Həyatın Mənşəyi
AZEN

Fosillər təkamül nəzəriyyəsini təkzib edir: keçid formaları dalanı

Giriş

Oxu müddəti: ~3 dəq.

Təkamül nəzəriyyəsinə görə, bütün canlı orqanizmlər bir-birindən törəyiblər. Əvvəllər mövcud olmuş canlı orqanizmin bir növü vaxt keçdikcə başqa bir növə çevrilmişdi. Beləliklə, bütün növlər əmələ gəlmişlər. Həmin nəzəriyyəyə müvafiq olaraq bu çevrilmə bir neçə yüz milyon illər sürmüş və canlılar addım-addım inkişaf etmişdi

ringa balığı, balık
ringa balığı, fosil
deniz kestanesi, deniz canlıları
deniz kestanesi, fosil
sekoya yaprağı, yaprak
sekoya yaprağı, fosil
buğday biti, böcek
buğday biti, amber
güneş balığı, balık
güneş balığı, fosil
tavşan, sevimli canlılar
Living Fossils Fossils are proof that evolution never happened. As the fossil record shows, living things came into being in a single moment, with all the chara
Living Fossils Fossils are proof that evolution never happened. As the fossil record shows, living things came into being in a single moment, with all the characteristics they possess and never altered in the least for so long as the species survived. Fish have always existed as fish, insects as insects and reptiles as reptiles. There is no scientific validity to the claim that species develop gradually. Almighty Allah created all living things. Herring Sea Urchin Sequoia Leaf Veevil Sun Fish Juvenile Rabbit

Belə olan halda bu cür uzun sürən formalaşma prosesi nəticəsində ara keçid formaları əmələ gəlməli idi. Məsələn, özündə həm balıqların, həm də sürünənlərin keyfiyyətlərini daşıyan məxluqlar mövcud olmalı idi. Və yaxud quşların və sürünənlərin xüsusiyyətlərinə malik olan məxluqlar mövcud olmalı idi. Bu canlı varlıqlar keçid mərhələsində olduqlarına görə şikəst, qüsurlu, natamam və aşkar nöqsanlarla olmalı idilər. Təkamülçülər belə xəyali canlıların keçmiş zamanlarda mövcud olduğuna inanır və onları "ara keçid formaları" adlandırır.

Əgər belə canlılar keçmişdə həqiqətən də yaşamışdısa, bu halda onların sayı, növ tərkibi milyonlarla və hətta milyardlarla hesablanmalı idi. Çünki bu keçid formalarının sayı bu gün bizlərə məlum olan heyvan növlərinin sayından çox və dünyanın bütün qitələrində bu keçid formalarının qalıqları mövcud olmalı idi. Darvin "Növlərin mənşəyi" kitabında bunu belə izah edir:

"Əgər mənim nəzəriyyəm düzgündürsə, onda növləri bir-birinə bağlayan keçid formaları mütləq aşkar olunmalıdır. Onların mövcudluğunu yalnız qazıntı halında tapılan skelet qalıqları ilə sübut etmək olar"20

Ancaq bu sətirləri yazan Darvin belə qalıqların tapılmadığını bilir, bu isə onun nəzəriyyəsini çıxılmaz dalana salırdı. Buna görə də Darvin "Növlərin mənşəyi" kitabının "Nəzəriyyənin çətinlikləri" fəslində belə yazır:

"Əgər həqiqətən də növlər tədricən inkişaf edərək bir-birindən törəyibsə, onda biz saysız-hesabsız keçid formalarının qalıqlarına niyə rast gəlirik? Niyə təbiətdə hər şey xaos halında yox, öz yerindədir? Yerin çoxsaylı qatlarında saysız-hesabsız keçid formaları olmalıdır... Niyə hər geoloji qat və hər lay belə bir-birinə bağlanan ara keçid forma qalıqları ilə dolu deyil? Geologiya elmi mərhələli proses irəli sürə bilmədi, keçid formalarını aşkar edə bilmədi və ola bilər ki, bu, gələcəkdə mənim nəzəriyyəmə qarşı ən tutarlı dəlil olacaq".21

Bu vəziyyətdə Darvinin yeganə izahı həmin anda arxeoloji tapıntıların çatışmazlığı ilə bağlı idi. O, belə iddia edirdi ki, "keçid formalar qalıqların daha ətraflı öyrənilməsindən sonra mütləq tapılacaq".

Darvinin gələcəyi görmə qabiliyyətinə inanan təkamülçülər XIX əsrin ortalarında keçid formalarını tapmaq niyyəti ilə dünyanın bütün qitələrindəki heyvan qalıqlarını böyük həvəslə tədqiq edirdilər.

Lakin bütün axtarışlar boşa çıxdı. Qazıntı nəticəsində tapılan heyvan qalıqları təkamülçülərin gözlədiklərinin əksinə olaraq canlı orqanizmlərin nöqsansız, eyibsiz, qüsursuz və bir anda əmələ gəldiyini göstərirdi. Öz nəzəriyyələrini sübut etməyə çalışan təkamülçülər onu elə öz əlləri ilə də dağıtdılar.

Məhşur ingilis paleontoloqu Derek Aqer təkamülçü olsa da bu faktı belə etiraf edir:

"Bizim problemimiz bu məsələdən ibarətdir: heyvan qalıqlarının sinif və yaxud növ səviyyəsində aparılan müfəssəl araşdırılması zamanı biz daim eyni həqiqətlə üzləşir və Yer üzündə qrupların təkamül prosesi yolu ilə mərhələli şəkildə deyil, ani surətdə yarandığını görürük".22

Başqa təkamülçü paleontoloq Mark Çarneki isə bunu belə şərh edir:

"Skelet qalıqları təkamül nəzəriyyəsinin sübut olunmasına həmişə əngəl törədib. Onlar arasında Darvinin fərz etdiyi ara keçid formaları heç vaxt olmamışdır. Növlər ani surətdə əmələ gəlmiş və eləcə də ani surətdə yox olmuşlar. Bu gözlənilməz vəziyyət canlıların Allah tərəfindən yaradılması haqqında olan düşüncəyə dəstək olmuşdur".23

Bu arxeoloji "boşluqlar" gözəl günlərin birində gərəkli heyvan qalıqlarının mütləq tapılacağı haqqındakı təsəlli ilə də doldurula bilməz. Qlazqo Universitetinin paleontologiya professoru T.Corc bunun səbəbini belə izah edir:

Artıq heyvan skeleti qalıqları sahəsində olan təkamül boşluğunu dolduracaq bir izah vermək mümkün deyil, çünki bizdə olan tapıntılar çox zəngindir və deyəsən, yeni tədqiqatlar heç nəyi dəyişməyəcək".24