Oxu müddəti: ~1 dəq.
Eynilə canlılar aləmi kimi fosillər də aləm adı altında qruplar şəklində tədqiq olunur. Fosillər 19-cu əsrdə bitkilər və heyvanlar olmaqla iki əsas qrupda toplanırdı. Sonrakı tədqiqatlar və əldə edilən fosillər göbələklər və bakteriyalar kimi canlıların da daxil olduğu qrupları meydana gətirdi. 1963-cü ildə tərtib olunan fosil cədvəlinə əsasən, fosillər 5 aləmə bölünərək tədqiq edilməyə başlandı:
- Animalia – heyvanlar aləmi fosilləri - ən qədim nümunələri 600 milyon ildir.
- Plantae – bitkilər aləmi fosilləri - ən qədim nümunələri 500 milyon ildir.
- Monera – nüvəsiz bakteriya hüceyrəsi fosilləri - ən qədim nümunələri 3,9 milyard ildir.
- İbtidailər – birhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 1,7 milyard ildir.
- Göbələklər – çoxhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 550 milyon ildir.
