Həyatın Mənşəyi
AZEN

Təkamülün utopik mexanizmləri

Təbii Seçmə Kompleksliliyi İzah Edə Bilərmi?

Oxu müddəti: ~2 dəq.

Təbii seçmə mexanizmi təkamül nəzəriyyəsi üçün heç bir "irəliləyiş" gətirmədi. Çünki aydındır ki, bu mexanizm genetik məlumatı artırmaq və ya təkmilləşdirmək, bir növü o birisinə çevirmək iqtidarında deyil. Yəni dəniz ulduzunu balığa, balığı qurbağaya, qurbağanı timsaha, timsahı quşa çevirə bilməz.

Təkamül nəzəriyyəsinin qızğın tərəfdarlarından biri, "sıçrayışlı təkamül" nəzəriyyəsinin banisi Stefan Cey Qould təbii seçmə mexanizminin çıxılmaz vəziyyətdə olmasını belə ifadə edirdi:

"Darvinizmin məğzini bir cümlə ilə belə ifadə etmək olar: təbii seçmə təkamül dəyişikliklərinin aparıcı qüvvəsidir. Heç kim təbii seçmənin neqativ təsirini inkar etmir, təbii seçmə nəticəsində güclülərin və zəiflərin ayrılması baş verir. Lakin Darvinin nəzəriyyəsi "daha çox uyğunlaşanları əmələ gətirməyə" cəhd göstərir".13

Natural selection serves as a mechanism of eliminating weak individuals within a species. It is a conservative force which preserves the existing species from d
Natural selection serves as a mechanism of eliminating weak individuals within a species. It is a conservative force which preserves the existing species from degeneration. Beyond that, it has no capability of transforming one species to another

Təkamülçülərin səhvi ondadır ki, onlar bu mexanizmi şüurlu yaradıcı rolunda göstərməyə çalışır. Lakin təbii seçmə canlı orqanizmlər üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilən şüura malik deyil. Beləliklə, təbii seçmə mürəkkəb quruluşu olan sistem və orqanların mənşəyini aydınlaşdırmaq iqtidarında deyil. Bu sistem və orqanlar qarşılıqlı əlaqəli hissələrin birgə fəaliyyəti nəticəsində yaranır və bu orqanlardan ən azı birinin olmaması və ya qüsurlu olması onların funksiyasının pozulmasına gətirib çıxarır. Bu cür sistemlərə "sadələşdirilməyən komplekslilik" xasdır. Məsələn, insan gözünün quruluşu olduğundan sadə ola bilməz, çünki bu üzvün hansısa bir hissəsinin olmaması onun natamam fəaliyyət göstərməsi ilə nəticələnər.

Belə bir sistemi yaradan şüur uzağı görərək qarşısına ancaq mükəmməl formadan alına biləcək fayda üçün məqsəd qoymalı idi. Amma təbii seçmə şüura və qüvvəyə malik olmayan bir mexanizm olduğuna görə o, mütləq və mükəmməl quruluşun modelini hesablamağa qadir deyil. Bu dəlil təkamül nəzəriyyəsini kökündən sarsıdır ki, Darvin də elə bundan ehtiyat edirdi: "Əgər çoxsaylı ardıcıl kiçik dəyişikliklər nəticəsində kompleks orqanın yaranmasının qeyri-mümkünlüyü sübut olunarsa, mənim nəzəriyyəm iflasa uğrayacaq".14

Təbii seçmə yalnız ətraf mühitin şərtlərinə uyğungəlməyən zəif, şikəst və natamam canlıları seçib "ələyir". Lakin bu mexanizm yeni növlər, yeni orqanlar və yeni genetik informasiya yaratmağa, yəni inkişafa (təkamülə) gətirib çıxarmağa qadir deyil. "Əgər faydalı dəyişikliklər yoxdursa, onda təbii seçmə nəyisə dəyişdirməkdə gücsüzdür" deyən Darvin özü də yuxarıdakı fikirlə razılaşırdı.15 Neodarvinizm elə bununla əlaqədar olaraq təbii seçmə ilə yanaşı həm də mutasiya mexanizmini "müsbət dəyişikliklərin səbəbi" kimi təqdim etməyə məcbur oldu. Yeri gəlmişkən, mutasiyalar yalnız "mənfi dəyişikliklərin səbəbi" ola bilər.