Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin qısa tarixi

Darvinin Təxəyyülünün Gücü

Oxu müddəti: ~4 dəq.

Charles Darwin
Charles Darwin

Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən şəxs ingilis həvəskar təbiətşünası Çarlz Robert Darvin olmuşdur.

Darvin biologiyanı heç vaxt peşəkar səviyyədə öyrənməmişdi. O, heyvanlara və təbiətə yalnız həvəskar səviyyədə maraq göstərirdi. Darvin bu marağın nəticəsi olaraq 1832-ci ildə könüllü olaraq "Biql" tədqiqat gəmisinin ekspedisiya heyətinə yazıldı. Bu gəmi Böyük Britaniya hökuməti tərəfindən təchiz edilmiş və 5 il ərzində dünyanın müxtəlif yerlərində üzmüşdü. O, səyahət zamanı gördüyü canlı aləmin müxtəlifliyindən bərk təsirlənmişdi. Ən çox isə Qalapaqoss adalarında yaşayan alacəhrə quşunun müxtəlif növlərini öyrənməyə maraq göstərmişdi. Quş növlərinin belə müxtəlifliyini görən Darvin zənn edirdi ki, bu quşların dimdik quruluşlarının müxtəlifliyi ətraf mühitdən asılıdır. Darvin bütün bunlardan belə qənaətə gəldi ki, iddia edildiyi kimi, canlı orqanizmlər Ali Yaradan tərəfindən ayrı-ayrılıqda yaradılmamış, guya yeganə əcdaddan törəmiş və təbiət şərtlərindən asılı olaraq sonradan növlərə ayrılmışlar.

Darvinin bu hipotezası heç bir elmi izaha və ya təcrübəyə əsaslanmırdı. Bu hipoteza bir nəzəriyyə kimi ancaq o dövrün məşhur materialist bioloqlarının dəstəyi ilə möhkəmləndi. Bu nəzəriyyəyə görə, Yerdə mövcud olan bütün canlı orqanizmlər bir əcdaddan əmələ gəlmiş və uzun müddət ərzində kiçik dəyişikliklərə məruz qalmışlar. Bu dəyişikliklər zaman keçdikcə toplanmış və beləliklə də canlı orqanizmlər bir-birindən fərqlənməyə başlamışlar. Təbii şərtlərə müvəffəqiyyətlə uyğunlaşan canlı varlıqların növləri öz xüsusiyyətlərini növbəti nəsillərə ötürmüşlər. Beləliklə, zaman keçdikcə ən faydalı dəyişikliklər yeni əmələ gəlmiş fərdləri öz əcdadlarından tamamilə fərqlənən canlı orqanizmlərə çevirmişdir. "Faydalı dəyişikliklər" deyiləndə nəyin nəzərdə tutulduğu hələ də naməlum qalır. Darvinə görə, insan bu mexanizmin ən inkişaf etmiş məhsuludur. Bu mexanizmi öz xəyalında canlandıran Darvin onu "təbii seçmə yolu ilə təkamül" adlandırmışdı. Bu vaxtdan başlayaraq o, "növlərin əmələ gəlməsinin" köklərini tapdığına əmin oldu: "bir növün əsası başqa növdür". O bu ideyalarını 1859-cu ildə "Növlərin təbii seçmə yolu ilə yaranması" adlı kitabında açıqlamışdı.

Ancaq Darvin başa düşürdü ki, onun nəzəriyyəsində bir çox həll olunmamış və ziddiyyətli problemlər var. Adıçəkilən əsərdə bütöv bir fəsil bu çətinliklərə həsr olunmuş və Darvin bunu "Nəzəriyyənin qarşılaşdığı çətinliklər" ("Difficulties of theory") adlandırmışdı. Bu çətinliklərdən canlı orqanizmlərin təsadüfən əmələ gəlməsi mümkün olmayan kompleks quruluşları, (məsələn, gözün quruluşu), nəzəriyyəni dəstəkləyən arxeoloji qazıntıların olmaması və heyvanlardakı instinkt göstərilə bilər. Darvin ümüd edirdi ki, bu çətinliklər elmin inkişafı ilə, yeni kəşflər nəticəsində aradan qaldırılacaq. Darvin onların bəzilərinə isə tam olmayan izahlar verirdi.

Amerika fiziki Lipson Ç.Darvinin bu "çətinliklərini" belə şərh etmişdi: ""Növlərin mənşəyi" kitabını ilk dəfə oxuduğum zaman mən Darvinin özünə çox güvənmədiyini və özünə çox əmin olmadığını gördüm. Məsələn, "Nəzəriyyənin qarşılaşdığı çətinliklər" bölümü açıq bir inamsızlıq doğurur. Bir fizik kimi mən onun gözün meydana gəlməsi haqqındaki fikirlərinə təəccübləndim". 8

Ancaq Darvini gözləyən ən böyük çətinlik onda idi ki, o, elmin inkişafı ilə bu problemlərin nə vaxtsa həll olunmasına ümüd edirdi, amma bunun əksinə olaraq elm inkişaf etdikcə nəzəriyyənin problemləri artır və onlar həllolunmaz hala gəlirdi.

Darvin öz nəzəriyyəsini təkmilləşdirərkən özündən əvvəl yaşamış fransız bioloqu Lamarkın güclü təsiri altında olmuşdu. Lamarkın fikrincə, canlı orqanizmlər ömürləri boyu əldə etdikləri xüsusiyyətləri nəsildən-nəsilə ötürür və bu yolla təkmilləşirlər. Məsələn, zürafələr ceyrana oxşayan heyvan növündən əmələ gəlmişlər, onların boynu hündür ağaclardan yarpaq yemək məqsədilə dartındıqları üçün uzanmışdır. Darvin canlı orqanizmlərin təkamül mexanizmlərini izah etmək üçün Lamarkın "əldə olunmuş xüsusiyyətlərin sonrakı nəslə öldürülməsi" tezisinə müraciət etmişdi.

Darvin öz kitabı haqqındakı rəyləri diqqətlə izlədiyi zaman Avstraliya botaniki Qreqor Mendel 1865-ci ildə irsiyyət qanununu kəşf etdi. Ancaq elm dünyası Mendelin kəşfinə əsrin sonuna qədər lazımi diqqəti göstərmədi. Mendelin təcrübəsi yalnız 1900-cü ilin əvvəlində genetika elminin yaranması ilə aktuallaşdı. Elə həmin illərdə genlərin və xromosomların quruluşu araşdırılmışdı. 1950-ci ildə hər bir canlı fərdin xüsusiyyətlərinin genetik informasiyasını özündə cəmləşdirən DNT molekulunun kəşfi nəzəriyyəni böyük böyük böhrana gətirdi. Belə ki, canlı orqanizmlərin quruluşunun Darvinin və XIX əsrin təkamülçü alimlərinin iddia etdiyindən daha mürəkkəb olması ortaya çıxdı. Təkamül nəzəriyyəsi mexanizminin qeyri-qənaətbəxş olması daha da aydın oldu

Beləliklə, Darvinin yalnız şəxsi qənaətlərə əsaslanan, bütünlüklə əsassız olan bu nəzəriyyəsi tarixin tozlu rəflərinə atılmalı idi. Ancaq bəzi dairələr nəzəriyyənin yeniləşdirilməsinin vacibliyi fikrində israr edir və nəyin bahasına olursa-olsun nəzəriyyəni elmi platformasını yaratmağa çalışırdılar. Ancaq bu, aydın idi ki, bütün bu cəhətlər elmi həqiqəti tapmaqdan çox ideoloji məqsəd güdürdü.