Həyatın Mənşəyi
AZEN

Fosillər təkamül nəzəriyyəsini təkzib edir: keçid formaları dalanı

Yer Üzündəki Bütün Canlı Orqanizmlər Bir Anda və Ən Mükəmməl Formada Əmələ Gəliblər

Oxu müddəti: ~4 dəq.

Yer qabığı qatlarını və skelet qalıqlarını tədqiq edərək bu nəticəyə gəlmək olar ki, yer üzündə bütün canlı aləm anidən meydana çıxıb. Kompleksli canlı məxluqların qalıqları tapılan yer qabığının ən dərin qatının yaşı 520-530 milyon il təşkil edir və "kembri" adlanır. Bu layda tapılan qalıqlar ilbizlər, trilobitlər, süngərlər, yastıcalar, dəniz ulduzları, üzən xərçəngkimilər və dəniz zanbaqları kimi mürəkkəb onurğasızlara məxsus idi. Bir fakt maraq doğurur ki, bir-birindən fərqlənən bütün bu növlər eyni vaxtda əmələ gəliblər və ondan törəyə biləcək ümumi əcdada malik deyillər. Ona görə də bu maraqlı hadisə geologiya elmində "kembri partlayışı" adlandırılır.

Bu qatda tapılan canlı orqanizmlər eyni zamanda müasir orqanizmlərdən heç nə ilə fərqlənməyən gözlər, qəlsəmələr və qan dövranı sistemi kimi kompleks fizioloji sistemlərə malikdir. Məsələn, arı pətəklərini xatırladan trilobitin ikilinzalı göz quruluşu inanılmayacaq dərəcədə böyük maraq doğurur.

Harvard, Roçester və Çikaqo universitetlərinin geologiya professoru Devid Raup belə deyir:

"Trilobit hazırkı zamanda yalnız istedadlı, zəkalı və yaxşı təhsil almış optika mühəndisinin yarada biləcəyi göz quruluşuna malikdir".25

Bu mürəkkəb onurğasızlar onlardan əvvəl yaşamış yeganə canlı orqanizmlər olan təkhüceyrəlilərlə bağlı deyillər və onlar birdən, keçid formaları olmadan orqanizmlərinin müasir quruluşu ilə əmələ gəliblər. Təkamülçülər arasında populyar olan "Earth Science" jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri heyrətləndirən "kembri partlayışı" haqqında belə məlumat verir:

"Heyvanların bu gün gördüyümüz kifayət qədər mürəkkəb forması ani surətdə əmələ gəlib. Bu vaxt təkamül partlayışının nəticəsində dəniz və qurunun mürəkkəb canlı orqanizmlərlə dolmasına, yəni kembri dövrünün əvvəllərinə təsadüf edir. Müasir onurğasızlar artıq kembri dövründə mövcud idilər və hazırki vaxtda olduğu kimi də bir-birindən fərqlənirdilər".26

Bəs necə oldu ki, ümumi əcdadı olmayan və bir-birindən fərqlənən bu qədər növ onurğasız Yer kürəsində birdən-birə meydana çıxdı? Təkamülçülər bu tipli suallara heç vaxt cavab verməyəcəklər. Təkamülün tərəfdarından biri, ingilis bioloqu Riçard Doukins dissertasiyasının mövzusunu əsaslı şəkildə təkzib etmiş bu faktla bağlı belə fikir söyləmişdir:

"Kembri təbəqəsi onurğasızların tapıldığı ən qədim qatdır. İlkin yaradılış görkəmində, kifayət qədər inkişaf etmiş, onlar sanki heç təkamül təsiri altına düşməmiş əmələ gəliblər və əsla dəyişməyiblər. Təbii ki, bu fakt canlıların yaradıldığını iddia edənləri, kreasinistləri çox sevindirmişdi".27

hallucigenia, diken
Interesting Spines One of the creatures that suddenly emerged in the Cambrian Age is Hallucigenia (above, left). This and many other Cambrian fossils have hard,
Interesting Spines One of the creatures that suddenly emerged in the Cambrian Age is Hallucigenia (above, left). This and many other Cambrian fossils have hard, sharp spines to protect them from attack. One thing that evolutionists cannot account for is how these creatures should have such an effective defense system when there were no predators around. The lack of predators makes it impossible to explain these spines in terms of natural selection.

Doukinsin də etiraf etdiyinə görə, kembri partlayışı Allah tərəfindən xəlq olunmanın aşkar sübutudur, çünki ümumi əcdadları olmayan canlı orqanizmlərin ani surətdə əmələ gəlməsi yalnız yaradılışla izah olunur. Təkamülçü-bioloq Duqlas Futuyma da bunu öz sözlərində təsdiq edir:

"Canlılar yer üzündə ya birdən mükəmməl formada əmələ gəliblər, ya da əvvəllər mövcud olmuş bəzi növlərdən təkamül yolu ilə törəyiblər. Əgər canlılar qüsursuz, nöqsansız, mükəmməl formada birdən əmələ gəliblərsə, onda onları yaradan Zəka mövcud olmalıdır".28

Çarlz Darvin yazır: "Əgər bir sinfə aid olan çoxsaylı növlər eyni vaxtda mövcud olubsa, bu hal təkamülün ümumi əcdaddan təbii seçmə yolu ilə həyata keçməsini iddia edən nəzəriyyə üçün öldürücü zərbə olar".29 Kembri dövrü Darvinin adını çəkdiyi həmin öldürücü zərbədir. Buna görə də kembri dövrü haqqında söhbət düşəndə İsveç təkamülçüsü Stefan Benqston keçid formalarının olmamasını etiraf edib deyir: "Darvini təəccübləndirib heyrətləndirən bu hadisə bizi də indiyədək heyrətləndirməkdə davam edir"30

Heyvanların daşlaşmış qalıqları göstərir ki, canlılar təkamülçülərin iddia etdiyi kimi, sadədən mürəkkəbə doğru inkişaf etməklə yox, bir anda mükəmməl formada əmələ gəlmişlər. Bir sözlə, canlı orqanizmlər təkamül etməmiş, yaranmışlar.