Oxu müddəti: ~4 dəq.
İndiki vaxtda "faşist təşkilatlanma" deyildikdə çox insanın ağlına ilk növbədə alman neo-nasistləri gəlir. Ancaq həqiqətdə dövrümüzün faşist təşkilatlanmaları içində bir çox təşkilat daha var. ABŞ-da fəaliyyət göstərən bir çox faşist qrup var və bunlar "nəzəri" səviyyədə alman neo-nasistlərinə görə daha əhəmiyyətli bir mövqedədirlər.
Bu qruplar ümumiyyətlə "White Supremacy" (Ağ Üstünlüyü) şüarından istifadə edirlər. Və ən əhəmiyyətlisi də, bunu iqtisadi çətinliklərin gətirdiyi bir "əcnəbi düşmənçiliyi" kimi deyil, fəlsəfi və elmi bir doktrina olaraq irəli sürürlər. "White Supremacy" çətiri altında Ku Klux Klan, Amerika nasist Partiyası, "Aryan Milləti" (Aryan Nation) hərəkatı və "Milli İttifaq" (National Alliance) kimi müxtəlif faşist təşkilatlar iştirak edir. İnternet yoluyla güclü bir təbliğat fəaliyyəti həyata keçirən bu qrupların məqsədi, irqçiliyi bir dünyagörüşü, bir doktrina kimi müdafiə etmək və kütlələrə aşılamaqdır.
Bu qruplardan "Milli İttifaq" (National Alliance) təşkilatının manifestində, bu doktrinanın təməlləri açıq şəkildə ifadə edilir. Maraqlı budur ki, manifest, kitabın əvvəlindən bəri nəzərdən keçirdiyimiz bir həqiqətin, faşizmin bütpərəst və Darvinist ideologiya olduğu həqiqətini təsdiqləyir. Faşist "Milli İttifaq" təşkilatı, doktrinanı açıqlayarkən əvvəlcə özləriylə "sami inanclar" (İslam, xristianlıq və yəhudilik) arasındakı fərqi aydınlaşdırır, özlərinin yalnız təbiətə inandıqlarını və təkamülçü olduqlarını, buna qarşılıq "sami inanclar"ın Allaha imana əsaslandığını bildirir. Sözügedən təşkilatın bu azğın fikirləri belədir:
Özümüzü təbii qanunlara görə təkamül keçirən ətrafımızdakı vahid dünyaya inteqrasiya etmiş vəziyyətdə görürük. Sadə şəkildə ifadə etsək: Yalnız bir həqiqət vardır və o da təbiətdir: Bizlər təbiətin bir parçasıyıq və təbiətin qanunlarına tabeyik. Bu qanunlar içində biz öz taleyimizi təyin edə bilərik... Digər bir sözlə seçim hüququna sahib olduğumuz hər şey üçün yalnız özümüz məsuliyyət daşıyırıq: Xüsusilə, də ətrafımız və irqimizin taleyi üçün məsuliyyət daşıyırıq. Bu dünyagörüşü semitik görüş ilə zidd ola bilər. Semitik dünyagörüşü, hər şeyin Tanrının nəzarəti altında olduğuna inanır (137).



Göründüyü kimi, faşizmin qarşısında din əxlaqı durur. Faşizm insanın "təbiətin bir məhsulu" olduğu azğınlığını müdafiə etməklə yanaşı, din əxlaqı insanı Allahın yaratdığını və insanın taleyini də Allahın müəyyənləşdirdiyini xəbər verir. Faşist "Milli İttifaq" təşkilatının manifestində, təşkilatın sahib olduğu irqçi ideologiyanın təkamülçü məntiqi də belə izah edilir:
Dünyamız iyerarxik bir nizama malikdir. Hər birimiz Aryan (ya da Avropa) irqinin bir üzvüyük, irqimiz eynilə digər irqlər kimi təbii seleksiyanın minlərlə il ərzində ətraf mühitə uğunlaşması və təkamüllü mərhələlərlə inkişaf etdirdiyi özünə məxsus xüsusiyyətlər meydana gətirmişdir. Şimal bölgəsində yaşayan insanlar daha çox şey tələb edən mühitlərdə, məsələn planlaşdırma və fərdi intizam tələb edən qış iqlimində həyatda qala bilir və buna görə də zehni qabiliyyətlər baxımından daha sürətli inkişaf etmişdirlər (138).
Yəni Aryan irqinin digər irqlərdən üstün olduğu, çünki "təkamüldə irəli keçdiyi" yalanı müdafiə olunur. "Milli İttifaq" təşkilatı daha da irəli gedərək irqçiliyin "təbiətə qarşı bir məsuliyyət" olduğunu irəli sürür, buna əsaslanaraq da Nitsşenin fəlsəfəsinə müraciət edir:
Hər şeydən əvvəl bir parçası olduğumuz təbiət qarşısında məsuliyyət daşıyırıq, çünki daha yaxşı bir inkişaf və daha yaxşı həyat formaları üçün onun sonsuz axtarışlarının içərisindəyik. Bu məsuliyyət şairlərimiz və mütəfəkkirlərimiz tərəfindən görülmüş və ifadə edilmişdir. Fridrix Nitsşe bizlərə gələcəkdə daha yüksək bir insan tipinə hazırlıq görməyimizin ilk məsuliyyətimiz olduğunu bildirmişdir... Təbiət Aryan irqindən gizlənmiş fərqli xüsusiyyətləri ortaya çıxarmış və bunun müqəddəsləşdirmişdir. Beləcə biz özümüz üçün müəyyənləşdirilən missiyanı daha yaxşı tamamlaya bilərik. Təbiət digər insan irqləri də daxil olmaqla müxtəlif cür həyat formaları meydana gətirsə də, biz öz irqimiz üçün xüsusi məsuliyyətlər daşıyırıq: Bunlar irqimizin davam etməsini təmin etmək, bənzərsiz xüsusiyyətlərini qorumaq və keyfiyyətini artırmaq kimi məsuliyyətlərdir (139).
İnsanı, bütün canlıları, təbiəti və kainatı yoxdan yaradan Uca Allahdır. Buna görə də insan yalnız Rəbbimizə qarşı məsuldur. Mərkəzi ABŞ-da olan Milli İttifaq təşkilatı, İsveç, Fransız, Alman, Portuqal və Rus dillərində də nəşr olunan jurnallar və kitablar buraxır və müdafiə etdiyi darvinist və bütpərəst ideologiyanı sürətlə yayır. Təşkilatın nəşr etdiyi National Vanguard (Milli Qabaqcıl) adlı faşist jurnalın üz qabıqlarını, köhnə yunan tanrılarının heykəlləri bəzəyir. Jurnaldakı məqalələrdə isə Darvindən tez-tez sitatlar verilir, "Dünyanın ondan kənarda qalan insanlarıyla əbədi döyüş vəziyyətində olan bir irqin, yaşa və yaşamasına izn ver tərzində, irqlər üzərində diqqətə çarpan həyatda qalma üstünlüyü vardır" (140) şəklində ifadələr yer alır. Digər faşist təşkilatların nəşrlərində və ya internet saytlarında da bənzər Darvinist şərhlər, ilahi dinlərə qarşı azğın bütpərəst mədəniyyətini müdafiə edən təbliğatlarla qarşılaşmaq mümkündür.
19-cu əsrdə bütpərəst mədəniyyətin yenidən dirçəlməsiylə və Darvinin təkamül nəzəriyyəsiylə yaranan faşist irqçilik 21-ci əsrdə yenə eyni təməllərə əsaslanaraq inkişaf etməyə davam edir.
