Oxu müddəti: ~2 dəq.
TYaranma həqiqətini danan bu ehkamçı təkamül ideyasının kökləri dərin keçmişə gedir. Qədim yunan ateist filosoflarının bir çoxu Yerdə həyatın yaranmasını təkamülçü baxışlarla əsaslandırırdı. Fəlsəfə tarixinə nəzər saldığımız zaman biz təkamülçü ideyaların ateist dünyagörüşünün varlığı üçün zəmin təşkil etdiyini görərik.
Müasir fundamental elmin inkişafında əsas rolu antik ateist fəlsəfə deyil, Yaradana inam böyük rol oynayır. Müasir dövrün bir çox məşhur alimləri dərin inama sahib insanlar olmuş, elm onlar üçün sadəcə Ali Yaradanan Sonsuz Müdrikliyinə çatmaq və yaxınlaşmaq imkanı olmuşdur. Bəşəriyyətin böyük alimi Leonardo da Vinçi, fundamental astronomiyanın baniləri Nikolay Kopernik, İohann Keppler, Qalileo Qaliley, paleontologiyanın əsasını qoyan Yorj Küvye, botanika və zoologiya elminin əsasını qoyan Karl Linney, "bəşəriyyət tarixinin ən məşhur alimi" kimi tanınan İsaak Nyuton dərin inama sahib insanlar olmuş və Kainatdakı bütün canlıların Ali Yaradan tərəfindən yaradıldığına inanaraq öz həyatlarını elmə sərf etmişdilər.5 XX əsrin ən böyük alimi kimi qəbul olunan Albert Eynşteyn səmimi bir inam sahibi idi. O, alimin missiyasının nədən ibarət olması sualına belə cavab vermişdi: "Mən qəlbində möhkəm inamı olmayan alimi təsəvvür edə bilmirəm. Bunu belə də ifadə etmək olar: Allaha inama əsaslanmayan elmə inanmaq qeyri-mümkündür".6
Məhşur alman fiziki, müasir fundamental fizikanın əsasını qoymuş Maks Plank isə belə demişdi: "Tədqiqat sahəsindən asılı olmayaraq elmlə ciddi məşğul olan hər kəs elm məbədinin qapısında belə bir hökm görə bilər: "İman et, bu inam elə bir məfhumdur ki, bundan heç bir alim imtina edə bilməz". 7
Təkamül nəzəriyyəsi isə sadəcə XIX əsrdə geniş yayılan və qədim keçmişin "dirilən" materialist fəlsəfəsidir. Materializm Yerdəki həyatın mənbəyini maddi şərtlərlə izah edərək yaradılış həqiqətini inkar edir. Materializm fəlsəfəsi iddia edir ki, Yer üzündə mövcud olan canlı və cansız hər nə varsa təsadüfi rastlaşmalar silsiləsi nəticəsində öz-özünə əmələ gəlmiş və sonradan müəyyən qayda-qanun əldə etmişlər. Halbuki insan ağlı öz ətrafında qayda-qanunu görərkən məntiqi olaraq bu böyük nizamı, sistemi və planlı quruluşu Yaradan kimsənin mövcud olması haqqında qənaətə gəlir. Sağlam məntiqə və ağıla zidd olan materialist fəlsəfə XIX əsrin ortalarında "təkamül nəzəriyyəsini" meydana gətirdi.
