Oxu müddəti: ~3 dəq.

Faşizmin Meydana Gəlməsi Və Neo-Bütpərəstlik Avropadakı bütpərəst mədəniyyətin xristianlıq tərəfindən basdırılmasına baxmayaraq yox olmamışdır. Müxtəlif Avropalı mütəfəkkirlər, Platon və ya Aristotel kimi qədim yunan mütəfəkkirlərinin kitablarından təsirlənərək bütpərəst aləmin anlayışlarını yenidən Avropaya daşımağa başlamışlar.
Neo-bütpərəstlik, yəni yeni-bütpərəstlik deyilə bilən bu cərəyan, çox uzun bir müddət nəticəsində getdikcə güclənmiş və 19-cu əsrdə də xristianlığa qarşı üstün gələrək Avropanı fikirlə təsiri altına almışdır. Bu uzun prosesi burada təfərrüatlı şəkildə qeyd etməsək də, bəzi əsas şeyləri ifadə etmək faydalı olar. Neo-bütpərəstliyin ilk qabaqcılları "Humanistlər" olaraq tanınan mütəfəkkirlərdir. Bu insanlar qədim yunan mənbələrindən təsirlənərək Platon, Aristotel kimi mütəfəkkirlərin bütpərəst fəlsəfələrini mənimsəmiş və yaymağa çalışmışlar.
"Humanizm" məfhumu ilə ifadə etdikləri inanc isə, Allahın varlığını və insanın Allah qarşısındakı məsuliyyətini görmək istəməyən, insanı öz başına üstün və uca bir varlıq kimi təsvir edən azğın bir fəlsəfədir. Humanizmin təsirləri 17-ci və 18-ci əsrdə ortaya çıxan İşıqlanma fəlsəfəsiylə daha geniş ölçülərə çatmışdır. İşıqlanma fəlsəfəçiləri qədim Yunanistanda meydana gəlmiş bir fəlsəfə olan materializmi mənimsəmiş və qızğın şəkildə müdafiə etmişlər (Materializm, Leucippus və Democritus kimi yunan mütəfəkkirləri tərəfindən ortaya atılan, hər şeyin maddədən ibarət olduğunu hesab edən bir xurafat fəlsəfəsidir).
Bütpərəstliyin yenidən ortaya çıxması, maarifçilik fəlsəfəsinin siyasi nəticəsi olaraq qəbul edilən fransız inqilabında çox diqqətə çarpan bir şəkildə ifadə edilmişdi. Fransız inqilabının qanlı "terror" dövrünə liderlik edən Yakobinlər, xristianlıq əvəzinə bütpərəstliyi mənimsəyir və xristianlığa olan nifrətləri də xeyli artırırdı. İnqilabın ən qızğın günlərində Yakobinlərin fəal təbliğatı nəticəsində geniş şəkildə "xristianlıqdan çıxma" hərəkatı baş verdi. Hətta bununla yanaşı xristianlıq əvəzinə bütpərəst simvollar əsasında yeni bir "ağıl dini" ortaya atıldı. İlk əlamətləri 14 iyul 1790-cı ildə Respublika bayramında görülən "inqilabçı ibadət" getdikcə yayılmağa başladı. Yakobinlərin əliqanlı lideri Robespierre, "inqilabçı ibadət"ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını sənəd halına gətirərək adını "Uca Varlıq İbadəti" adlandırmışdı. Bu hadisənin təəccüblü bir nəticəsi məşhur Notrdam kilsəsinin "ağıl məbədi"nə çevrilməsi idi. Kilsənin divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə "ağıl tanrısı" adlandırılan qadın heykəli, yəni bütpərəst bir büt yerləşdirilmişdi.

Bu bütpərəst meyl, inqilabçılar tərəfindən müxtəlif simvollarla da ifadə edilirdi. Fransız inqilabında inqilabçı gözətçilər tərəfindən geyinilən və bir çox illüstrasiyada inqilabın simvolu kimi istifadə edilən qırmızı başlıq, bütpərəst aləmindəki Mitra əfsanəsindən miras qalan bütpərəst bir emblemdi.(5)

Bütpərəst mədəniyyətinin bu şəkildə yenidən ortaya çıxması və Avropaya fikirlə hakim olmağa başlaması, bütpərəst aləminə aid bir sistem olan faşizmin də yenidən ortaya çıxmasına səbəb olurdu. Necə ki, Spartada tətbiq olunan faşist sistemin bir bənzəri, yəni nasist Almaniyası bu bütpərəst mədəniyyətə dözəcəkdi. Ancaq 18-ci əsrin sonunda baş verən fransız inqilabından 20-ci əsrin əvvəlindəki nasist Almaniyasına keçmək üçün bəzi əhəmiyyətli mədəni dəyişikliklər lazım idi. Bu dəyişikliklər 19-cu əsrdəki bəzi mütəfəkkirlər tərəfindən reallaşdırıldı. Bunların ən əhəmiyyətlisi Çarlz Darvin idi.
"Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür."
(Loğman surəsi, 30)
