Oxu müddəti: ~1 dəq.
Faşizmin II Dünya müharibəsində yaşadığı məğlubiyyət və çöküş, çox insanda "faşizm artıq ölmüşdür" düşüncəsini oyandırdı. Ancaq vəziyyət tam mənasıyla elə deyildi. Faşist ideologiyanın qabaqcıl nümayəndələrinin ortadan qalxdığı doğru idi, amma faşist ideologiyanın dayaqları (bütpərəstlik, Darvinizm, şiddət sevgisi və irqçilik) hələ də qalırdı. Bu səbəblə də Hitlerin və ya Mussolininin ölməsi faşizmi öldürmədi. Əksinə, "faşizm artıq ölmüşdür" şəklindəki geniş yayılmış düşüncə, yeni faşist hərəkatların meydana gəlməsinə və kök salmasına zəmin hazırladı. Faşizm bəzən bu addan açıq şəkildə istifadə edərək, bəzən də özünü kamuflyaj edərək yaşamağa davam etdi. Və xüsusilə də 1990-cı illərdə yeni bir yüksəlişə qədəm qoydu.
Bu hissədə faşizmin bu yeni yüksəlişini və bunun dünyaya gətirdiyi təhdidləri araşdıracağıq. Əvvəlcə Avropada irqçiliyin hələ də hökm sürdüyünü görəcək, daha sonra neo-nasist təşkilatlanmalarının yüksəlişini qeyd edəcəyik. Və sonra da, irqçiliyin yüksəlişinin pərdə arxasını, bu yüksəlişin arxasındakı ideologiyanı analiz edəcəyik.
