Oxu müddəti: ~4 dəq.
Təkamülçü C.Q.Simpsonun aşağıdakı sözləri darvinizmin insan haqqındakı yanlışlığa əsaslanan dünyagörüşünü ən açıq şəkildə ifadə edir:
İnsan kainatda anlayış qabiliyyətinə və potensialına malik olan yeganə varlıqdır. Amma şüursuz və ağılsız maddələrin məhsuludur. Beləliklə, dünyaya gəlişini özü bacaran insan yalnız özünə məsuldur.165
Klassik darvinist yalanlarından biri olan bu iddia ictimai çöküntünün əsasında yer alan əhəmiyyətli səbəblərdən biridir. Darvinistlər insanın dünyaya gəlişini özünün bacardığı yanılmasını önə sürərkən tək bir elmi sübut belə gətirə bilmir və ideoloji səbəblərlə bu yalanına dəstək verməyə çalışır. Bu həqiqətdən kənar iddiaya görə, insanın varlığının əvvəldən müəyyən edilən heç bir məqsədi yoxdur. Bu sözdə məqsədsiz varlıq onsuz da bir gün ölüb yox olacaq. Halbuki, həqiqət belə deyildir. Allah insanı yoxdan yaratmışdır. İnsanın yaradılışının müəyyən məqsədi vardır və bu məqsəd Quranda bildirilmişdir. Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Hər insan dünyada qədərində təyin olunan zaman qədər qalır və bu zaman bitib öldükdən sonra yenidən diriləcək. Hər insan axirət günündə dünyada etdiklərində görə sorğu-sual ediləcək. Təkamülçülərin var gücü ilə bu həqiqəti rədd etməyə, unutmağa və unutdurmağa çalışması bu həqiqəti heç bir şəkildə dəyişdirməz. Dünyada ikən bu səhvlərindən dönmədikləri müddət boyu Allahı və axirət gününü inkar edənlər və insanın məqsədsiz varlıq olduğunu qarşıya qoyanlar hesab günü gəldiyində böyük peşmanlıq hissi keçirəcəklər. Rəbbimiz bu peşmanlığı Quranda belə xəbər vermişdir:
Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin! (Ənam surəsi, 27)
İnsanlara məqsədsiz olduqlarının təlqininin verilməsi onları ümidsizliyə və boşluğa sürüyür. Bu yalana inananlar həyatı çox mənasız və lazımsız görür, bu isə böyük bir mənəvi çöküntüyə səbəb olur. Dövrümüzün öndə gələn təkamül tərəfdarlarından R.Dokinzin ağıl və məntiq xarici iddiaları da söz mövzusu materialist dünyagörüşünün tipik bir nümunəsidir. Dokinz insanların bir gen maşını olduğunu və yaranmalarının tək məqsədinin bu genləri sonrakı nəslə köçürmək olduğunu iddia edir. Dokinzə görə, nə kainatın, nə də insanın yaranmasının başqa məqsədi yoxdur. Bu yanlış düşüncəyə görə, bütün kainat və insanlar təsadüflərin və xaosun məhsuludur. Bu batil inancın insanları ümidsizliyə və bədbəxtliyə sürüməsi məlum məsələdir. Ölümlə birlikdə yox olub gedəcəyini düşünən bir insan üçün dünyadakı heç bir şeyin mənası olmaz. Dostluğun, sevginin, etdiyi yaxşılıqların, yaşadıqlarının heç bir qarşılığı və davamı olmayacağını zənn edən insana heç bir gözəllik zövq verməz.
Bundan başqa, bu səhv məntiq səbəbi ilə insanlar işlədikləri pisliklərin qarşılığını almayacağını düşünürlər. Bu da insanların müəyyən şəkildə ört-basdır edəcəklərini düşündükləri və ya cəzalandırılmayacağını zənn etdikləri pislikləri heç çəkinmədən işləməsinə səbəb olur. Yalan danışmaqdan, ikiüzlü davranmaqdan, dedi-qodudan, haqsız qazancdan, mərhəmətsizlikdən, oğurluqdan və hətta cinayətdən belə çəkinməzlər. Belə yanlış düşüncəyə qapılan insanların sayının çoxaldığı cəmiyyətlərdə nizam və sabitlikdən danışmağın mümkün olmadığı hamıya məlumdur.
Darvinist təlqinlərin insan ruhuna verdiyi zərərin əsas nümunələrindən biri Dokinzin “Unweaving The Rainbow” (Göy qurşağını sökmək) adlı kitabının ön sözündə bu sözlərlə ifadə edilir:
İlk kitabımın naşiri kitabı oxuduqdan sonra verdiyi ürəksıxan xəbərdən çox narahat olduğunu və üç gecə yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə dözdüyümü soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə giley dolu məktub göndərdi. Məktubunda eyni kitabı oxuyan bir şagirdinin göz yaşları içində yanına gəldiyini və həyatın mənasız və məqsədsiz olduğu düşüncəsinin ona pis təsir etdiyini yazmışdı. Müəllim digərlərinin də eyni “heçlik pessimizm”indən təsirlənməməyi üçün, həmin şagirdə kitabı başqalarına göstərməməyini tövsiyə etmişdi.166
Dokinzin bu etirafında da göründüyü kimi, darvinizmin insanlara təlqin etdiyi pessimizm və məqsədsizlik cəmiyyətlər üçün böyük təhlükədir. Bu təhlükənin ən əhəmiyyətli yönlərindən biri insanlara yalnız Dokinzin önə sürdüyü kimi, “ürəksıxan həqiqət”i təqdim etməsi deyil, əksinə, “ürəksıxan yalan” təqdim etməsi və onları “nəşəli həqiqət”dən ayırmağa çalışmasıdır. Bu nəşə, xoşbəxtlik və hüzur gətirən həqiqət insanın tək, başıboş, tərk edilmiş, məqsədsiz varlıq olmadığı və özünü yaradan Allahın təyin etdiyi məqsədə sahib olduğu həqiqətidir.
Allahın insanları müəyyən məqsədlə yaratdığını unudan cəmiyyətlər əxlaqi və mənəvi çöküntüyə düçar olmağa məhkumdurlar. Narkotik və spirtli içki aludəçilərinin, intihara cəhd edənlərin, içinə qapanıb sanki həyatdan küsənlərin, depressiya, stress kimi psixoloji problemləri olan insanların böyük hissəsi həyatın həqiqi məqsədini bilməyən insanlardır.
Prof. Fred Hoyl təkamülçü olduğuna baxmayaraq, “Növlərin mənşəyi” kitabı ilə gələn nihilist (həyatın məqsədsiz və insani dəyərlərin əhəmiyyətsiz olduğu yanlışlığı) fəlsəfənin təhlükəsi haqqında belə deyir:
“Növlərin mənşəyi” kitabının nəşrindən sonra, sözdə elmi görüşlərin mənimsəməyi tərcih etdiyi nihilist fəlsəfənin insanlığı avtomatik şəkildə özünü yox etmə prosesinə apardığı düşüncəsi heç ağlımdan çıxmır. Həmin vaxtlar fəlakətlər üçün geri sayma başlamışdı.167
Allah hər insanı Özünə qulluq etməsi üçün yaratmış və ona Öz ruhundan üfləmişdir. İnsan cansız maddələrdən təsadüflər nəticəsində meydana gələn varlıq deyil. İnsan uca Allahın yaratdığı, ağıl və vicdan verdiyi, müxtəlif nemətlər bəxş etdiyi bir varlıqdır. Darvinistlərin və materialistlərin məqsədsiz və başıboş zənn etdiyi insanın, əslində, əhəmiyyətli, üstün və qiymətli məqsədi vardır: özünü yaradan, yoxdan var edən, yox ikən can və şüur verən uca Rəbbimizi həyatının hər anında razı etmək, Rəbbimizin əmrlərinə ciddiyyətlə və şövqlə tabe olmaq, bunun qarşılığında isə Allahın rəhmətini və sonsuzadək sürən cənnətini qazanmağı ümid etməkdir. İnsanın əsl həyatı ölümündən sonra başlayan axirət həyatıdır. İnsan dünyada cənnəti qazanmaq üçün yaşayır.
Allah insanların başıboş olmadığını Quran ayələrində belə bildirir:
Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! (Qiyamət surəsi, 36)
Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? (Muminun surəsi, 115)
