Həyatın Mənşəyi
AZEN

Fosillər necə əmələ gəlir və bizə nə deyir?

Geoloji Dövrlər və Paleontologiya

Oxu müddəti: ~11 dəq.

18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində dəmiryolu və tunel inşaatı zamanı yer qabığı haqqında əsas məlumatlar əldə edildi. Məsələn, tunel inşa edən ingilis Uilyam Smit (William Smith) inşaat zamanı Somersetdə yerin altından çıxan Yura dövrünə (206-144 milyon il) aid süxurların bənzərinin Şimal dənizi sahillərində olduğunu da gördü. Ölkənin bir ucundan digərinə qədər topladığı süxur və fosil nümunələri ilə İngiltərənin ilk geoloji xəritəsini tərtib etdi. Habelə əlindəki süxur nümunələrinə əsaslanaraq bəzi bölgələrdə geoloji yeraltı xəritələr də çəkdi. Bu xəritələrin müasir geologiya elminin inkişafında və yer üzünün geoloji dövrlər cədvəlinin tərtib edilməsində böyük rolu oldu. Xəritələrdəki məlumatlar sayəsində süxurların üstü bitki örtüyü ilə örtülü olsa belə, altda hansı təbəqənin yerləşdiyi, tərkibində nələr olduğu (dəmir filizi, kömür və s.) bilinirdi.

Bütün bu məlumatların əldə edilməsində fosillər əhəmiyyətli rol oynamışdı. Bu gün hələ də istifadə edilən Kembriyəqədərki (Arxey və Proterozoy eraları) dövrdən IV dövrə qədər geoloji dövr cədvəli fosil yataqlarının və süxur quruluşlarının işarə etdiyi məlumatlardan istifadə edilərək hazırlanmışdır. Süxurlar üzərində aparılan tədqiqatlar nəticəsində yer üzünün hansı dövrlərdə hansı mərhələlərdən keçdiyi müəyyən edilmiş, süxurlardakı fosillər sayəsində isə müxtəlif dövrlərdə yaşayan canlılar haqqında məlumat əldə edilmişdir. Bu iki məlumat birləşdirilərək cədvəl tərtib olunmuşdur. Bu cədvələ görə, yer qabığının tarixi eonlara, eonlar eralara, eralar da dövrlərə bölünür.

1. Prekembri (Kembriyəqədərki) tarixi (4,6 milyard – 543 milyon il)

Kembriyəqədərki tarix yerin tarixinin ən qədim və ən uzun mərhələsi hesab edilir. Bu uzun tarix də eralara bölünür. 4,6–3,8 milyard illik mərhələ Hadey eonu adlandırılır. Bu, yer qabığının təzəcə formalaşdığı dövrdür. Kriptozoy eonu 3,8 milyard il – 543 milyon illər arasını əhatə edir. Fosil qeydlərində bu dövrlərə aid birhüceyrəli və çoxhüceyrəli mikroorqanizmlərin müxtəlif izləri var.

2. Fanerozoy eonu (543 milyon il əvvəldən dövrümüzə qədər)

“Fanerozoy” sözünün hərfi mənası görünən və ya aşkar həyat deməkdir. Fanerozoy eonu 3 eraya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy.

2A. PALEOZOY ERASI (543 – 251 milyon il)

Təqribən 300 milyon il davam edən Paleozoy Fanerozoy eonunun ilk və ən uzun erasıdır. Paleozoy erasında iqlim, əsasən, rütubətli və mülayim idi. Vaxtaşırı buzlaşma mərhələləri olmuşdur.

Paleozoy erası Kembri, Ordovik, Silur, Devon, Daş kömür və Perm olmaqla 5 dövrə bölünür.

Kembri dövrü (543 – 490 milyon il)

Ordovik dövrünün canlılarını göstərən bir şəkil.
Ordovik dövrünün canlılarını göstərən bir şəkil.

Kembri dövrü dövrümüzdə yaşayan əsas canlı tiplərinin, hətta nəsli kəsilmiş bir çox canlıların ani surətdə üzə çıxdığı geoloji dövrün adıdır. (Tip canlıların təsnifatında aləmdən sonra gələn ən böyük kateqoriyadır. Tiplər canlıların orqanlarının və toxumalarının sayı və müxtəlifliyi, bədən simmetriyası və digər daxili quruluş formalarına görə müəyyən edilir. Dövrümüzdə 35 tip müəyyən edilib. Kembri dövründə isə 50-yə yaxın canlı tipi yaşamışdır.) Kembri dövründə canlı tiplərinin ortaya çıxması o qədər ani olub ki, elm adamları bunu “Kembri partlayışı” adlandırıblar. Təkamülçü paleontoloq Stiven Cey Quld (Stephen Jay Gould) bu hadisəni həyat tarixindəki ən nəzərə çarpan və təəccüblü hadisə adlandırmış, təkamülçü zooloq Tomas S.Rey (Thomas S.Ray) çoxhüceyrəlilərin mənşəyinin həyatın başlanğıcı qədər qeyri-adi olduğunu yazmışdır.

Paleontologiya elminin Kembri partlayışı haqqında verdiyi məlumatlara baxdıqda bu məlumatların açıq-aşkar yaradılışı sübut etdiyini, təkamül nəzəriyyəsini isə təkzib etdiyini görürük. Çünki Kembriyəqədərki dövr, əsasən, birhüceyrəlilərin, nadir hallarda da əsas nəzərə çarpan xüsusiyyətləri və göz, ayaq kimi kompleks orqanları olmayan çoxhüceyrəli canlıların yaşadığı dövrdür. Odur ki, Kembri canlılarının fantastik təkamül prosesini göstərən bir dəlil və ya bu canlıların əcdadı kimi heç bir fosil göstərilə bilmir. Birhüceyrəlilərin yaşadığı bu mühitdə birdən-birə kompleks xüsusiyyətləri ilə heyranedici canlı müxtəlifliyi meydana çıxır. Bu partlayışla bir-birindən nəzərə çarpan xüsusiyyətləri ilə fərqlənən canlılar ortaya çıxmışdır. Bu vəziyyət Kembriyəqədərki dövrdə yaşamış canlılar və Kembridə yaşamış canlılar arasında həm nəsil əlaqəsi cəhətdən, həm də komplekslik cəhətdən dərin boşluqlar meydana gətirmişdir. Bu boşluqlar o qədər diqqətçəkəndir ki, canlı tipləri arasında davamlılıq göstərmək istəyən təkamülçülər bu canlılar arasında nəzəri cəhətdən belə qohumluq əlaqələri qura bilmirlər.

Ordovician Period

Kembri dövrü canlılar tarixinin ilk anından etibarən çox fərqli canlıların olduqca kompleks quruluşları ilə ani surətdə ortaya çıxdığını göstərir ki, bu, yaradılışa işarə edir. Canlıların mükəmməl quruluşlarının mənşəyi Allahın yaratmasıdır. Bu mükəmməl canlılar təsadüfən, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi natamam, yarımçıq, qeyri-funksional mərhələlərlə deyil, qüsursuz şəkildə fosil qeydlərində üzə çıxırlar.

Ordovik dövrü (490 – 443 milyon il)

Bu dövrdə çoxlu sayda müxtəlif onurğasız dəniz canlıları yaşamışdır. Fosil qeydləri Ordovik dövründə zəngin dəniz heyvanları fəsilələrinin olduğunu göstərir. Bu dövrə aid quru bitkilərinin fosilləri də var. Ordovik dövründə baş verən qlobal iqlim dəyişiklikləri bəzi növlərin nəslinin kəsilməsi ilə nəticələnmişdir. Ordovik dövründə baş verən buzlaşmanın səbəb olduğu bu hadisə “Ordovik nəsilkəsilmələri” adlanır.

Ordovik dövründə yaşayan canlıların bəzilərinin dövrümüzdə hələ də nəsli davam edir. Bu canlılardan biri qılıncquyruq xərçəngdir. 450 milyon illik qılıncquyruq xərçəng fosili bu canlıların dövrümüzdən təqribən yarım milyard il əvvəl də eyni xüsusiyyətlərə və kompleks quruluşa malik olduğunu göstərir.

Nyufaundlend adasındakı bu qayalıqlar Kembri dövrü ilə Ordovik dövrü arasındakı keçidi göstərən dağılmamış sahələrdən biridir. 450 milyon illik qılıncquyruq fos
Nyufaundlend adasındakı bu qayalıqlar Kembri dövrü ilə Ordovik dövrü arasındakı keçidi göstərən dağılmamış sahələrdən biridir. 450 milyon illik qılıncquyruq fosili. Bu fosilin şəkildə görünən, dövrümüzdə yaşayan nümunəsindən heç bir fərqi yoxdur.

Silur dövrü (443 – 417 milyon il)

Temperaturun artması ilə buzlaqların əridiyi və bəzi qitələrin su altında qaldığı bu dövrə aid külli miqdarda quru bitkisi fosili var. Bundan əlavə, Silur dövrünə aid dəniz laləsi kimi dərisitikanlıların, dəniz əqrəbləri kimi buğumayaqlıların, çənəsiz balıqlar və zirehli balıqlar kimi bəzi balıq növlərinin, habelə bəzi hörümçək növlərinin müxtəlif fosilləri var. Ən qədim və qüsursuz dəniz hörümçəyi fosili də Silur dövrünə (425 milyon il) aiddir və canlıların milyon illərdir dəyişilmədən qaldığını sübut edir. Bu faktlar darvinistlərin ssenarilərinin əksinə, canlıların heç bir dövrdə təkamül keçirmədiyinin dəlilidir.

Silur dövründə yaşamış dəniz lalələri.
Silur dövründə yaşamış dəniz lalələri.

Devon dövrü (417 – 354 milyon il)

Bu dövrə aid saysız-hesabsız balıq fosili var. Devon dövründə də kütləvi məhvolma baş vermiş və bəzi növlərin nəsli kəsilmişdir. Bu kütləvi məhvolma mərcan riflərinə təsir etmiş, stromatoporoidlər (rif əmələ gətirən mərcan növləri) rifləri tamamilə məhv olmuşdur.

Devon dövründə yaşamış minlərlə balıq fosilinin dövrümüzdə yaşayan bir çox balıq növlərindən heç bir fərqi yoxdur. Bu isə yüz milyon illərdir canlıların dəyişilmədiyini, mərhələli təkamül prosesinin baş vermədiyini sübut edir.

Daş kömür dövrü (354 – 290 milyon il)

355-295 milyon illik hörümçək fosili.
355-295 milyon illik hörümçək fosili.

Daş kömür dövrü alt və üst Daş kömür dövrlərinə bölünür. Qitə toqquşmaları nəticəsində quru ərazilərin yüksəlib-alçalması və qütb buzlaqlarından asılı olaraq dənizlərin yüksəlib-alçalması bu dövrdə yer üzünü və canlıların həyatını formalaşdıran mühüm hadisələrdir. Daş kömür dövrünə aid çoxlu sayda quru və dəniz canlısı fosili var. Bu fosillərin ən məşhuru selakant (coelacanthus) fosilidir. Uzun illər boyu darvinistlər tərəfindən keçid forma kimi təqdim edilən və daha sonra bu iddialarının doğru olmadığı elə selakant tərəfindən sübut edilən bu canlı dövrümüzdə hələ də yaşayır. Milyon illərdir heç bir dəyişikliyə məruz qalmayıb və əsla təkamül keçirməyib. Selakant darvinistlərin təkamülü dəstəkləyən keçid fosili iddialarının əksinə, təkamülü tamamilə təkzib edən yaşayan fosil nümunəsidir. Təkamülü təkzib edən milyonlarla yaşayan fosil nümunəsi var. Təkamülçülərin keçid fosili kimi təqdim etdikləri selakantın yaşayan fosil kimi ortaya çıxması onlara böyük zərbə olmuşdur.

Müasir dövrdə dənizlərdə yaşayan selakant. 410 MİLYON İLLİK selakant fosili.
Müasir dövrdə dənizlərdə yaşayan selakant. 410 MİLYON İLLİK selakant fosili.

Perm dövrü (290 – 248 milyon il)

Paleozoy erasının son dövrü olan Permin sonunda da böyük kütləvi məhv olma baş vermişdir. Bu kütləvi məhv olma Paleozoy dövrünün də sonu olmuşdur. Fosil qeydləri bu böyük məhv olma zamanı canlı növlərinin 90-95%-inin nəslinin kəsildiyini göstərir. Buna baxmayaraq, Perm dövründən dövrümüzə qədər nəsli davam edən canlılar da var. İynəcə, hörümçək kimi Perm dövrü canlılarının fosil nümunələri heç bir dövrdə təkamülün baş vermədiyini sübut edir.

2B. MEZOZOY ERASI (248 – 65 milyon il)

Mezozoy erası Trias, Yura və Tabaşir dövrlərinə bölünür. Dinozavrlar Mezozoy erasında yaşamış və məhv olmuşlar.

Trias dövrü (248 – 206 milyon il)

Trias dövrü ilə Mezozoy adlanan yeni era başlayır. Trias dövründə yaşayan canlılara aid dünyanın hər tərəfindən çoxlu sayda fosil əldə edilmişdir. Fosil qeydləri bu dövrdə həm quru, həm də dəniz canlılarının böyük müxtəlifliyə malik olduğunu göstərir. Digər dövrlərdə olduğu kimi, bu dövrə aid, təkamülçülərin olmasını umduğu bircə dənə də keçid fosili yoxdur.

Trias dövrünün fosilləri üzərində tədqiqat aparan alimlər. Trias dövrü bitkilərinə aid ən məşhur tapıntılardan biri də Arizonada tapılan daşlaşmış fosil meşəsid
Trias dövrünün fosilləri üzərində tədqiqat aparan alimlər. Trias dövrü bitkilərinə aid ən məşhur tapıntılardan biri də Arizonada tapılan daşlaşmış fosil meşəsidir. Çili araukariyası kimi tanınan ağaclardan meydana gələn bu meşə bitkilərin təkamül keçirmədiyinin sübutlarından biridir. 248-206 milyon il əvvəl yaşayan bu ağacların dövrümüzdəki nümunələrindən fərqi yoxdur.

Yura dövrü (206 – 144 milyon il)

Mezozoy erasının bu dövrü dinozavrların sayca və növ baxımından çox olduğu dövrdür. Yura dövrünün sonunda ammonitlərin, dəniz sürünənlərinin, ikitaylı molyuska və istridyə növlərinin bəzilərinin nəsli kəsilib.

Yura dövründən bəri dəyişilmədən, təkamül keçirmədən nəsillərini davam etdirən bir çox canlılar var. Fosil qeydləri bu canlıların nümunələri ilə doludur. Məsələn, ən qədim timsah fosillərindən birinin təqribən 200 milyon il yaşı var. Hatteriya kərtənkələsinin də 200 milyon il əvvələ aid fosil nümunələri var. Krevetlərin Yura dövrünə aid çoxlu fosilləri var. Bu canlıların dövrümüzdəki mükəmməl sistem və kompleks quruluşları milyon illər əvvəl də eyni idi.

150 milyon illik iynəcə fosili dövrümüzün iynəcələri ilə eynidir.
150 milyon illik iynəcə fosili dövrümüzün iynəcələri ilə eynidir.
206-144 milyon il əvvələ aid krevet fosili. Dövrümüzün dənizlərində yaşayan krevetlərdən heç bir fərqi yoxdur.
206-144 milyon il əvvələ aid krevet fosili. Dövrümüzün dənizlərində yaşayan krevetlərdən heç bir fərqi yoxdur.

Tabaşir dövrü (144 – 65 milyon il)

Mezozoy erasının son dövrü olan Tabaşir dövrü dinozavrların nəslinin kəsildiyi dövr kimi tanınır. Dinozavrlarla yanaşı, bir çox quruda yaşayan sürünən və bitki növləri də bu dövrdə məhv olmuşdur.

Digər tərəfdən, bu dövrdə yaşayan dəniz ulduzları, yengəclər, bəzi balıq növləri, su əqrəbləri, hörümçəklər, iynəcələr, su tısbağaları, timsahlar kimi bir çox heyvan növləri və müxtəlif bitkilər dövrümüzə qədər nəslini davam etdirmişdir. 135 milyon illik dəniz ulduzu fosili, 140 milyon illik qılıncquyruq fosili, 125 milyon illik ginkqo yarpağı fosili kimi fosil nümunələri bu həqiqəti sübut edən dəlillərdəndir. Milyon illər keçməsinə baxmayaraq, eyni kompleks sistemlərə malik olan bu canlılar darvinistlərin təbiət tarixinə dair iddialarını təkzib edir.

2C. KAYNOZOY ERASI (65 milyon il – dövrümüz)

56–35 milyon illik bu timsah fosili Almaniyada tapılmışdır.
56–35 milyon illik bu timsah fosili Almaniyada tapılmışdır.

Tabaşir dövrünün sona çatması ilə dövrümüzə qədərki zamanı əhatə edən Kaynozoy erası başlayır. Geoloq və paleontoloqlar yaxın dövrə qədər Kaynozoy erasını iki alt hissəyə bölüblər: III dövr və IV dövr. III dövr 65 milyon il əvvəldən 1,8 milyon il əvvələ qədərki zamanı əhatə edir. IV dövr isə son 1,8 milyon illik dövrü əhatə edir. Yaxın zamanda isə Kaynozoy erası 3 dövrə bölünərək tədqiq olunmağa başladı. Yeni sistemə görə, Kaynozoy erasının 3 dövrü bunlardır: Paleogen, Neogen və IV dövr.

144-65 milyon illik balıq və yarasa fosili. Fransada tapılmışdır.
144-65 milyon illik balıq və yarasa fosili. Fransada tapılmışdır.

Eynilə digər dövrlərdə olduğu kimi, Kaynozoy erasına da xeyli fosil aiddir. Bu fosil nümunələri canlıların bir ortaq əcdaddan törədiyini iddia edən təkamül nəzəriyyəsini təkzib edir.

Bütün bu geoloji dövrlərə aid əldə edilən fosil nümunələrinin ən əsas xüsusiyyətlərindən biri canlıların geoloji dövrlər boyu dəyişilməməsidir. Başqa sözlə, bir canlı növü fosil qeydlərində necə üzə çıxıbsa, nəsli kəsilənə qədər və ya dövrümüzə qədər on milyon, hətta yüz milyon illər boyu heç bir dəyişikliyə məruz qalmamış, quruluşunu qoruyub saxlamışdır. Bu, canlıların təkamül keçirmədiyinin açıq-aydın dəlilidir.

Canlılar tarixi təkamül nəzəriyyəsini qəti şəkildə təkzib edir. Bir-birindən tamamilə fərqli canlı növlərini yoxdan yaradan, yer üzünü canlılar üçün əlverişli edən üstün güc və sonsuz elm sahibi uca Allahdır.

Fosillərə ən çox haralarda rast gəlinir?

Fosillər Yer kürəsinin, demək olar ki, hər yerində var. Bəzi süxur növlərində heç bir fosilə rast gəlinmir, bəzilərində çoxlu sayda fosil olur. Geoloqlar süxurları 3 növə bölürlər:

◉ Maqmatik süxurlar

◉ Çökmə süxurlar

◉ Metamorfik süxurlar

Dünyanın məlum olan ən qədim qayaları Qrenlandiyadadır. Bu qayalar 3,9-3,8 milyard yaşındadır. Qayaların yaşı radioaktiv izlərin müşahidə edilməsi yolu ilə də m
Dünyanın məlum olan ən qədim qayaları Qrenlandiyadadır. Bu qayalar 3,9-3,8 milyard yaşındadır. Qayaların yaşı radioaktiv izlərin müşahidə edilməsi yolu ilə də müəyyən edilir.

Maqmatik süxurlar yer üzünün dərinliklərində yerləşən və ya vulkanla yer üzünə çıxan lavaların və ərimiş maddələrin soyuması ilə əmələ gələn qranit və ya bazalt tipli süxurlardır. Çökmə süxurlar qum, allüvium və s. suda həll olmuş maddələrin üst-üstə yığılması ilə əmələ gəlir. Metamorfik süxurlar isə yer üzünün alt təbəqələrindəki yüksək temperatur və təzyiq altında quruluşu dəyişikliyə məruz qalan maqmatik və ya çökmə süxurlardır.

Əsasən, maqmatik süxurlarda fosilə rast gəlinmir. Bu süxurlarda olan nadir nümunələr isə bitki və ya heyvanların lava ilə örtülməsi ilə meydana gəlir. Metamorfik süxurları meydana gətirən yüksək temperatur və təzyiq altında da çox az canlı fosilləşir, fosilləşənlər isə ciddi zədələnmiş və ya deformasiyaya məruz qalmış olur. Fosillərin, demək olar ki, hamısı çökmə süxurlarda və ya çöküntülərdə tapılır.

Çökmə süxurların, demək olar ki, hamısı külək və ya su ilə daşınan maddələrdən və ya digər süxurların aşınmasından meydana gəlir. Kömür kimi bəzi süxur növləri də bitki və heyvan qalıqlarından əmələ gəlir. Kiçik qırıntılardan və dənəciklərdən ibarət çökmə süxurlar qırıntı mənşəli çökmə süxurlar adlanır. Qumdaşı, şist qırıntı mənşəli çökmə süxurlara nümunədir. Əgər maddələr suda həll olubsa, kimyəvi mənşəli çökmə süxurlar və ya buxarlanma nəticəsində qırıntısız çökmə süxurlar əmələ gəlir. Əhəngdaşı və dolomit qırıntısız çökmə süxurdur. Əsasən, çökmə süxurlar qırıntı mənşəli və qırıntısız süxurların qarışığından ibarət olur. Fosillər isə ən çox şistlərdə, qumdaşında və kalsium-karbonatdan əmələ gələn əhəngdaşında tapılır.