Oxu müddəti: ~2 dəq.
Faşizm Avropa qaynaqlı bir ideologiyadır. 19-cu əsrdə bəzi Avropalı mütəfəkkirlər tərəfindən faşizmin təməlləri atılmış və 20-ci əsrdə də İtaliya, Almaniya kimi Avropa ölkələrində tətbiq olunmuşdur. Faşizmi mənimsəyən və tətbiq edən digər nümunələr də, bu ideologiyanı Avropadan "idxal" etmişlər. Buna görə də faşizmin mənşəyini araşdırmaq üçün, Avropa tarixinə baxmaq zəruridir.
Əlbəttə ki, Avropa tarixinin çox fərqli mərhələləri və dövrləri vardır. Ancaq ən ümumi mənada baxıldığı təqdirdə, mədəni baxımdan bütün Avropa tarixini üç əsas dövrə bölmək olar:
1) Xristianlıqdan əvvəlki (bütpərəstlik) dövr;
2) Xristianlığın mədəni cəhətdən Avropaya hakim olduğu dövr;
3) Xristianlıqdan sonrakı (materialist) dövr.

Son dövrü "xristianlıqdan sonrakı dövr" olaraq xarakterizə etməyimiz bəlkə ilk başda qəribə gələ bilər. Çünki Avropa cəmiyyətlərində bir din kimi xristianlıq hələ də geniş kütlələr tərəfindən qəbul edilir.
Amma xristianlıq, Avropa mədəniyyətinin əhəmiyyətsiz bir parçası halına gətirilmişdir, yalnız əslindən uzaqlaşdırılmış bir xristianlıq yaşanır. Cəmiyyətə istiqamət verən əsl təşkilat və anlayışlar dinin deyil, materialist fəlsəfənin qəbullarına görə təyin olunmuşdur. 18-ci əsrdə başlayan din əleyhdarı düşüncə, 19-cu əsrdə materialist fəlsəfənin elmə və düşüncəyə hakim olmasıyla özünün pik nöqtəsinə çatmışdır. 20-ci əsr isə materializmin qanlı nəticələrinin yaşandığı əsr olmuşdur. Bu üç dövrə baxdığımızda isə, faşist mədəniyyətin 1-ci və 3-cü dövrə aid olduğunu görərik. Yəni faşizm bütpərəst mədəniyyətin bir parçası kimi meydana gəlmiş və sonra da materialist mədəniyyətin bir parçası olaraq yenidən həyata keçmişdir.
Avropada xristian mədəniyyətinin hakim olduğu 1000 ildən çox müddət ərzində isə, faşist bir ideologiya və tətbiqetmə yaşanmamışdır. Bunun təməlində xristianlığın, sülhsevər və ədalətli bir din olması durur. Şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi əxlaqi fəzilətləri qəbul edən və cəmiyyətə yerləşdirməyə çalışan xristian mədəniyyəti, faşizmlə tamamilə ziddiyyətdə olmuşdur. Bu isə, xristianlığın ilahi bir din olma xüsusiyyətindən qaynaqlanır. Xristianlıq Allahın hz. İsaya vəhy etdiyi haqq dinlə meydana gəlmişdir. Hz. İsadan sonrada bəzi təhriflərə məruz qalmış, əslindən ayrılmış və bəzi azğın inanclarla pozulmuşdur. Amma yenə də haqq dinin özündə olan bəzi əsas əxlaqi dəyərlər (yuxarıda saydığımız şəfqət, mərhəmət, fədakarlıq, sevgi, təvazökarlıq kimi anlayışlar) xristianlıqda varlığını qorumuşdur. İndi xristianlıqdan əvvəlki dövrdə Avropaya qısaca bir nəzər salaq və faşizmin mənşəyini araşdıraq.

