Həyatın Mənşəyi
AZEN

Fosillər necə əmələ gəlir və bizə nə deyir?

Fosillərin göstərdiyi həqiqət: yaradılış

Oxu müddəti: ~4 dəq.

Çarlz Darvin
Çarlz Darvin

Bu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:

◉ Sabitlik. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmamışdır. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (quruluşca) dəyişiklik, əsasən, məhduddur və müəyyən istiqaməti yoxdur.

◉ Ani surətdə üzə çıxma. Hər hansı bölgədə bir növ əcdadlarından mərhələli dəyişikliyə məruz qalaraq ortaya çıxmır, bir anda və “tamamilə formalaşmış” şəkildə üzə çıxır.

Yuxarıdakı iki maddə bunu göstərir: hər hansı təkamül prosesi və keçid mərhələsi keçməyən canlılar yaradılıblar. Xüsusiyyətlərini sonradan qazanmamış, yaradıldıqları gündən etibarən bu xüsusiyyətlərə malik olublar.

sincap

Fosil qeydlərinin təkamül nəzəriyyəsini təkzib etməsi Darvinin də bildiyi, ancaq təkamülçülərin qəbul etmək istəmədiyi həqiqətdir. Darvin fosil qeydlərini təkamül nəzəriyyəsi ilə açıqlamağın qeyri-mümkün olduğunu “Növlərin mənşəyi” kitabında “Nəzəriyyənin çətinlikləri” başlığı altında etiraf etmişdir:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəmişsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış növlər vardır? ... Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Charles Darwin, “The Origin of Species”, 1-ci nəşr, səh. 171, 280)

Trias dövründən (248-206 milyon il) bəri quruluşlarında heç bir dəyişiklik olmamış bir çox bitki növü vardır. Bunlardan biri də ginqko ağacıdır. Şəkildə görünən
Trias dövründən (248-206 milyon il) bəri quruluşlarında heç bir dəyişiklik olmamış bir çox bitki növü vardır. Bunlardan biri də ginqko ağacıdır. Şəkildə görünən fosil isə Yura dövrünə (206-144 milyon il) aiddir. Dövrümüzdə yaşayan ginkqo ağacının budağı

Keçid forma fosillərinin olmamasına qarşı Darvinin 140 il əvvəl gətirdiyi “keçid formalar hazırda yoxdur, ancaq yeni tədqiqatlarda tapıla bilər” arqumenti isə bu gün artıq qüvvədə deyil. Dövrümüzdəki paleontoloji faktlar fosil qeydlərinin çox zəngin olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi əsasında 250 min fərqli canlı növü müəyyən edilmişdir. Bu növlər hal-hazırda yaşayan təqribən 1,5 milyon növə çox bənzəyir. Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir keçid forma tapılmayıb, yeni qazıntılarda da keçid formalar tapılmır.

Fosil qeydlərində təkamülçülər üçün dəlil olan heç bir keçid forma yoxdur, əksinə, təkamül nəzəriyyəsini təkzib edən milyonlarla nümunə var. Bunlardan ən mühümü yaşayan fosillərdir. Dövrümüzdə canlı nümunələri olan, fosil qeydlərində isə müxtəlif geoloji dövrlərdə yaşadığı görünən və “yaşayan fosillər” deyə adlandırılan bu fosillər təkamülsüzlük dəlilləridir. Yüz milyon illər əvvəl yaşamış canlıların fosilləri ilə dövrümüzdəki nümunələri arasında heç bir fərq yoxdur. Darvinistlər bu vəziyyət qarşısında çarəsizdirlər.

Təkamülçü Nils Eldric (Niles Eldredge) yaşayan fosillərlə bağlı darvinistlərin heç bir açıqlaması olmadığını belə etiraf edir:

“Yaşayan canlı ilə uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında -müqayisə edəcəyimiz hər hansı qalıqda- demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül sabitliyinin ən konkret nümunələridir... Yaşayan fosillərin sirrini tam aça bilməmişik”. (Niles Eldredge, “Fossils”, 1991, səh. 101, 108)

Şəkildə görünən ilbiz növünün məlum olan ən qədim fosil nümunələri Yura dövrünə (206-144 milyon il) aiddir. Bu növün daxil olduğu sinfin ilk nümunələri isə Kemb
Şəkildə görünən ilbiz növünün məlum olan ən qədim fosil nümunələri Yura dövrünə (206-144 milyon il) aiddir. Bu növün daxil olduğu sinfin ilk nümunələri isə Kembri dövründən (543-490 milyon il) etibarən varlıqlarını davam etdirir. Yüz milyonlarla ildir eyni qalan ilbizlər təkamülün yanlış olduğunu göstərir. 54-37 milyon illik arı fosili.

Nils Eldricin açmağa çalışdığı sirr, əslində, aşkar həqiqətdir. Yaşayan fosillər canlıların təkamül keçirmədiyini, yaradıldığını sübut edir. Ancaq darvinistlər ideologiyalarına görə bu həqiqəti görmək istəmir, 150 il əvvəlki doqmalarına dəstək vermək üçün müqavimət göstərirlər. Halbuki indi həqiqətlər Darvinin dövründən daha çox göz qarşısındadır. Həqiqətləri görən və həqiqətə inanmağı seçən insanların sayı artır, nağıllara inanıb bunları sorğu-sual etmədən qəbul edən insanların sayı isə azalır. Həqiqətlər artıq Darvinin dövründəki kimi gizlədilə bilmir. Genetika, mikrobiologiya, paleontologiya, geologiya və digər elm sahələri Darvinin və onun tərəfdarlarının istəmədiyi, bəlkə də, heç gözləmədiyi həqiqəti aşkar etmişdir. Bu həqiqət yaradılış həqiqətidir.

SAXTA Fosil qeydlərində bütün canlılar həmişə ən mükəmməl halı ilə və tam şəkildə mövcuddurlar. Məsələn, timsahların və sincabların ilkin vaxtlarına aid yer üzü
SAXTA Fosil qeydlərində bütün canlılar həmişə ən mükəmməl halı ilə və tam şəkildə mövcuddurlar. Məsələn, timsahların və sincabların ilkin vaxtlarına aid yer üzü təbəqələrində bir az timsahı xatırladan, bir az sincaba bənzəyən, lakin bir tərəfdən də başqa canlılara aid yarım xüsusiyyətlər daşıyan, qəribə canlıların fosilləri qətiyyən yoxdur. Sincablar həmişə sincab, timsahlar həmişə timsah olaraq mövcud olublar. Bütün bu həqiqətlər bizə göstərir ki, təkamül nəzəriyyəsinin milyonlarla il ərzində mərhələ-mərhələ inkişaf edən canlılar iddiası tamamilə xəyal məhsuludur.

Darvinistlərin ortaya atdığı ağılsız, elmdənkənar iddialar, cəmiyyəti aldatmaq üçün etdikləri saxtakarlıqlar, insanları istiqamətləndirmək üçün istifadə etdikləri təbliğat üsulları ümidsiz çırpınışlarını göstərir. Gələcək nəsillər insanların bir vaxtlar darvinizm nağılına necə inandığını heyrətlə qarşılayacaq. Çünki bütün elmi kəşflər təkamülün heç vaxt baş vermədiyini, kainatı və bütün canlıları Allahın yaratdığını göstərir.

Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkkə qapılıb əylənirlər. (Duxan surəsi, 7-9)

tigers, parrots, gazelles, birds, animals