Həyatın Mənşəyi
AZEN

Faşizmin səssiz yüksəlişi

Neo-Nasistlər

Oxu müddəti: ~4 dəq.

neo naziler

Rəsmi alman statistikalarına görə 1999-cu ildə yalnız Almaniyada irqçilik və xarici təcavüzdən qaynaqlanan 10037 hadisə aşkar edilmişdir. 2000-ci ildə açıqlanan irqçiliklə əlaqədar baş verən hadisələrinin sayı da on mindən çoxdur. İngiltərədə isə yalnız aprel-sentyabr ayları arasında aşkar edilən irqçi qaynaqlı cinayətlərin sayı 10982-yə çatmışdır. Bu cinayətlərin yarısının qorxutma, göz dağı vermə və təcavüz şəklində olduğu ifadə edilmişdir. Bir çoxu isə öldürmə, yaralama, dağıdıb yandırmaq kimi hadisələrlə nəticələnmişdir. Bunların təşkil edənləri, neo-nasistlər olaraq tanınan faşist qruplaşmalarıdır.

Neo-nasist fəaliyyət, xüsusilə də 1990-cı illərdə mütəşəkkil fəaliyyətə keçmişdir. Bundan əvvəl də 1970-ci illərdə İngiltərədə daz başlar hərəkatı başlamışdı. Bu hərəkatın xüsusiyyəti isə küçə qruplaşmalarının immiqrantlara, əcnəbilərə və kasıb məhəllələrdə yaşayanlara qarşı təcavüzkar davranmaları idi. Bunların yalnız bir qismi irqçi idi. Ancaq 1990-cı illərdə, dazbaşlıların çox hissəsi irqçiliyi mənimsədi və nasist tərəfdarları olaraq irqçi faşist hərəkatları başlatdılar.

Yaşadığımız illərdə isə neo-nasist hərəkat getdikcə güclənir və yayılır. Bu gün 33 ölkədə və 6 qitədə aktiv haldadır. Sayları isə 70 minə çatır. Üzvləri adətən 13-25 yaş arasında olan bu küçə qruplaşmaları, bir-biriləriylə xüsusilə internet vasitəsi ilə əlaqə yaradırlar. Neo-nasistlər hər ölkədə özlərinə fərqli hədəflər təyin ediblər. Aparılan bir araşdırmada qeyd edildiyinə görə, Almaniyada türklərə, Macarıstan, Slovakiya və Çexiya Respublikalarında qaraçılara, İngiltərədə asiyalılara, Fransada şimali afrikalılara, Braziliyada Şimal-şərqlilərə, Amerikada bütün etnik azlıqlara və immiqrantlara qarşı təşkilatlanırlar. Bir çox ölkədə evsizlər və kasıb məhəllədə yaşayanlar da hədəf seçilə bilirlər.

Nasist görünüşlü bu gənclər, adətən narkotik aludəçilərindən, işsiz-gücsüz, küçə avaralarından ibarətdir. Geyimlərinin üzərinə taxdıqları nasist simvolları, qırxılmış daz başları və döymələri ilə dərhal tanınırlar. Bu döymələri ilə əsasən digər irqlərə olan düşmənçiliklərini göstərirlər. Şüarlarında, söhbətlərində və mahnılarında Hitleri ucaltmaqla və öm onun xəyalını reallaşdırmağa həsr etdiklərini ifadə edirlər: Bu xəyal dünyanın Aryan irqi tərəfindən idarə olunmasıdır.

Bu qruplaşmalara, ümumiyyətlə problemli dairələrdə böyümüş, aşağı təhsilli, başıboş, özünə etibar etməyən gənclər qoşulur. Başqalarını alçaltmaq, şiddət tətbiq etmək, qorxutmaq kimi faktorların bir yerdə tutduğu bu insanlar, beləcə özlərini başqa insanlardan üstün görə biləcəkləri bir mühit tapdıqlarını düşünürlər.

Şiddət, kin, nifrət, zorakılıq, qorxutma, təhdid, dağıdıb yandırmaq, zərər vermə başlıca xüsusiyyətləri arasında sayıla bilər. Bunları ən çox yerinə yetirən isə aralarında qəhrəman elan edilir.

neonazi, ırkçılık
Günümüzün faşistləri: neonasistlər. 1990-cı illərdən etibarən skinhedlər kimi tanınan təşkilatlar irqçi faşist aksiyalarını artırmağa başladılar. Adətən problem
Günümüzün faşistləri: neonasistlər. 1990-cı illərdən etibarən skinhedlər kimi tanınan təşkilatlar irqçi faşist aksiyalarını artırmağa başladılar. Adətən problemli mühitlərdə böyümüş, aşağı təhsilli, başlı-başına buraxılmış, özünə inamı olmayan gənclərin qatıldığı bu dəstələr hər cür cinayətə və zülmə meyllidir.

Neo-nasistlərin özlərinə aid bir də musiqi üslubları var. Əslində bu dairələr musiqini bir təbliğat vasitəsi kimi də görürlər. Mahnılarının sözləri irqçi, paranoyak və təcavüzkar üzlərini izah edir. Mahnıların və musiqi qruplarının adları belə eyni mesajları verir: Bunlar "Zəfəri salamla", "Vampir", "Ağ gurultu", "Vəhşi hücum", "Döyüş üçün", "Ülgüc kənarı", "Ağ döyüşçülər" kimi adlardır. Bu müzik qrupları Almaniya, Belçika, İngiltərə kimi bir çox Avropa ölkəsində istədiyi yerdə konsert verə bilir. Və minlərlə gənc bu konsertlərə qatılaraq, nasist salamı verərək bu qruplara yoldaşlıq edir.

Musiqi vasitəsilə faşizm. Neonasist dalğa cəmiyyətin cahil və problemli təbəqəsini getdikcə təsiri altına alan bir mədəniyyət kimi inkişaf edir. Musiqi bu yeni
Musiqi vasitəsilə faşizm. Neonasist dalğa cəmiyyətin cahil və problemli təbəqəsini getdikcə təsiri altına alan bir mədəniyyət kimi inkişaf edir. Musiqi bu yeni faşizmin yüksəlişində təsirlidir. Faşizmin zorakılıq sevgisi, irqçilik, təcavüzkarlıq kimi xüsusiyyətləri neonasist ideologiyanı mənimsəmiş rok və hevi-metal qrupları tərəfindən kütlələrə aşılanır.

Neo-nasistlərin bir də yan qrupları var. Bunların başında futbol azarkeşləri gəlir. Xüsusilə matçlarda dazbaşlılar və futbol azarkeşləri birləşərək, zənci oyunçulara qarşı şüarlarla çıxış edir, rəqib tərəfdarına hücum edir, stadionlarda ölümlərlə nəticələnən döyüş və qarşıdurmalara səbəb olurlar. Bu qruplardan hər hansı bir vəziyyətdə asanlıqla neo-nasist tədbirlər üçün də istifadə edilə bilər. Həmçinin neo-nasist olmadığı halda neo-nasist musiqi qruplarının pərəstişkarı olan təbəqə də daim istiqamətləndirilə biləcək bir kütlə kimi görünür. Onlar da dinlədikləri musiqinin və nasist təbliğatının təsirindən, istənildiyi vaxt təşkil edilərkən aksiyalara çağrıla bilirlər. Məhz bu yolla irqçi hərəkatlar, böyük sürətlə gəncləri zəhərləməyə və öz tərəflərinə çəkməyə davam edir. Neo-nasistlərin Avropada bu qədər çox güclənə bilmələrinin arxasında duran səbəb isə əslində gizlində cəmiyyətdən və siyasətçilərdən aldıqları dəstəkdir.

İnsanlıqdan çıxmış xuliqanlar. Yeni faşist mədəniyyətin başqa bir təmsilçisi "xuliqanlar" kimi tanınan aqressiv futbol fanatikləridir. Bu qruplar bir çox ölkədə
İnsanlıqdan çıxmış xuliqanlar. Yeni faşist mədəniyyətin başqa bir təmsilçisi "xuliqanlar" kimi tanınan aqressiv futbol fanatikləridir. Bu qruplar bir çox ölkədə ölümlərə qədər gedib çıxan hadisələrə səbəb olur. Brüsseldə keçirilən bir oyunda çıxan davada 39 nəfər həlak olmuşdur. İsveçrədə keçirilən 1954-cü il dünya kubokunun dörddəbir finalında Macarıstan Braziliyanı məğlub etdikdən sonra soyunma otaqları sözün əsl mənasında döyüş meydanına çevrilmişdi. Bu oyun hələ də "Bern döyüşü" kimi xatırlanır.

Bu gün Avropada bir çox partiya müxtəlif adlar altında öz vəzifəsini yerinə yetirsə də əslində faşist meyillidir və bunların hamısı neo-nasistləri əhəmiyyətli dərəcədə dəstəkləyirlər. Bu siyasiləşmədən başqa, neo-nasistlər əsasən şiddət və küçə aksiyaları ilə istədiklərini bacara biləcəklərini düşünürlər. Əslində bu, kitabda izah etdiyimiz kimi tipik faşist xarakterdir. Çünki faşistlər demokratik mühitlərdə fikri mübarizə aparılacağına ehtimal verməzlər. Onlar daim meşə qanunlarının etibarlı olduğuna, haqqı deyənin deyil, güclü olanın haqlı olduğuna inanırlar. Buna görə də öz aləmlərində ən böyük güc, təcavüzkarlıq və zülmdür.