton Universitetindən biologiya professoru A.R.Templtondur. Templton fərqli millətlərdən insanların DNT-lərini analiz etmişdir. Analizlər nəticəsində insan növündə çoxlu genetik variasiya var ikən bu variasiyaların çoxunun fərdi olduğunu müşahidə etmişdir. Millətlər arasında hər nə qədər bəzi variasiyalar olsa da, bu variasiyaların çox kiçik olduqlarını təyin etmişdir. Templeton gəldiyi nəticələri (təkamülə olan səhv inancını qorumaqla birlikdə) belə qeyd edir:

İrq cəmiyyətdə mədəni, siyasi və iqtisadi bir anlayışdır, ancaq bioloji anlayış deyil. Təəssüflər olsun ki, bir çox insan -genetik fərqliliklərin- insan irqinin əsli olduğu yanlışlığına inanır… Mən mövzuya bir az obyektivlik əlavə etmək istədim. Olduqca tərəfsiz analizin nəticəsinə görə insanlığın bir-birindən həqiqətən fərqli alt qruplara bölünməsi kimi bir şey söz mövzusu deyil.58

Templtonun əldə etdiyi nəticələrə görə, avropalılarla aşağı saxaralı afrikalılar arasında və avropalılarla melaneziyalılar (Şimal-şərqi Avstraliya adalarının sakinləri) arasındakı genetik bənzərlik afrikalılarla melaneziyalılar arasında olduğundan daha çoxdur. Halbuki, aşağı saxaralı afrikalılarla melaneziyalılar qara dəriləri, saçlarının cinsi, kəllə və üz şəkilləri baxımından bir-birlərinə daha çox bənzəyirlər. Bunlar bir irqin səciyyəvi xüsusiyyətini göstərmək üçün istifadə edilən xüsusiyyətlərdir, ancaq genetik baxımdan bu insanlar bir-birlərinə daha az bənzəyirlər. Templeton bu tapıntının göstərdiyi kimi, irqi xüsusiyyətlərin genlərdə görünmədiyini ifadə edir.59

Populyasiya genetikləri L.K.Sforza, P.Menozzi və A.Piazza tərəfindən yazılan “İnsan genlərinin tarixi və coğrafiyası” adlı kitabda da bu nəticəyə gəlinir:

Boy və ya dəri rəngi kimi xarici xüsusiyyətlərdən məsul olan genlər xaricə çıxarılarsa, insan irqləri dərilərinin altında bir-birlərinə fövqəladə bənzər olduqları görünər. Fərdlər arasındakı növlərə ayrılmalar qruplar arasındakı növlərə ayrılmalardan daha böyükdür.60

Kitab haqqında bir dəyərləndirmənin yer aldığı “Time” jurnalında isə mövzu ilə əlaqədar bunlar deyilir:

Əslində, fərdlər arasındakı fərqlilik elə böyükdür ki, bütün irq anlayışı genetik səviyyədə mənasını itirir. Nüfuzlular hər hansı bir populyasiyanın bir başqasının qarşısında genetik üstünlüyündən danışan nəzəriyyələrin heç bir elmi təməlinin olmadığını söyləyirlər. Çətinliklərə baxmayaraq, alimlər bəzi mühüm kəşflər etdilər. Bunlardan biri hələ kitabın üz qabığında yer alır: dünyanın genetik müxtəlifliyinin rəngli xəritəsində yelpiyin bir ucunda Afrika, digər ucunda da Avstraliya yer almışdır. Avstraliyalı aborigenlər və orta səhralı afrikalılar dəri rəngi və bədən forması kimi xarici xüsusiyyətləri bölüşdükləri üçün onların yaxın əlaqəli olduqları geniş miqyasda qəbul edildi. Amma genləri fərqli şeylərdən bəhs edir. Avstraliyalılar bütün insanların içində afrikalılardan ən uzaq olanlardır və qonşuları olan cənub-şərqi asiyalılara daha çox bənzəyir.61

İstinadlar

  1. Robert Lee Hotz, “Race has no basis in biology, researchers say,” Los Angeles Times, 20 Şubat 1997 ↩
  2. Susan Chaves Cameron, Journal of Counseling and Development, 76:277-285, 1998 ↩
  3. Natalie Angier, “Do Races Differ? Not Really, DNA Shows”, New York Times, 22 Ağustos 2000 ↩
  4. Natalie Angier, “Do Races Differ? Not Really, DNA Shows”, New York Times, 22 Ağustos 2000 ↩
  5. Natalie Angier, “Do Races Differ? Not Really, DNA Shows”, New York Times, 22 Ağustos 2000 ↩
  6. Genetically Speaking, Race Doesn’t Exist In Humans http://www.eurekalert.org/pub_releases/1998-10/WUiS-GSRD-071098.php ↩
  7. Genetically Speaking, Race Doesn’t Exist In Humans http://www.eurekalert.org/pub_releases/1998-10/WUiS-GSRD-071098.php ↩
  8. Time, 16 Ocak 1995 ↩
  9. Time, 16 Ocak 1995 ↩