Oxu müddəti: ~2 dəq.

Darvin nəzəriyyəsi XX əsrin birinci yarısında genetikanın kəşf və faktları qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Darvin ideyalarına sadiq olacağına qəti qərar verən bir qrup alim 1941-ci ildə ABŞ Geoloqları Assosiasiyasının təşkil etdiyi qurultaya toplandı. Qurultayın işində genetiklər Q.L.Stebbins və T.Dobjanski, zooloqlar E.Mayr və C.Haksli, paleontoloqlar C.Q.Simpson və Q.L.Cepsen iştirak edirdilər. Alimlər uzunmüddətli mübahisələrdən sonra darvinizmə yeni "yamaq" vurmaq qərarına gəldilər
Həmin alimlər Lamarkın tezisinə əsaslanaraq öz nəzəriyyəsinin əsasını qoyan Darvinin cavab verə bilmədiyi "canlı orqanizmləri təkmilləşdirən faydalı dəyişikliklərin qaynağı nədir" sualına belə bir cavab verməyi qərara aldılar: "Təsadüfi mutasiya". Onlar Darvinin "təbii seçmə" tezisinə "mutasiya" anlayışını əlavə edərək özlərinin yeni nəzəriyyəsini "Müasir sintetik təkamül nəzəriyyəsi" adlandırdılar. Bu yeni nəzəriyyə qısa bir müddətdə "neodarvinizm", nəzəriyyənin baniləri isə "neodarvinistlər" kimi tanınmağa başladı.
Növbəti onilliklər neodarvinizmin tezislərini sübut etmək üçün ümidsiz cəhdlər dövrü oldu. Məlum idi ki, mutasiyalar, yəni radiasiya kimi xarici təsirlərin nəticəsində canlı orqanizmlərin genetik kodunda əmələ gələn dəyişiklik və pozulmalar hər zaman ən neqativ nəticələrə gətirib çıxarır. Buna baxmayaraq neodarvinistlər "faydalı mutasiya" nümunəsini əldə etmək üçün minlərlə təcrübə aparmağa davam edirdilər. Bütün bu cəhdlər iflasa uğrayırdı. Eyni zamanda neodarvinistlər sübut etməyə çalışırdılar ki, canlı orqanizmlər primitiv yer şərtlərində həqiqətən təsadüfən əmələ gəlmişlər, necə ki, təkamül nəzəriyyəsi bunu iddia edir. Ancaq eyni sarsıdıcı məğlubiyyət onları bu sahədə də gözləyirdi. Yerin ilkin atmosferini təqlid etmək yolunun köməyi ilə canlı orqanizmlər əldə etmək məqsədi güdən təcrübələr uğursuzluqla nəticələndi. Həyatın təsadüfən əmələ gəlmə imkanlarının ehtimali hesablamaları göstərir ki, hətta canlı orqanizmin əsası olan zülal atomları belə təsadüfən əmələ gələ bilməzlər. Müasir laboratoriya şəraitində əldə edilə bilməyən canlı hüceyrəsinin təsadüfən yaranması heç mümkün deyil, xüsusilə ilkin yer şəraitində
Bundan əlavə, arxeoloji qazıntıların nəticələri neodarvinizm nəzəriyyəsinə növbəti ağır zərbəni vurdu. Uzunmüddətli arxeoloji qazıntıların gedişində tapılan qalıqlar arasında "saysız keçid formalarından" heç biri aşkar olunmadı. Darvinin zənninə görə, bu keçid formaları yerin dərinliklərində olmalı və canlıların sadədən mürəkkəbə doğru mərhələli inkişafı haqqındakı təkamülçü fikri sübut etməli idi. Aparılmış müqayisəli anatomik tədqiqatlar həmçinin göstərdi ki, təkamül yolunu keçdiyi qəbul olunan canlı orqanizmlər tamamilə fərqli anatomik xüsusiyyətlərə malikdir və onlar heç cür bir əcdaddan törəyə və ya onun davamı ola bilməzlər.
Ancaq neodarvinizm elmi nəzəriyyə deyil, ideoloji ehkamdır, bir növ inancdır. Neodarvinizmin banilərindən biri olan Yulian Haksli 1958-ci ildə nəşr edilmiş "Vəhysiz din" ("Religion without revelation") kitabında bu haqda açıq şəkildə bəyan etmişdi. Y.Haksli digər məqalədə "təkamül nəzəriyyəsi niyə din hesab olunur" sualına belə cavab vermişdi
"Din bütün dünyanın əsasını tamamilə əhatə edən nöqteyi-nəzərdir. Bu nöqteyi-nəzərdən təkamül Allah tərəfindən yerinə yetirildiyi hesab edilən funksiyanı öz üzərinə götürə bilər, yəni o, insanın ümid və inamını istiqamətləndirən güclü prinsip ola bilər"..10
Məhz bu səbəbdən təkamül nəzəriyyəsi tərəfdarları öz tezislərini bu nəzəriyyənin əsassızlığına və elmlə ziddiyyət təşkil etməsinə baxmayaraq inadla müdafiə edirlər. Onların təsəvvüründə təkamül vazkeçilməz bir inancdır. Onların baxışları ancaq bir nöqtədə - təkamül prosesinin gerçəkləşmə modelləri məsələsində ayrılır. Bu modellər arasında ən bariz nümunə isə "sıçrayışlı təkamül" kimi məşhur olan fantastik ssenari idi.



