Həyatın Mənşəyi
AZEN

Faşist mədəniyyətin mənşələri

Darvinizm Və Bütpərəst "Təkamül" Xurafatının Dirilməsi

Oxu müddəti: ~3 dəq.

Thales, "evrim" efsanesinin ilk savunucularından biriydi.
Thales, "evrim" efsanesinin ilk savunucularından biriydi.

Bütpərəst aləminə aid olan, ancaq 18-ci və 19-cu əsrdə yenidən Avropaya daşınan batil inanclardan biri, bütün canlıların təsadüflər nəticəsində və bir-birindən törəyərək meydana gəldiklərini irəli sürən "təkamül nəzəriyyəsi" idi. "Canlılar və insan necə yarandı?" Allahın varlığından xəbəri olmayan, bunun əvəzinə öz uydurduqları bir çox saxta məbuda ibadət edən müşriklər bu suala "təkamül" deyə cavab vermişdilər.

İlk dəfə qədim Şumer kitabələrində rast gəlinən təkamül anlayışı, əslində qədim Yunanistanda formalaşdı. Tales, Anaksimenderes və Empedokles kimi bütpərəst filosoflar, canlı varlıqların, yəni insan, heyvan və bitkilərin hava, od və ya su kimi cansız maddələrdən özbaşına əmələ gəldiklərini iddia etdilər. Bu nəzəriyyələrinə görə ilk canlılar suda və birdən-birə, özbaşına ortaya çıxmış, bəzi heyvanlar vaxt keçdikcə suyu tərk etmiş və quruya uyğunlaşmışdılar.

Tales uzun müddət Misirdə yaşamışdı. Misirdə isə "canlıların özbaşına palçıqdan əmələ gəldiyi" xurafatı geniş yayılmışdı. Misirlilər Nil çayının suyu çəkildiyi vaxtda ətrafa yayılan qurbağaların bu şəkildə əmələ gəldiyini güman edirlər.

Çarlz Darvin müharibəni, toqquşmanı və "irqlərarası həyat mübarizəsi"ni müdafiə edən elmdənkənar nəzəriyyəsi ilə faşizmin mədəni zəminini yaratdı.
Çarlz Darvin müharibəni, toqquşmanı və "irqlərarası həyat mübarizəsi"ni müdafiə edən elmdənkənar nəzəriyyəsi ilə faşizmin mədəni zəminini yaratdı.

Tales də bu xurafatı qəbul etmiş və buna bəzi fikirlər əlavə edərək bütün canlıların özbaşına əmələ gələ bildiyini irəli sürmüşdü. Tales bu iddiaları təcrübəyə və ya müşahidəyə deyil, yalnız məntiqi əsaslara əsaslanaraq irəli sürürdü. Qədim Yunanıstandakı digər təkamülçü filosoflar da eyni metoddan istifadə etdilər. Talesin bir şagirdi olan Anaksimenderes, təkamül nəzəriyyəsini inkişaf etdirdi. Onun qərb düşüncə həyatına daxil etdiyi iki böyük materialist anlayış vardır. Bunlardan birincisi kainatın sonsuzdan gəlib sonsuza getdiyi, ikincisi isə Tales dövründə yavaş-yavaş formalaşmağa başlayan canlıların bir-birlərindən təkamül keçirdikləri fikridir. Hətta "təbiət" adını daşıyan klassik şeiri, təkamül nəzəriyyəsinin izah edildiyi ilk yazılı əsərdir.

Anaksimenderes bu şeirində heyvanların, günəş işığıyla buxarlanan bir palçıqdan əmələ gəldiyini iddia etmişdi. İlk heyvanların tikanlı və pulcuqlu qabıqlara sahib olduğunu və dənizlərdə yaşadığını irəli sürmüşdü. Bu balığa bənzəyən varlıqlar daha sonra dəyişiklik keçirmiş, quruya keçmiş, pulcuqlu qabıqlarını tökmüş və insana çevrilmişdi.(6) Anaksimenderesin təkamül nəzəriyyəsinə necə bir təməl meydana gətirdiyi isə fəlsəfə kitablarında bu şəkildə təsvir edilir:

...Başlanğıcda bütün varlıqlar, suda yaşayan varlıqlardı. Sonradan suların çəkilməsi, quru parçalarının meydana gəlməsi ilə bu sularda yaşayan varlıqlar quruda yaşayan canlılar formasında dəyişiklik keçirdi. Bu nəzəriyyə təkamül nəzəriyyəsinin ilki ya da başlanğıcı hesab edilə bilər.(7)

Bir sözlə, Darvinizmin iki əsas ünsüründən biri, yəni canlıların təsadüflərlə bir-birlərindən törədikləri fərziyyəsi, birbaşa bütpərəst fəlsəfəsinin ortaya atdığı bir iddia idi. Darvinin nəzəriyyəsinin ikinci əhəmiyyətli ünsürü olan "həyat mübarizəsi" anlayışı da yenə bütpərəst bir inancdır.

Erasmus Darwin'in Zoonomia isimli kitabı
Erasmus Darwin'in Zoonomia isimli kitabı

Bir sözlə, Darvinizmin iki əsas ünsüründən biri, yəni canlıların təsadüflərlə bir-birlərindən törədikləri fərziyyəsi, birbaşa bütpərəst fəlsəfəsinin ortaya atdığı bir iddia idi. Darvinin nəzəriyyəsinin ikinci əhəmiyyətli ünsürü olan "həyat mübarizəsi" anlayışı da yenə bütpərəst bir inancdır.

Təbiətdəki canlılar arasında bir həyat döyüşü olduğu tezisini ilk irəli sürənlər yunan fəlsəfəçiləridir. Bütpərəst mütəfəkkirlər tərəfindən, təcrübəyə və müşahidəyə deyil, mücərrəd ağıl icra etməyə əsaslanaraq ortaya atılan təkamül fikri, 18-ci əsr Avropasında yenidən əks-səda doğurmuşdur. Bütpərəst düşüncəsindəki təkamül fikri, "Böyük Yaranma Zənciri" olaraq adlandırılmış və təkamül nəzəriyyəsinin ilk qabaqcılları olan Benoit de Maillet, Pierre de Maupertuis, Comte de Buffon və Jean Baptiste Lamark kimi fransız elm adamları bu anlayışdan təsirlənmişlər. Buffon Histoire naturelle adlı kitabının dərhal əvvəlində, özünü "Böyük Yaranma Zənciri doktrinasının şərhçisi" olaraq xarakterizə edir.(8)

Buffondan Lamarka keçən təkamülçü anlayışı ondan da Çarlz Darvinə miras qalmışdır. Çarlz Darvinin babası olan Erasmus Darvin də bütpərəst inanclara sahib bir təkamlüçü idi. Yaratdığı səkkiz min km2-lik sahəsi olan botanik bağçada apardığı tədqiqatlarla Darvinizmə təməl təşkil edəcək məntiqləri meydana gətirmiş və bunları The Temple of Nature (Təbiət məbədi) və Zoonomia adlı kitablarında qeyd etmişdi. Erasmus Darvinin kitabına verdiyi ad, yəni "təbiət məbədi" anlayışı, həqiqətdə sahib olduğu bütpərəst inancın bir ifadəsi idi. Bu təbiətin yaradıcı bir gücə sahib olduğuna inanan keçmiş azğın bütpərəst inancların bir təkrarı idi.