Oxu müddəti: ~4 dəq.

Mutasiya özündə genetik məlumatları saxlayan və canlı orqanizmin hüceyrəsinin nüvəsində yerləşən DNT molekulunda radiasiya və kimyəvi təsirlər kimi xarici amillərin təsiri nəticəsində meydana gələn dəyişikliklərdir. Mutasiyalar DNT molekulunun özəyini təşkil edən nukleotidlərin yerlərini dəyişir və ya onları dağıdır. Əksər hallarda mutasiyalar hüceyrədə bərpası mümkün olmayan mənfi proseslərin səbəbi kimi çıxış edirlər. Buna görə də təkamülçülərin istifadə etməyə çalışdığı mutasiya heç də canlı orqanizmi təkmilləşdirən sehrli çubuq deyil. Açıq-aşkar görünür ki, mutasiya orqanizmə həmişə mənfi təsir göstərir. Mutasiya dəyişikliklərinin acı nəticələrini Xirosima və Naqasakinin bombalanması, Çernobıl AES-in partlayışı zamanı radioaktiv şüalanmaya məruz qalan insanlarda müşahidə etmək olar: minlərlə ölüm, şikəst olmuş, eybəcərləşmiş varlıqlar.
Səbəb çox sadədir: DNT molekulu çox yüksək səviyyədə nizamlı və komplekslidir və xırda təsadüfi dəyişikliklər ona ziyan vurur. Amerikalı genetik B.Ranqanatan bunu belə izah edir:
"Mutasiyalar cüzi, təsadüfi və çox zərərlidir. Onlar nadir hallarda baş verir və ən yaxşı halda zərərsizdirlər. Bu dörd xüsusiyyət göstərir ki, mutasiyalar təkamül dəyişikliklərinə gətirib çıxara bilməz. Orqanizmdə baş verən təsadüfi dəyişikliklər ona ya mənfi təsir göstərir, ya da nəticəsiz qalır. Məsələn, qol saatına vurulan nizamsız zərbələr onu təkmilləşdirmir. Onlar yəqin ki, ya saatı sındırar və ya da ən yaxşı halda saata zərər verməz. Zəlzələ heç vaxt şəhərə fayda gətirmir, ancaq onu dağıdır".16
Biz indiyədək müsbət mu tasiya nümunələri ilə rastlaşmamışıq. Əksinə, bütün mutasiyalar mənfi nəticələrə gətirib çıxarmışlar. Təkamülçü alim Uorren Uiv II dünya müharibəsində atom silahından istifadə nəticəsində meydana gələn mutasiyaların tədqiqi üçün yaradılmış atom radiasiyasının genetik nəticələrinin öyrənilməsi üzrə komitənin hazırladığı hesabatı belə şərh edir:
"Təkamül prosesinin bölünməz hissəsi sayılan çoxsaylı mutasiya proseslərinin mənfi təsiri ilə qarşılaşanlar dəhşətə və heyrətə gələcəklər. Axı necə ola bilər ki, növün təkmilləşməsi kimi müsbət təsir praktikada ancaq mənfi təsirə malik olan mutasiyanın nəticəsi ola bilər?"17
Təkamülçülərin müsbət mutasiya nəticələrini yaratmaq istiqamətindəki bütün səyləri uğursuzluqla nəticələndi. Təkamülçülər asanlıqla mutasiyaya məruz qalan və intensiv inkişaf edən drozofil milçəkləri üzərində on illər ərzində milyonlarla təcrübə apardılar. Amma bu təcrübələrdən heç biri istənilən faydalı mutasiyanı vermədi.
Təkamülçü-genetik Qordon Teylor bu faktla əlaqədar yazırdı: "Bütün dünyanın genetikləri təkamülün sübutu üçün altmış il milçəklər yetişdirdilər. Amma indiyə kimi nəinki yeni növ, hətta bir ferment də hasil olmayıb. Bu həqiqət neçə illərdir ki, nəzərdən kənar qalıb".18
Başqa tədqiqatçı Maykl Pitman isə milçəklər üzərindəki təcrübələrin uğursuzluğunu belə izah edir:
"Çoxlu sayda genetik dəfələrələ milçəkləri cürbəcür mutasiyalara məruz qoymuşlar. Nəticə nə oldu? Onlar nəticədə insan əldə edə bildilərmi? Təəssüf ki, yox. Genetiklərin əmələ gətirdikləri əcaib məxluqlardan ancaq bəziləri onların saxlandıqları qablardan kənarda yaşamağı davam etdirə bildilər. Mutasiyaya məruz qalan milçəklər ya həmin an ölür, ya şikəst, ya da ki, sonsuz olurdular".19


Mutasiyanın insan orqanizminə olan təsiri haqqında da eyni sözləri demək olar. İnsanlara təsir edən bütün mutasiya növləri zərərlidir. Tibbi ədəbiyyatda monqolizm, Daun sindromu, onkoloji xəstəliklər, albinizm, cırtdan boyluluq, əqli və fiziki pozuntuların başqa növləri mutasiya təsirlərinin nəticələri kimi xarakterizə olunur. Sözsüz ki, insanları şikəst edən proses "təkamül mexanizmi" adlana bilməz.
Mutasiyaların təkamülçülərin iddialarının doğruluğunu sübut edə bilməməsi səbəblərini üç əsas bənd üzrə göstərmək olar.
l) Mutasiya həmişə zərərlidir: mutasiya canlı orqanizmə kortəbii olaraq demək olar ki, həmişə ziyan vurur. Canlı orqanizmin möhkəm, yüksək nizamlı quruluşuna şüursuz müdaxilə onun dağılmasına gətirib çıxarır. Elm tarixində "müsbət mutasiyaların" heç bir nümunəsi müşahidə olunmayıb.
2) Mutasiya nəticəsində DNT molekuluna yeni məlumat əlavə oluna bilməz: DNT molekulunun daxilindəki genetik məlumata cavabdeh olan strukturlar mutasiya nəticəsində öz yerlərini dəyişir, xəsarət alır və ya sadəcə olaraq itirlər. Lakin mutasiya canlı orqanizmdə yeni üzv yaratmağa və ya yeni xüsusiyyətlərin əmələ gəlməsində vasitəçilik etməyə qadir deyil. O, ancaq anormal hadisələrin, məsələn, ayağın kürəkdə və yaxud qulağın qarın nahiyəsində bitməsinin səbəbi ola bilər.
3) Mutasiyanın yeni nəsillərə ötürülməsi üçün bu dəyişikliklərin məhz cinsi hüceyrələrdə baş verməsi vacibdir: başqa hüceyrə və orqanlarda baş verən müxtəlif mutasiya dəyişiklikləri növbəti nəsillərə keçmir. Məsələn, radiasiya və ya başqa amillərin nəticəsində mutasiyaya məruz qalan insanın gözü öz formasını dəyişə bilər, amma bu, sonrakı nəsillərə heç cür keçə bilməz.
Bir sözlə, canlı orqanizmlərin təkamülü mümkün deyil, çünki təbiətdə onu həyata keçirə bilən mexanizm yoxdur. Tapılan skelet qalıqlarının göstəricilərinə baxsaq, əmin olarıq ki, bu cür uydurulmuş ssenari heç vaxt mövcud olmamışdır.
