Həyatın Mənşəyi

Qadınları alçaldan nəzəriyyə

Kəllə ölçülərinə əsaslanan cinsi ayrı-seçkilik

Oxu müddəti: ~3 dəq.

Bəzi təkamülçü elm adamları qadınların daha aşağı olduqlarını göstərmək üçün özlərinə görə qadınların beyin həcmlərinin daha kiçik olduğunu sübut etməyə çalışdılar. Əvvəlcə, qadınların kəllə ölçülərini götürmək kimi son dərəcə alçaldıcı və məntiq xarici üsullara əl atdılar. Beyin nə qədər böyük olarsa, zəkanın da o qədər inkişaf etdiyini zənn etdikləri üçün (bunun elmi baxımdan əsaslı müqayisə olmadığı bu gün dəqiq olaraq məlumdur), kəllələri müqayisə etməklə qadınların aşağı olduqlarını sübut edəcəklərini iddia etdilər. Bu, əslində, Darvinin kitabında bildirdiyi elmdən kənar üsullardan biriydi:

Fərqli zehni qabiliyyətlər mərhələli şəkildə öz-özlərinə inkişaf etdikdə beyinin böyüməsi demək olar ki, qətidir… İnsan beyninin vücuduna görə böyük nisbəti (eyni nisbət qorilla və oranqutanla müqayisə edildiyində) insanın inkişaf etmiş zehni gücləri ilə yaxından əlaqəlidir… İnsan beyninin böyüklüyü ilə zehni qabiliyyətlərin inkişafı arasında (vəhşilərin və mədəni irqlərin, qədim və indiki insanların kəllələrin müqayisə edilməsi və bütün onurğalı ardıcıllığının bənzərlikləri ilə dəstəklənən) bir növ yaxın əlaqə vardır.149

Darvinin dövründəki ibtidai elmi şərtlərdə önə sürdüyü iddiasına görə, kəllə ölçüləri və beyin həcmlərinə görə görülən işlərin nəticələri təkamül nəzəriyyəsini dəstəkləyən bilgilər ortaya qoyacaqdı. Necə ki, elmi bilik və araşdırmalar bu iddianın tam əksini ortaya qoydu. Fərqli kəllə ölçüləri və ya beyin həcmləri heç bir şəkildə təkamülü dəstəkləyən bir bilgi vermirdi. Necə ki, bu ölçülərin elmi baxımdan əsaslı müqayisə olmadığı bu gün artıq qəti şəkildə qəbul edilir.

Qadınların sözdə aşağı cins olduqlarını kraniologiyadan (kəllə elmini) istifadə etməklə özünə görə isbat edə biləcəyini zənn edən elm adamlarından biri də P.Broka idi. Fiziki antropologiyanın qurucularından sayılan Broka insan qruplarının kəllələrini ölçməklə onlara dəyər vermək kimi ibtidai üsullardan istifadə edirdi və bu ibtidailiyi həm də müdafiə edirdi.150 Broka apardığı sözdə elmi ölçmələrin ardından bu yanlış məntiqi qarşıya qoymuşdu: ümumiyyətlə, beyin yaşlılara nisbətən yetkinlərdə, orta kişiyə görə seçmə bir kişidə və aşağı irqlərə görə üstün irqlərdə daha böyükdür… Digər şeylər bərabər olduğu vəziyyətdə zəkanın inkişafı ilə beyinin həcmi arasında əhəmiyyətli bir əlaqə vardır.151

Broka xüsusilə qadınlarla kişilərin arasındakı zehin və kəllə quruluşu fərqlilikləri ilə də maraqlanırdı. Topladığı kəllə ölçülərini ön mühakiməli şərhlərlə qiymətləndirmiş və qadınların zehni olaraq daha aşağı olduğu fərziyyəsini ortaya qoymuşdu.152 Bundan başqa, Broka qadınlarla kişilərin arasındakı beyin fərqliliyinin öz dövründə getdikcə daha da böyüdüyünü iddia etmişdi. Halbuki bu iddiasını əsaslandırmaq üçün elmi bilgisi yox idi. Bu iddiasını özünə görə dəstəkləmək üçün başqa bir elmdən kənar fərziyyə ortaya atmışdı: ona görə bu artan fərqliliyin səbəbi üstün kişi ilə passiv qadın üzərində fərqliləşən təkamüli təzyiq idi.153

Brokanın ortaya qoyduğu nəticələrin elmi dəyər daşımadığı günümüzdəki təkamülçülər tərəfindən də etiraf edilir. Quld Brokanın elmi olmayan bu nəticələri haqqında bu şərhi etmişdir:

Brokanın məlumatları diqqətlə seçilib toplanmış və daha sonra əvvəlki nəticələr yönündə şüursuz şəkildə istifadə edilmişlər.154

Başqa sözlə, Broka əldə etdiyi məlumatları təkamül nəzəriyyəsinin yalanlarına görə şüursuz şəkildə və ön mühakimə ilə şərh etmişdi.

Kəllə ölçülərindən istifadə etməklə qadınları aşağı görən təkamülçülər arasında sosial psixologiyanın qurucularından Qustav Le Bon da var idi. Le Bon belə deyirdi:

Ən ağıllı irqlərdə… çoxlu sayda qadın beyninin böyüklüyü ən inkişaf etmiş kişi beynindən çox qorillaların beyninə daha yaxındır. Bu alçaqlıq diqqəti o qədər cəlb edir ki, heç kim bir anlıq belə buna qarşı çıxmır. Bu vəziyyətin yalnız dərəcəsini müzakirə etmək olar… Qadınlar… insan təkamülünün ən aşağı formalarını təmsil edirlər və… yetkin, mədəni bir kişidən çox uşaqlara və vəhşilərə daha yaxındırlar. Qərarsızlıq, əsassızlıq, düşüncəsizlik, məntiqsizlik və mühakimə çatışmazlığı kimi mövzularda üstünlük göstərirlər. Şübhəsiz ki, seçmə qadınlar da vardır… ancaq onlara cüt başlı bir qorilla kimi əcaiblərin doğulması qədər nadir rast gəlinir. Nəticədə, onları tamamilə görməzlikdən gələ bilərik.155

Darvinistlər digər bir çox iddialarında olduğu kimi, qadınlar haqqındakı iddialarında da yanılırlar. Qadınların şəfqətli, mehriban, mərhəmətli, incə düşüncəli olmaları onları təkamülçülərin zənn etdiyi kimi aşağı edən deyil, tam əksinə, daha da üstün edən xüsusiyyətlərdir. İnsanı bir növ heyvan kimi görməyə kodlaşmış təkamülçülər belə insani xüsusiyyətləri özlərinə görə geridə qalmışlıq kimi qiymətləndirə bilərlər. Ancaq bunlar insanın həyat keyfiyyətini artıran əhəmiyyətli və gözəl xüsusiyyətlərdir. Sənət, ədəbiyyat, texnologiya kimi bir çox sahədə inkişafı və irəliləyişi təmin edən, təkamülçülərin varlığını əsla qəbul etmək istəmədikləri söz mövzusu insani xüsusiyyətlərdir.

İstinadlar

  1. Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.54 ↩
  2. Stephen Jay Gould, The Mismeasure of Man, s.83 ↩
  3. Stephen Jay Gould, The Mismeasure of Man, s. 83, 188 ↩
  4. Stephen Jay Gould, The Mismeasure of Man, s.104 ↩
  5. Stephen Jay Gould, The Mismeasure of Man, s.104 ↩
  6. Stephen Jay Gould, The Mismeasure of Man, s.85 ↩
  7. Stephen Jay Gould, The Mismeasure of Man, s.104-105 ↩