Oxu müddəti: ~4 dəq.
Neo-nasistlər, Avropadakı irqçi hərəkatın radikal nümayəndələridir. Yerinə düşərsə faşist baltanın "iti ucu"durlar. Amma bir də bu baltanın sapı vardır və bunlar neo-nasistlərdən daha geniş bir ictimai və siyasi bazanı təmsil edir. Neo-nasistlərin irqçiliyi, əslində Avropada getdikcə güclənən irqçi meyillərin əks olunmasıdır.
Avropa əhalisinin böyük bir hissəsində əslində öz irqinin üstünlüyünə inanan gizli bir irqçilik anlayışının mövcud olması neo-nasistlərə üstü-örtülü şəkildə dəstək təmin edir. 1997-ci ildə aparılan araşdırmalara görə Avropa daxilində irqçi potensialın 33%-ə yaxın olduğu müəyyən olunmuşdur. Xüsusilə də Belçika, Fransa və Avstriyada bu göstəricinin daha da yüksək olduğu müşahidə olunur. Özünü "tamamilə irqçi" və ya "xeyli irqçi" olaraq adlandıran insanların faiz nisbəti Belçikada 55%, Fransada 48%, Avstriyada isə 42%-ə yaxındır. Almaniyada isə irqçilərin faiz nisbəti 34%-ə yaxındır. Buna görə də neo-nasistlər, molotof kokteylləriylə hərəkət edərkən və ya "Əcnəbilər çölə" şüarlarıyla çıxış edərkən əslində xalqın 35%-nin də düşüncələrini reallaşdırmış olurlar. Bunlara bir də gizlində neo-nasistlərin irqçi hərəkətlərini dəstəkləyən siyasətçilər də əlavə edildikdə, bu faşist təşkilatların qarşısı heç bir yolla alına bilmir (134). Sözügedən irqçi meyillər haqqında Fransa diqqəti çəkən bir nümunədir.
Fransada 1993-cü ildə keçirilən parlament seçkilərindən sonra Fransız demokratiyası üçün Birlik (UDF) ilə Respublikaçı Birlik partiyaları, baş nazir Eduard Balladurun rəhbərliyi altında hökumət qurdular. Daxili İşlər Naziri vəzifəsinə də Pasqua gətirildi. Bu hökumətin qurulmasıyla, bir anda ölkədəki əcnəbilərə potensial günahkar gözüylə baxılmağa başlandı. Və bu baxışın ağır təzyiqi də dərhal ardınca gəldi. İlk növbədə əcnəbilərə verilən hüquqlar geri alındı. 1993-cü ilin avqustunda Balladur hökuməti tərəfindən qüvvəyə minən və xalq arasında "Pasqua Qanunu" olaraq məlum olan qanunun polisə vermiş olduğu kəşfiyyat səlahiyyəti ilə Fransada yaşayan əcnəbilər narahat edildi. Fransa vətəndaşı olmuş xarici əsillilərin belə evlərinə səhərə yaxın basqınlar həyata keçirilərək insanlar, böyük-kiçik demədən evlərindən nəzarətə götürüldülər. Bu əcnəbilər sanki müharibə günahkarıymış kimi cəzaya məruz qaldılar. Günlərlə sorğuya çəkildilər, işgəncə əsnasında qolları və qıçları qırılanlar belə oldu (135).

17 yaşındakı Zairli Nikomé, oğurluq şübhəsiylə nəzarətə götürüldüyü bir Paris polis şöbəsində güllələndi. Bu hadisə eşidildikdən sonra ertəsi gün (yəni 1993-cü 7 apreldə) həyata keçirilən aksiyaya qoşulan iki zənci daha Fransız polisi tərəfindən vurularaq öldürüldü. Morokko mənşəli bir Fransız vətəndaşının üç polis tərəfindən işgəncəyə məruz qalıb öldüyü zənn edilərək bir yerə atılması və bu hadisənin ortaya çıxmasıyla, qanuni yollarla Fransaya daxil olmuş orada işçi və ya şagird olanlar, qalma icazəsi olanlar belə qorxu və təşviş içində yaşamağa başladılar.
Fransadakı bu hadisələr, şübhəsiz ki, cəmiyyətə hakim olmuş irqçi bir anlayışın nəticəsidir və bu vəziyyət yalnız Fransa üçün etibarlı deyil. Avropanın az qala hər yerində irqçiliyin dərin izləri vardır. Avropa Birliyi üzvlərinin serb təcavüzkarlığına qarşı müsəlman Bosniyalılara uzanan yardım əlinin çox yubanması (hətta bəzi dairələrin gizlində serbləri dəstəkləmələri), Almaniyadakı əcnəbilərə neo-nasistlər tərəfindən tətbiq edilən hücumları həyata keçirən şəxslərə lazımi cəzalar verilməməsi, Fransadakı ərəb və zəncilərin irqçi hücumlarla ziyana uğradılması, yenə Fransadakı Bask və korsikalı etnik azlıqlara qarşı aparılan dövlət terrorunun davam etməsi, Bretan və ölkə torpaqlarının üçdə birində yaşayan Oksitanların dövlət tərəfindən etnik azlıq olaraq qəbul edilməmələri, İngiltərə ilə İrlandiya arasındakı problemlər, İspaniya ilə Bask və Kataloniya arasındakı qarşıdurmalar, Bolqarıstandakı türkləri kütləvi şəkildə köç etməyə məcbur etmək məqsədiylə Belene düşərgəsində Bolqar hökuməti tərəfindən vətəndaşlarımıza tətbiq olunan vəhşilik, məhz bütün bunlar irqçiliyin bəzi Avropa millətləri üzərindəki hakimiyyətinin təsirləridir.
Faşizmdən Sonrakı Avropa kitabının yazıçısı İlya Ehrenburg'un faşistlər üçün verdiyi tərif, Avropada hələ də güclü olan irqçi mədəniyyətin məntiqini qısaca olaraq belə xəbər verir:
...Faşizm hər şeydən əvvəl milli kin deməkdir, milli qürur anlayışının təhrif edilməsi deməkdir. Faşizm xəstəliyinə yoluxdurulan insanlar başqa xalqların zəngin mədəniyyətiylə fəxr etməkdən uzaqdırlar, yalnız öz soy kökəri ilə fəxr edərlər... (136).
Sözügedən "milli kin", Allahın Quranda "cahiliyyənin qəzəbli soy qoruyuculuğu" (Fəth surəsi, 26) olaraq təsvir etdiyi azğın meyildir. Quranda bu "qəzəbli soy qoruyuculuğu"nun müşriklərin bir xüsusiyyəti olduğu, lakin müsəlmanların bundan qorunduğu bildirilir. Bu da bizlərə yenidən göstərir ki, faşist irqçilik, din əxlaqının ortadan qalxmasının, bunun yerinə bütpərəstliyin güclənməsinin bir nəticəsi olaraq yaranar. Buna görə də Avropada getdikcə güclənən irqçi meyillərin, hər keçən gün daha çox kök salan neo-nasist təşkilatlanmalarının da bütpərəstliyin güclənməsiylə bir əlaqəsi olmalıdır.
Faktiki olaraq elədir.
