Oxu müddəti: ~1 dəq.
Təbii seçmə mexanizmi bioloqlara növlərin bütövlüyünü pozmadan onların sabitliyini təmin edən təbii proses kimi hələ Darvinə qədər də məlum idi. Darvin bu prosesin təkmilləşdirici qüvvəsi haqqında fikri ilk dəfə irəli sürdü və öz nəzəriyyəsini bu iddianın üzərində qurdu. Darvinin ən əsas əsərinin adı onun öz nəzəriyyəsinin əsası kimi məhz təbii seçmə ideyasını götürdüyünü təsdiqləyir: "Növlərin təbii seçmə yolu ilə yaranması".
Lakin Darvinin dövründən bu günə kimi canlı orqanizmlərin təbii seçmə yolu ilə təkamülünü təsdiq edən heç bir nümunə və sübut müəyyən edilməmişdir. Tanınmış təkamülçü, İngiltərə Təbiət Tarixi Muzeyinin direktoru, paleontoloq Kolin Patterson bunu belə etiraf edir:
"Heç kim təbii seçmə mexanizminin köməyi ilə yeni növ hasil edə bilməmişdir. Hətta heç kim buna yaxınlaşa da bilməmişdir. Bu gün neodarvinizmin məhz bu problemi nəzəriyyənin ən mübahisəli məqamıdır".12
Təbii seçmə təbii-coğrafi şərtlərə daha çox uyğun gələn canlı orqanizmlərin sağ qalmasını və mövcud şəraitə uyğunlaşa bilməyənlərin yox olmasını nəzərdə tutur. Məsələn, yırtıcı heyvanın izlədiyi maral sürüsündən yalnız öz sürəti və cəldliyi ilə təhlükədən uzaqlaşa bilən fərdlər sağ qala bilərlər. Amma bu təbii seçmə prosesi nə qədər uzun müddət davam etsə də marallar başqa heyvan növünə çevrilə bilməz. Marallar maral olaraq qalacaqlar. Təkamülçülərin "təbii seçmə prosesinin müşahidələri" kimi təqdim etdiyi başqa süni nümunələrə nəzər salsaq, əmin olarıq ki, bunlar sadəcə olaraq fantaziyalardır.
