Oxu müddəti: ~4 dəq.
"Təkamül nəzəriyyəsi" deyiləndə indiyə qədər ağla gələn ilk şey neodarvinizm modelidir. Yalnız axırıncı onilliklərdə yeni model əmələ gəlib: "tarazlığın pozulması" yaxud "sıçrayışlı təkamül". 70-ci illərin əvvəllərində bu model böyük rezonans və dəstəklə Amerika paleontoloqları N.Eldric və S.C.Qould tərəfindən tətbiq edilirdi. Bu təkamülçü alimlər bilirdilər ki, arxeoloji qazıntılar baxımından neodarvinist nəzəriyyənin gücsüz olduğu acıq-aydın aşkar aşkar olunmuşdu. Paleontoloji araşdırmalar həyatın neodarvinistlərin iddia etdiyi kimi, mərhələli şəkildə əmələ gəldiyini təkzib edir və həyatın birdən-birə, özü də mükəmməl formada əmələ gəldiyini təsdiqləyirdilər.
Amma neodarvinistlər onlara nəzəriyyəsini sübut edəcək arxeoloji qazıntıların gözəl günlərin birində aşkar ediləcəyi ümidi ilə yaşamışdılar və indiyə qədər bu ümidlə yaşamaqda davam edirlər. Eldric və Qould bu ümidlərin utopiya olduğunu başa düşür, ancaq onu da bilirdilər ki, təkamül nəzəriyyəsindən əl çəkə bilməyəcəklər. Bu zaman onlar yeni bir model irəli sürdülər - "sıçrayışlı təkamül".11 Bu modelə görə, təkamül mərhələlərlə deyil, böyük və ani dəyişikliklərin nəticəsində baş vermişdir.










Əslində bu model açıq-aydın fantaziyanın məhsulu idi. Eldric və Qouldun elmi rəhbəri avropalı paleontoloq O.X.Şindevolf "sıçrayışlı təkamüldən" misal gətirərək iddia edirdi ki, ilk quş "qrossmutasiya" nəticəsində, yəni genetik quruluşda təsadüfən baş verən böyük dəyişikliklər nəticəsində sürünənlərdən əmələ gəlmişdir. Eyni modelin iddiasına görə, bəzi suda-quruda yaşayanlar keçirdikləri ani və əhatəli dəyişikliklərdən sonra nəhəng bir balinaya çevrilmişlər. Hamı tərəfindən qəbul olunan genetika, biofizika və biokimya qanunlarına zidd olan bu nəzəriyyəni elmi səviyyəsinə görə qurbağanın çevrilib şahzadə olması barədəki uşaq nağılı ilə müqayisə etmək olar. Ancaq bəzi təkamülçü-paleontoloqlar neodarvinizmin uğursuzluqları üzündən çətin vəziyyət qarşısında xilas olmaq axtarışı ilə daha cəfəng bir modeli irəli sürmüşlər
Yuxarıda dediyimiz kimi, bu modelin məqsədi neodarvinizmin heç çür açıqlaya bilmədiyi arxeoloji "boşluqları" doldurmaq idi. Ancaq məlumdur ki, bu boşluqları "quşların sürünənlərin yumurtalarından əmələ gəlməsi" kimi ağlasığmaz cəfəngiyyatlarla doldurmağa çalışmaq mənasızdır, belə ki, bir növün digər bir növə çevrilməsi çox böyük və faydalı dəyişikliklər tələb edir. Bunu da bilmək lazımdır ki, heç bir mutasiya genetik informasiyanı yaxşılaşdırmaq, təkmilləşdirmək və ya ona yeni məlumatlar əlavə edərək genetik zənciri uzatmaq iqtidarında deyil, təkamülçülər tərəfindən xəyal edilən "nəhəng mutasiya" isə neqativ nəticələrə və genetik informasiyada dəhşətli pozuntulara gətirib çıxarır.
Neodarvinizm kimi "sıçrayışlı təkamül" modeli də ilk mərhələdə məğlubiyyətə uğradı. Belə ki, bu nəzəriyyənin hər ikisi "ilk canlı hüceyrə necə əmələ gəlib" sualına cavab vermək iqtidarında deyil. Əgər hüceyrəni təşkil edən zülalın hətta bir molekulunun təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, milyardlarla hüceyrədən təşkil olunan canlı orqanizmin məruz qaldığı zənn edilən "sıçrayışlı" və ya "mərhələli" təkamüldən danışmağın hər hansı bir əhəmiyyəti və mənası varmı?
Təkamül nəzəriyyəsi dünyasında neodarvinizm modeli hələ də qüvvədə olan bir model kimi tanınır. Növbəti bölmələrdə biz əvvəlcə neodarvinistlərin iddia etdikləri iki mexanizmi müfəssəl şəkildə təhlil edəcək, sonra isə arxeoloji tədqiqatların nəticələrini diqqətinizə çatdıracağıq. Bununla yanaşı siz "sıçrayışlı təkamül"ün və buna bənzər modellərin, həmçinin neodarvinizmin uydurulmuş və utopik iddialarının qeyri-mümkünlüyünü görməyə kömək edəcək fundamental elmin gətirdiyi faktlarla, habelə təkamülçü modelləri alt-üst edən ilk canlı orqanizmin yaranma problemləri ilə tanış olacaqsınız.
Qeyd etmək yerinə düşərdi ki, hər bir misalda biz əmin olacağıq ki, təkamül nəzəriyyəsi bir damla da olsa həqiqəti ifadə etməyən açıq bir yalandır. İnsanların düşüncəsini idarə etmək üçün 140 ildir istifadə olunan bu ssenarini müdafiə etmək mənasıdır, belə ki, elmin əlində Yerdə həyatın yaranması həqiqətləri ilə bağlı inkaredilməz faktlar var.
