Oxu müddəti: ~2 dəq.

Xristianlıqdan əvvəlki Avropa mədəniyyətinin ən fundamental xüsusiyyəti, bütpərəst inanclara, yəni çoxtanrılı batil dinlərə sahib olması idi. Avropalılar ibadət etdikləri bu saxta ilahların özlərinə həyatın fərqli istiqamətlərində yol göstərdiyi və kömək etdiyi kimi azğın inanclara sahib idilər. Bunların ən əhəmiyyətliləri arasında isə, demək olar ki, hər bütpərəst cəmiyyətdə olan döyüş bütləri idi. Bütpərəst inancda döyüş bütlərinə göstərilən bu rəğbət bu mədəniyyətdə zorakılığın müqəddəs görülməsinin bir nəticəsi idi. Bütpərəst qövmlər ibtidai bir qövmdülər və daima döyüş əhval-ruhiyyəsində yaşayırdılar. Qövm üçün öldürmək, qan tökmək, sanki müqəddəs bir vəzifə sayılırdı. Zorakılığın ya da vəhşiliyin demək olar ki, hər növü bütpərəst aləmində özünə qanuni bir yer tapa bilirdi. Zorakılığı qadağan edən, bunun səhv olduğunu izah edən heç bir əxlaqi qaynaq yox idi. Bütpərəst aləminin ən "mədəni" dövləti hesab edilən Roma belə, insanların vəhşi heyvanlar tərəfindən parçalandığı ya da ölümü ilə mübarizə apardıqları diyarı idi.

Roma rəhbərləri çox vaxt zalımlıqları ilə tarixə keçirdilər. Məşhur Neron öz anası, həyat yoldaşı və ögey qardaşı başda olmaqla çoxsaylı insanı öldürtdürərək hakimiyyətə gəlmişdi. Ölkəsindəki xristianları meydanlarda vəhşi heyvanların qabağına atdırmış, sırf inanclarına görə minlərlə insana işgəncə vermişdi. Roma şəhərinə tamamilə od vuraraq yandırtması və bu qorxunc mənzərəni sarayının pəncərəsindən lir çalıb seyr etməsi isə onun zalımlığına dair tarixə keçmiş məşhur məlumatlardandır.
Romada bu vəhşilik mədəniyyəti hakim olduğu halda, Vandallar, Qotlar, Viziqotlar kimi şimal bölgələrində yaşayan kobud bütpərəst qövmlər daha çox vəhşi idilər. Bu qövmlər bir tərəfdən bir-birlərini qırır, bir tərəfdən də Romanı talan etməyə çalışırdılar. Bütpərəst aləmi yalnız zorakılığın hakim olduğu, üstəlik bu gücün hər cür istifadəsinin guya əxlaqi sayıldığı, hətta ciddi bir əxlaq anlayışının belə mövcud olmadığı bir aləmdi. Bütpərəst aləmində bugünkü mənada "faşizm" deyə biləcəyimiz bir sistemi tətbiq edən ən konkret nümunə isə, yunan şəhər dövləti Sparta idi.

