Həyatın Mənşəyi

Darvinizm və əxlaqi çöküntü

“Həyat mübarizəsi” yalanının gətirdiyi pis əxlaq

Oxu müddəti: ~2 dəq.

Daha əvvəl də ifadə etdiyimiz kimi, darvinizmin ən əsas səhvlərindən biri “həyat mübarizəsi” və “güclü olanın həyatda qalması” ifadələri ilə yekunlaşdırılan iddiadır. Təkamülçülərin həqiqətdən kənar iddialarına görə, həyat insan daxil bütün canlılar üçün bir mübarizə, döyüş və rəqabət yeridir. Belə bir dünyada sevgi, hörmət, əməkdaşlıq, fədakarlıq kimi gözəl əxlaq xüsusiyyətlərinə yer yoxdur.

Ç.Darvin “İnsanın törəməsi” adlı kitabında insanın bu günkü mövqeyinə mübarizə ilə gəldiyi və irəliləmək üçün mübarizəyə davam etməsinin şərt olduğu, heç bir qanunla bu irəliləmənin dayandırılmasının lazım olmadığı yalanını qarşıya qoymuşdur:

İnsan digər bütün heyvanlar kimi, günümüzdəki yüksək səviyyəsinə, şübhəsiz ki, sürətli törəməsinin nəticəsində həyat mübarizəsi aparmaqla gəlmişdir və əgər daha yüksəyə doğru irəliləyəcəksə, çətin keçən mübarizədə iştirak etməlidir.

Əks halda, qısa müddət ərzində passivləşər və daha yüksək qabiliyyətlərə sahib olan insanlar bu mübarizədə kifayət qədər müvəffəqiyyətli ola bilməzlər. Buna görə, təbii çoxalma nisbətimiz heç bir üsulla yox edilməməlidir. Bu, bizi müxtəlif pisliklərə yönləndirsə də. Bütün insanlar üçün açıq rəqabət olmalıdır.174

Darvinizmin gətirdiyi qaranlıq dünyada əhəmiyyətli olan bir insanın həyatı boyu var gücü ilə mübarizə aparmasıdır. Halbuki, bu nə elmi əsası olan, nə də ağıl və məntiqə uyğun olan bir iddiadır. Bu, təhlükəli təlqinlərin tətbiq edilməsi ilə meydana gələn mühitdə dürüstlük, qəhrəmanlıq, fədakarlıq və sədaqətin yerinə saxtakarlıq, eqoistlik, yalançılıq, vəfasızlıq kimi xüsusiyyətlər etibarlı olar və ancaq bu pis xüsusiyyətlərə sahib olanlar qazanar. Darvinizmin bu səhv dünya və əxlaq anlayışının əsaslandığı təməllər təkamülçülər tərəfindən sətirlərdə tez-tez yazılır və insanlara təlqin edilir.

Məsələn, Yel Universitetindən həkim bioloq L.L.Kadmor “The center of Life” (Həyatın mərkəzi) adlı bir məqaləsində təkamülçü həyat görüşündə mərhəmət və acımağa yer olmadığını açıq şəkildə etiraf edir:

Təkamül sərt və qaçılmazdır. Mərhəmətə və ya dürüst bir mübarizəyə yer yoxdur. Çoxlu orqanizm doğulur, buna görə də bunların bir çoxu ölməlidir. Əhəmiyyətli olan ayrılan bir sonrakı adamdan daha çox sizin genlərinizi daşıyan uşaq buraxıb-buraxmamağınızdır.175

Kitabın digər hissələrində haqqında bəhsi keçən irqçilik, vəhşi kapitalizm, yevgenika kimi sosial darvinizmin gücləndirdiyi azğın və təhlükəli düşüncə və tətbiqlərin hamısı darvinizmin “həyatda qalma mübarizəsi və güclü olanın yaşayacağı” yalanının bir nəticəsidir. Halbuki, həyat mübarizə yeri deyil. İnsanın mübarizəsi yalnız öz nəfsi ilə və digər pisliklərlə olmalıdır. İnsan öz şəxsiyyətindəki və ətrafındakı pisliklərlə mübarizə aparıb həm özündə, həm də insanlar arasında sevgi, mərhəmət, şəfqət, sülh, güvən, hörmət, sədaqət, sevinc və hüzur kimi gözəllikləri hakim etməyə çalışmalıdır. Allahın razı olduğu və insanlar üçün seçdiyi din əxlaqı da bunu tələb edir.

İstinadlar

  1. Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s. 403 ↩
  2. Lorraine Lee Larison Cudmore, “The Center of Life,” in Science Digest, Kasım 1977, s. 46 ↩