Oxu müddəti: ~5 dəq.

SOSİAL DARVİNİZMİN irqçiliyə, faşizmə və imperializmə (və digər tərəfdən də kommunizmə) verdiyi dırnaqarası elmi dəstək, ümumiyyətlə, məlum olan və çox yazılan bir mövzudur. Çox bilinməyən həqiqət isə Çarlz Darvin də daxil olmaqla, bir çox darvinistin qadınların həm bioloji, həm də əqli cəhətdən kişilərdən geridə olduqları yalanına inanmasıdır. Darvinistlərin kişilərlə qadınların arasında mövcud olduğunu iddia etdikləri əqli fərq o qədər əhəmiyyətli ölçüdədir ki, bəzi təkamülçülər qadın və kişini iki fərqli fiziki növə ayırmışlar; onlara görə, kişilər Homo frontalis, qadınlar isə Homo parietalisdir.137
Darvinin qadınları özünə görə aşağı növ olaraq təyin etməsinin səbəbi təbii seleksiyaya əsaslanan dünyagörüşünə sahib olmasıdır. Darvinistlərin həmin bu elmdən və ağıldan xaric fikrinə görə, kişilər qadınlara nisbətən döyüşmək, yoldaş tapmaq, yemək və geyim əldə etmək üçün rəqabət aparmaq kimi mövzularda seçimə daha çox uğrayırlar; qadınlar isə tarix boyu bu cür seçimlərdən uzaq qalmışlar. Bu elmi dayağı olmayan mənfəətə görə, təbii seleksiya kişilərin üzərində böyük güc tətbiq etdiyi üçün kişilər hər sahədə daha üstün mövqeyə gəlmişlər, qadınlara görə daha çox təkmilləşmişlər. Növbəti səhifələrdə haqqında danışacağımız kimi, Darvinin bu mənfəəti elmi tapıntılara əsaslanmır, tamamilə təkamülçü ön mühakimələrin nəticəsində xəyali olaraq ortaya atılmışdır.
Bir çox tədqiqatçı Darvinin təbii seleksiya haqqındakı görüşlərinin cinsiyyət ayrı-seçkiliyini təşviq etdiyini ortaya qoyur. Məsələn, tarix və fəlsəfə professoru Evellin Riçards “Darvinin qadınların təbiəti haqqındakı görüşlərinin təkamül nəzəriyyəsinə də əks olunduğu və bu səbəbdən nəsillər boyu (sözdə) elmi qadın ayrı-seçkiliyini bəslədiyi” nəticəsinə gəlmişdir.138 Təkamülçü elmi yazıçı İleyn Morqan isə Darvinin biologiya, etnologiya və digər bəzi elm sahələrindən istifadə etməklə kişiləri qadınların aşağı və dəyişə bilməz şəkildə ikinci sinif olduqlarını düşünmələri üçün təşviq etdiyini ifadə edir.139
Təkamülçü elm adamı C.R.Durantın ifadə etdiyi kimi, irqi və cinsi ayrı-seçkilik təkamül nəzəriyyəsinin müəyyən nəticələrindən ikisidir:
Darvin fikrini heyvan və insanların görünüşləri ilə əlaqədar bəzi müşahidələrə əsaslandırdı. Kiçik beyin və qavrayışı olan, daha qüvvətli qolları ilə məntiqdən çox instinktə malik həyat sürən vəhşilər təbiət və insan arasında orta mövqeyə yerləşdirilmişlər. Daha sonra Darvin bu sıralamanı uşaqları və doğuşdan əqli zəifləri və eyni zamanda, qadınları da daxil etmək məqsədi ilə genişləndirmişdir. Darvin qadınların hiss, sürətli qəbul etmə və bəlkə təqlid kimi güclərinin aşağı irqlərin, dolayısilə, qədim və aşağı mədəniyyət səviyyəsinə malik insanların xüsusiyyətlərinə bənzər olduğunu düşünürdü.140
Durantın bəhs etdiyi Darvinin yalanları “İnsanın törəməsi” adlı kitabında belə keçir:
Ümumiyyətlə, qadınlarda hiss, sürətli qavrayış və bəlkə təqlid gücü kimi xüsusiyyətlərin kişilərə nisbətən daha diqqəti cəlb edən olduğunu etiraf etmək olar. Ancaq bu qabiliyyətlərdən (heç olmasa) bəziləri aşağı irqlərə və bu səbəbdən də qədim və aşağı mədəniyyət səviyyəsinə aid xüsusiyyətlərdir.141
Darvinin qadınlar və evlilik haqqındakı ümumi düşüncələri də düşünüldüyündə qadınları ikinci sinif varlıqlar kimi gördüyü və onları kiçik hesab etdiyi açıq şəkildə görünür. Darvin bu elmdən kənar fikrini nəzəriyyəsinə də əks etdirmişdi. Evliliyin niyə faydalı olduğunu özünə görə belə açıqlayırdı:
Uşaqlar, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynamağa bir nəfər… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanan bir adam. Musiqidən, havadan və sudan söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir.142
Qısası, Darvin evliliyi “bir qadının yoldaşlığı necə də olsa, bir itin yoldaşlığından daha yaxşıdır” məntiqi ilə lazımlı görürdü. Darvin evliliklə əlaqədar ifadələrində bütün həyatını birlikdə keçirən iki insanın arasındakı dostluq, sevgi, hörmət, bağlılıq, sədaqət, yaxınlıq, səmimiyyət və güvən kimi xüsusiyyətlərdən heç danışmırdı. Bundan başqa, Darvin evlilik haqqında bunları da deyirdi:
Vaxt itkisi; axşamlar oxuya bilməzsən, köklük və tənbəllik, narahatlıq və məsuliyyət, kitablar və s. üçün daha az pul ayırmaq, əgər çox uşağınız varsa, dolanışıq çətinliyi… Bəlkə yoldaşım Londonu sevmədi, onda key və tənbəl bir axmaqla birlikdə sürgün həyatı yaşayıb cəzalanmış olaram.143
İnsanların heyvanlardan əsaslı fərqinin olmadığını, xüsusilə qadınların və uşaqların heyvanlara daha yaxın varlıq olduğunu zənn edən bir insan üçün belə ağıl və vicdandan uzaq ifadələr son dərəcə təbiidir. Yoldaşını və uşaqlarını aşağı növ kimi görən insan, əlbəttə ki, onlara sevgi, hörmət göstərməz, onlar üçün fədakarlıq etmək və onlara qarşı hər hansı bir gözəlliyin olmasını istəməz, mənfəətinə uyğun olmadığı müddət boyu onlarla maraqlanmaz. Əslində, Darvinin ifadələri darvinist əxlaqda insan sevgisinin, yaxınlıq və dostluğun yaşana bilməyəcəyini bir daha göstərir.
Darvin özünə görə kişilərin qadınlardan daha üstün olduqları iddiasını isə belə ifadə etmişdi:
İki cinsin əqli cəhətdən fərqlərini kişilərin dərin düşünmə, məntiq, təxəyyül və ya yalnız duyğu və əllərdən istifadəni tələb edən hər işdə qadınlardan daha yüksək mövqelərə çatmaları göstərir. Şeir, şəkil, heykəltəraşlıq, musiqi, tarix, elm və fəlsəfə mövzularında öndə gələn qadın və kişilərin siyahısı hazırlansaydı, iki siyahını müqayisə etmək mümkün olmazdı. Bay Qaltonun “Hereditary genius” (İrsi dahi) adlı kitabında çox gözəl ifadə etdiyi kimi, əgər kişilər bir çox mövzuda qadınlar üzərində mübahisəsiz şəkildə üstünlüyə sahibdirlərsə, onda kişilərin orta hesabla zehin gücünün qadınlara nisbətən yüksək olması lazımlığının nəticəsini orta hesablardan kənarlaşma qanunundan çıxara bilərik.144
Şübhəsiz, Darvin bu yanlışlığı önə sürərkən heç bir elmi sübuta əsaslanmırdı. Darvinin qadınlar haqqındakı bu cür və ön mühakiməli iddiaları sürətlə öz dövründəki elm adamları arasında yayıldı.
Cenevrə Universitetində təbiət tarixi professoru olan materialist Karl Foqt Darvinin gəldiyi bütün nəticələri (heç bir elmi qiymətləndirməyə qoymadan) qəbul edir və uşaq, qadın və qoca ağ dərilinin yetkin bir zənci ilə eyni zehni xüsusiyyətlərə və şəxsiyyətə sahib olduğunu, dolayısilə, onların aşağı sinifdən olduqlarını iddia edirdi.145 Foqt daha da irəli getmiş və qadınların kişilərdən çox aşağı heyvanlara yaxın olduğu yalanını önə çəkmişdi. Foqtun səhv düşüncələrinə görə, qadın təkamülü erkən dayandığı üçün inkişafı əngəllənmiş adam idi.146 Foqtun bir başqa səhv iddiasına görə, mədəniyyət irəlilədikcə qadınla kişi arasındakı uçurum daha da böyüyürdü. Məsələn, Avropanın öndə gələn cəmiyyətlərində bu fərq daha böyük idi.147 Darvin Foqtun hədyanlarından olduqca təsirlənmişdi və onu ən əhəmiyyətli tərəfdarlarından hesab etdiyinə görə qürur hissi duyurdu.148
Tarixin bir çox dövründə və Darvinin yaşadığı dövrdə (cəmiyyətlərin cəhaləti və geri qalmışlığı səbəbi ilə) qadınların müxtəlif sahələrdə arxa planda saxlandığı və bunun böyük nisbətdə reallaşdığı doğrudur. Ancaq bu, tamamilə yerli mədəniyyətdən, cəmiyyətin və ətrafın təsirindən qaynaqlanan vəziyyətdir. Darvin və tərəfdarlarının iddia etdikləri kimi, əsla bioloji yöndən geridə qalma deyil. Allah qadını və kişini bərabər yaratmışdır. Kişinin qadından üstün olduğunu iddia edib qadınlara bu yolla təzyiq göstərməklə, onlara qarşı ikinci sinif insan davranışı göstərmək din əxlaqının yaşanmadığı cəmiyyətlərə xas vəhşilikdir. Dövrümüzdə bərabər fürsətlər verildiyində qadınların da kişilər qədər müvəffəqiyyətli, ağıllı və qabiliyyətli olduqları bilinir və bunun saysız nümunəsi vardır.
İstinadlar
- http://www.mihr.com/mihr/osm/sistem/ilim.htm
- Jerry Bergman, “The History of Evolution’s Teaching of Women’s Inferiority”, http://www.rae.org/women.html; Bir çox elmi jurnal və qəzetdə 400-dən çox məqaləsi dərc olunan, 20 kitabın müəllifi olan və darvinizmi tənqid edən fəaliyyətləri ilə tanınan Cerri Berqman “The History of Evolution’s Teaching of Women’s Inferiority” adlı məqaləsində Darvinin və onun çağdaşı olan təkamülçülərin qadınlara baxış bucaqlarını incələmiş və onların qadınları alçaldan ifadələrindən bəzilərini bir yerə yığaraq Darvinin və darvinizmin naməlum bir cəhətini təəccübləndirici dəlillərlə ortaya qoymuşdur. ↩
- Evelleen Richards, “Will the Real Charles Darwin Please Stand Up?”, New Scientist, (Dec. 22/29 1983): 887 ↩
- EIaine Morgan, The Descent of Woman, New York: Stein and Day, 1972, s.1 ↩
- John R. Durant, “The Ascent of Nature in Darwin’s Descent of Man” in The Darwinian Heritage, Ed. by David Kohn, (Princeton, NJ: Princeton University Press, 1985), s.295 ↩
- Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.326 ↩
- Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233 ↩
- Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233 ↩
- Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.564 ↩
- Carl Vogt, Lectures on Man: His Place in Creation, and the History of Earth, edited by James Hunt, London: Paternoster Row, Longman, Green, Longman, and Roberts, 1864, xv, 192 ↩
- Stephanie A. Shields, “Functionalism, Darwinism, and the Psychology of Women; A Study in Social Myth,” American Psychologist, no. 1 (1975): 749 ↩
- Evelleen Richards, “Darwin and the Descent of Women,” in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 75 ↩
- Evelleen Richards, “Darwin and the Descent of Women,” in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 74 49 ↩
